
Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikasına rəsmi səfərə gedib.
Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.




Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikasına rəsmi səfərə gedib.
Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.




Rusiya prezidenti Vladimir Putin Bakıya rəsmi səfəri zamanı Azərbaycanın paytaxtında keçirilən Cüdo üzrə dünya çempionatını izləyəcək.
Bu barədə Inside the Games nəşri yazır.
Nəşrin məlumatına əsasən, Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə birgə sentyabrın 25-də mundialın keçirildiyi Milli Gimnastika Arenasında yarışları izləyəcəklər.
Qeyd edək ki, Vladimir Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bildirib.
Dövlət başçısı bildirib ki, bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər.
“Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir.
Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Azərbaycan prezidenti hesab edir ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir.
“Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir”, – deyə o bildirib.
İlham Əliyev qeyd edib ki, münaqişəyə, böyük humanitar fəlakətə baxmayaraq, – bir milyondan çox insan bu münaqişədən əziyyət çəkir, – Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı çox sürətlidir:
“Ermənistan isə, əksinə, getdikcə daha da zəifləyir. Ermənistanda bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim xalqın dəstəyini tam itirmişdir. İyirmi il Ermənistana rəhbərlik etmiş rejim çökdü və bu, bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti iflasa uğradı.
Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir?
Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular. İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır.
Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər”.
Azərbaycan prezidenti qeyd edib ki, bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək:
“Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər”.

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.
Median.Az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış ediblər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib. Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirilib.
* * * *
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.
Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun Ermənistanın müstəqillik günü ilə bağlı məktubunda deyilir.
“Birləşmiş Ştatlar, əvvəlki kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasının axtarışına sadiqdir və tərəfləri təkidlə tez bir vaxtda intensiv danışıqları bərpa etməyə çağırır”, – deyə məktubda qeyd olunur.

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iclasda iştirak edir.
Dövlətimizin başçısı iclasda nitq söyləyir.

Bu gün Milli Məclisin yaranmasının 100 illik yubileyi qeyd olunur.
Bu münasibətlə parlamentdə xüsusi və təntənəli iclası keçirilir.
İclasda 40-dan artıq ölkənin və beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edir. 14 ölkə spikerlər səviyyəsində, 13 ölkə vitse-spikerlər səviyyəsində, 13 ölkə digər, yəni, parlament nümayəndə heyətləri səviyyələrində xüsusi iclasa qatılıb.
Xüsusi iclasda iştirak üçün Türkiyə parlamentinin sədri Binəli Yıldırım və ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərə gəlib.
Xüsusi iclasda ölkə prezidenti İlham Əliyev də iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı – parlament birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti beş ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki – yaz və payız sessiyaları keçirilir.

Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını – 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.


Azərbaycan Prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanda neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Həsənov Həmid Qəzənfər oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Rəşad Qədim oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Bəkirov Şaiq Xanbaba oğlu
Hüseynov Həbib Abdul oğlu
İsgəndərov Rövşən Mirzəhüseyn oğlu
İsmayılov Elman Abbas oğlu
Quliyev Nəriman Abubəkir oğlu
“Tərəqqi” medalı ilə
Abaslı Qulu Nəriman oğlu
Abasov Həsən Əli oğlu
Abbasov Əmir Zeynal oğlu
Abbasov Qadir Seyidəhməd oğlu
Abbasov Rafiq Hümbət oğlu
Abdullayev Fəqani Nəzir oğlu
Axundov İxtiyar Əli Rasim oğlu
Ayan Mustafa
Azadlı Namiq Nazim oğlu
Bayramov Elman Allahverdi oğlu
Bayramova Mətanət Vilayət qızı
Cəfərov Nadir Zeynal oğlu
Əhmədov Xanəhməd Əhməd oğlu
Əhmədov Şıxbala Şıxəli oğlu
Əhmədov Zahid Nurəhməd oğlu
Əliyev Arif Əliağa oğlu
Əliyev Həsən Mirələm oğlu
Əliyev Məmməd Qurban oğlu
Əliyev Yasər Xasay oğlu
Əlizadə Mərdan Fərman oğlu
Feyziyev Nüdrət Hidayət oğlu
Hacıyeva Gülnara Xanım Şaiq qızı
Həsənov Əflatun Mürsəl oğlu
Həsənov Ələkbər Rəsul oğlu
Həsənov İlqar Lütfiq oğlu
Hüseynov Arif Güləhməd oğlu
Hüseynov Rasim Ənvər oğlu
Hüseynov Tofiq Vəli oğlu
Xankişiyev İfrahil İbrahim oğlu
İsmayılov Akif Məhəmməd oğlu
Katibli Rüfət Rafiq oğlu
Kərimov Həsənbəy Seyfutdinoviç
Kirdoda İqor İvanoviç
Mehdiyev Mehman Adil oğlu
Məmmədov Anar Fərruh oğlu
Məmmədov Emil Bəhruz oğlu
Məmmədov Fərhad Balabəy oğlu
Məmmədov Nizami Əli oğlu
Məmmədov Sahib Qəhrəman oğlu
Məmmədov Yaşar Məmməd Kərim oğlu
Mirzəyev Amil Canalı oğlu
Mirzəyev Gülməmməd Nifti oğlu
Nəzirov Cavanşir Nadir oğlu
Novruzov Əli Tofiq oğlu
Rəhimov Qivaməddin Abbas oğlu
Rüstəmov Polad Sabir oğlu
Səlimov Zülfüqar Abdurəhim oğlu
Sultanov Fuad Hüseynağa oğlu
Şəfiyev Rafik Şəfi oğlu
Tağıyev Zalid Abdulhəmid oğlu
Tahirov Tərlan Telman oğlu.
Dövlət başçısının digər bir sərəncamı ilə neft sənayesi işçilərinə fəxri adlar verilib:
“Əməkdar mühəndis”
Aslanov İlham Tağı oğlu
Hüseynov Otel Əhmədiyə oğlu
Quliyev Kərim Yaqub oğlu
Mehdiyev Faiq Mehdi oğlu
Nağıyev Roman Fərhad oğlu
Şamilov Valeh Məmməd oğlu
“Əməkdar müəllim”
Vəliyev Fuad Həsən oğlu.
Bundan başqa, Azərbaycanda neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Həsənov Raqif Yaqub oğlu
Nərimanov Akif Əli oğlu
Orucov Nizami Nəcəfqulu oğlu
Ramazanova Elmira Məmmədəmin qızı.

Azərbaycan Prezidenti İlham Əliyev “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamın məqsədi ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılmasıdır.
Bu məqsədlə, Nazirlər Kabinetinə aşağıdakılar barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb:
– ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi;
– mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi;
– mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi;
– ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi;
– mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi;
– “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”;
– ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası”.
Qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə İqtisadiyyat Nazirliyinə isə aşağıdakı vəzifələr həvalə olunub:
– ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin.
Bundan başqa, yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin olunması məqsədilə Vergilər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaradılacaq.
İqtisadiyyat Nazirliyi həmçinin “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görməlidir.
Dövlət başçısı həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qarşısında da tapşırıqlar qoyub.
Belə ki, mərkəz Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etməlidir.