Category: Siyasət

  • Əli Həsənova yeni vəzifə verildi

    Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibində dəyişiklik edilib.

    Bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.

    Qərara əsasən, Komissiyanın tərkibində Elçin Əfəndiyevin əvəzinə baş nazirin müavini Əli Həsənov yer alıb.

  • Rəhmon MDB liderləri üçün Dostluq gecəsi təşkil etdi

    Düşənbədə MDB dövlət başçıları üçün Dostluq gecəsi keçirilib.

    Bununla bağlı Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Hökumət iqamətgahının bağında prezidentlər gözəl masa arxasında toplaşıblar. Nahara Rusiya prezidenti Vladimir Putin bir az gecikib. O, Düşənbə aeroportuna gəldikdən dərhal sonra həmkarlarına qoşulub.

    Dostluq gecəsində Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan rəhbəri Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti Şövkət Mirziyoyev və Ermənistan baş naziri Nikol Paşinyan qatılıb.

    Bundan sonra siyasətçilər gecə gəzintisinə çıxıblar və Tacikistanda yetişdirilmiş meyvə və tərəvəzlərlə tanış olublar.

  • Beş nəfər prokurorluq orqanlarından uzaqlaşdırılıb

    Ötən il ərzində beş nəfər prokurorluq orqanlarından xaric olunub.

    Bu barədə baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov yazdığı məqaləsində bildirib.

    Məqalədə qeyd edilib ki, ötən ilin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib. İntizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərinə töhmət və şiddətli töhmət elan edilib.

    İki nəfər aşağı vəzifəyə keçirilib, altı nəfər vəzifədən azad edilib. Beş nəfər prokurorluq orqanlarından xaric olunub.

  • Putinin Azərbaycana səfəri başa çatıb

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına işgüzar səfəri sentyabrın 27-də başa çatıb.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

  • İlham Əliyev və Putin cüdo yarışlarını izləyir – FOTO

    Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilir.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxırlar.

  • Prezident İlham Əliyevdən Mədət Quliyevlə bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Mədət Quliyevəə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

  • İlham Əliyev cüdo yarışlarını izləyir

    Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Uşanqi Kokauri finala yüksəlib.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında dünya çempionatının yarımfinalına baxıblar.

    Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarımfinalda Özbəkistan idmançısı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.

    Qeyd edək ki, 2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

  • Mehriban Əliyeva Roma Papası ilə görüşüb – FOTO

    İtaliyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.

    Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.












  • Azərbaycan daha bir ölkə ilə diplomatik əlaqələr qurub – FOTO

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər “Azərbaycan Respublikası və San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike” imzalayıblar.

  • İlham Əliyev “ADEX-2018” sərgisi ilə tanış olub

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

    Müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dövlətimizin başçısına sərgi barədə məlumat veriblər.

    Bildirilib ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər.

    Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

    Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də, nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sərginin fəal iştirakçılarıdır.

    Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

    Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.