Category: Siyasət

  • Gənclər haqqında qanun dəyişdirildi

    Parlamentin fevralın 12-də keçirilən növbəti plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Median.Az xəbər verir ki, həmin dəyişikliklərdə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər.

    Bundan əlavə, ölkədə 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. Bununla yanaşı, onlar arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.

    Eyni zamanda, qanuna edilən dəyişikliklərə əsasən, gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

    Qeyd edək ki, qanunun hazırkı variantına əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra beş il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Yeni dəyişikliklərdə isə bu müddətin artırılaraq 10 ilə qaldırılması təklif edilib.

    Həmçinin, yeni dəyişikliklərlə “gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirilib. Bundan sonra gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

    Mövcud qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

    Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

  • Prezidentdən yeni təyinat

    Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə yeni icraçı direktor təyin edib.

    AZXEBER.COM xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Mərkəzin icraçı direktoru Rəvan Vaqif oğlu Həsənov təyin edilib.

  • İlham Əliyev Real TV-yə müsahibə verib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 12-də Real TV-yə müsahibə verib.

    Müsahibədə dövlət başçısı Azərbaycanda aparılan islahatların əhatə dairəsi, əsas hədəfi, növbəti addımları barədə suallara cavab verib.

    Bununla yanaşı, prezident İlham Əliyev Dağlıq Qarabağ problemi ətrafında gedən danışıqlar və Azərbaycan Ordusunun gücü mövzusuna da toxunaraq, münaqişənin həlli istiqamətində aparılan son müzakirələr barədə ətraflı məlumat verib.

  • Prezident sərəncam imzaladı

    Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək XVIII Zirvə Görüşünün təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

    Təşkilat Komitəsinin sədri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

    Təşkilat Komitəsinin üzvləri

    Azərbaycan Respublikasının xarici işlər naziri

    Azərbaycan Respublikasının daxili işlər naziri

    Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Azərbaycan Respublikasının gənclər və idman naziri

    Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Azərbaycan Respublikasının maliyyə naziri

    Azərbaycan Respublikasının mədəniyyət naziri

    Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Azərbaycan Respublikasının səhiyyə naziri

    Azərbaycan Respublikasının təhsil naziri

    Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri

    Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

    Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri

    Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi

    Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

    Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

    Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

    Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru.

    Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratmalı və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, habelə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində görüləcək işlərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

  • Azərbaycanda yeni yol tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev fevralın 11-də Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, otuz iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Prezident xəstəxananın təmirinə 5 milyon ayırdı

    Azərbaycan Prezidenti İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam verib.

    Median.Az xəbər verir ki, bu məqsədlə Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

    Sərəncama əsasən, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. İqtisadiyyat Nazirliyi 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.

    Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.

  • Akademik Həmid Araslının 110 illiyi qeyd ediləcək

    Prezident İlham Əliyev Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında
    sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

    “2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.

    Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak etmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ədəbi-bədii fikir tariximizin tədqiqi, təbliği və yüksəkixtisaslı kadrların hazırlanması işində təqdirəlayiq xidmətlərini nəzərə alaraq akademik Həmid Araslının anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram.

    1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

  • Zahid Oruca yüksək vəzifə verildi

    Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

  • İlham Əliyev iki nəfərə general-mayor rütbəsi verdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları – polkovnik Şahvələd İsmayıl oğlu Əliyev və polkovnik Yusif Həsən oğlu Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.

    Dövlət başçısının digər sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

    Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant

    Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant

    Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant

    Əliyev Vüsal Akif oğlu – mayor

    Həsənov Nicat Zəfər oğlu – mayor

    Əsədullayev Vilayət Fətulla oğlu – kapitan

    Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.

  • İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

    Prezident İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.