Category: Siyasət

  • İlham Əliyevdən yeni təyinat – SƏRƏNCAM

    Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə sədr təyin edib.

    Bu barədə müvafiq sərəncam dövlət başçısının rəsmi saytına dərc olunub.

    Sərəncama əsasən, bu vəzifəyə Sadiq Sadıqov təyin edilib.

  • İlham Əliyev: Azərbaycan dünyada çox böyük hörmətə malik olan bir ölkədir

    Biz bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi – bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır.

    Bu fikirləri Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

    “Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır”, – deyə dövlət başçısı vurğulayıb.

  • İlham Əliyev avtomobil yolunun açılışında – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verib.

    Bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

    Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət” və “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın “IRD Engineering”, Almaniyanın “Kocks Consult GmbH”, ABŞ-ın “TERA International Group” və Yaponiyanın “NİPPON KOEL UK Co” şirkətləridir.

    Qeyd edilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.

    Yeni magistral yolun 54,4 kilometrlik Cəlilabad-Masallı-Lənkəran hissəsinin tikintisi 2017-ci ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə təqdimatı keçirilsə də istismara verilməmişdi.

    Məlumat verilib ki, yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verildi. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.

    Avtomobil yolunun 2011-2018-ci illərdə yeni istiqamət üzrə tikilən ümumi uzunluğu 173 kilometr olan Yenikənd-Astara hissəsində layihə üzrə bir sıra işlər həyata keçirilib. Layihənin Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol bataqlıq-göl ərazilərdən keçdiyi üçün burada torpaq xüsusi texnologiya ilə bərkidilib və yol yatağının tikintisi zamanı 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub.

    Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

    Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.

    Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.





  • 14 ölkənin spikeri Azərbaycana gəlir

    Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaranmasının, Azərbaycan parlamentarizm tarixinin 100 illiyi ilə bağlı Milli Məclisin (MM) xüsusi və təntənəli iclası ayın 21-də, saat 12:00-da keçiriləcək.

    Bu haqda MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirov) məlumat verib.

    O qeyd edib ki, təntənəli iclsda 40-dan artıq ölkənin və beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirakı gözlənilir.

    “14 ölkə spikerlər səviyyəsində, 13 ölkə vitse-spikerlər səviyyəsində, 13 ölkə digər, yəni, parlament nümayəndə heyətləri səviyyələrində xüsusi iclasa qatılacaqlar.

    Həmçinin, 10 nüfuzlu beynəlxalq təşkilatın təmçilçiləri xüsusi iclasda iştirak edəcəklər.

    Xüsusi iclasla bağlı hazırlıq işləri aparılır, davam etdirilir, yəni, həm tədbirin yüksək səviyyədə baş tutması üçün, həm iclasda iştirak edcək nüfuzlu nümayəndə heyətlərinin qarşılanması, onların burada yerləşdirilməsi və sair üçün hər bir iş görürülür”, – deyə A.Təvəkküloğlu əlavə edib.

  • Ərdoğan Bakıda İlham Əliyevlə danışıqlarda – YENİLƏNİB + FOTO

    Sentyabrın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

    Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.


    * * * * *

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib.

    Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

    Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.

  • Ərdoğan Bakıdadır – FOTO

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib.

    Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

    Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.




  • 50 ölkə nümayəndəsi parlamentin 100 illiyinə qatılacaq

    Milli Məclisin (MM) Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illiyi ilə bağlı xüsusi təntənəli iclası bu ayın 21-də keçiriləcək.

    Bunu vitse-spiker Bahar Muradova deyib.

    O qeyd edib ki, iclas ayın 20-də nəzərdə tutulsa da, sentyabrın 21-nə keçirilib.

    B.Muradovanın sözlərinə görə, xüsusi iclasda 50-dək ölkənin nümayəndə heyəti, parlament rəhbərləri, o cümlədən, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

  • İlham Əliyev məktəb açılışında – FOTO

    Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

    Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

    Sonra dövlət başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşüb.























  • ATƏT-in baş katibi İlham Əliyevlə danışıqlarda – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib.

    Bu barədə məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.

    * * * * *

    ATƏT-in baş katibi Tomas Qreminger Azərbaycana rəsmi səfərə gəlib.

    T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək.

    Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

    Səfər zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunması nəzərdə tutulub.

  • İlham Əliyevdən dini icmalarla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna dörd yüz min manat ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.