Category: Siyasət

  • Paşinyan Facebookda İlham Əliyev haqqında bu sözləri yazdı

    Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevlə tanış edib.

    APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu N.Paşinyan Feysbuk profilində dərc etdiyi video müraciətində bildirib.

    “Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil etmişdi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”, – deyə Paşinyan qeyd edib.

  • Bu gün Azərbaycanda Qurtuluş günüdür

    1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

    Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib.

    Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

    Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib.

    Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

    1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

    15 iyun tarixi 1998-ci ildən etibarən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

  • Putin İlham Əliyevlə görüşəcək

    Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan, Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistan liderləri ilə görüşlər keçirəcək.

    Median.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

    “Bu gün Putinin Azərbaycan prezidenti İlham Əliyev, Ruanda prezidenti Polem Kaqame, Boliviya prezidenti Evo Morales, Livan baş naziri Saad Hariri, Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşləri baş tutacaq”, – Peskov deyib.

  • İlham Əliyev ermənilərin “İsgəndərin”ə Azərbaycanın cavabını göstərdi

    Belarus “Polonez” yaylım atəşli reaktiv sistemlərin ixracı müqaviləsi çərçivəsində Azərbaycana ilk sistemlərini göndərib.

    Bununla bağlı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında məlumat verilib.

    Qeyd edək ki, “Polonez” sistemlərinin görüntüsü hərbi hissənin açılış mərasimindən çəkilən bir neçə fotoda əks olunub.

    Ekspertlər bu müqavilənin Bakının Rusiyanın Ermənistana verdiyi “İsgəndər” komplekslərinə cavabı kimi qiymətləndirirlər.

    Bundan əvvəl “Moscow Defense Brief” jurnalının redaktoru Mixail Barabanov Azərbaycana “Polonez” komplekslərinin verilməsi ilə bağlı danışarkən deyib ki, yol və çat şəbəkələrini, aerodromları, şəhər və hərbi infrastrukturu, o cümlədən düşmənin canlı qüvvəsini məhv etməyə qadir olan bu qorxunc silah rəsmi Bakının uğurudur.

    Bununla bağlı Belarusdan olan hərbi ekspert də fikirlərini bildirib.

    Belə ki, Belarus Liberal Demokrat partiyasının sədri Oleq Qaydukeviç deyib ki, “Polonez” Belarus və Çinin birgə istehsalıdır:

    “Bu çox effektiv və güclü silahdır. Ancaq “Polonez”ləri “İsgəndər” ilə müqayisə etmək olmaz. Çünki onlar hərbi baxımdan bir qədər fərqli fəaliyyət göstərir. Ancaq ümumilikdə bu iki kompleks hava hücumundan müdafiə sistemi kimi bir-birini tamamlayır. Ola bilsin ki, “Polonez” “İsgəndər”dən daha effektivdir.

    “Polonez” Azərbaycanı qorumaq gücünə malikdir. Bu silahın gücünü ruslar da etiraf edib”.

    Azərbaycanlı ekspert Üzeyir Cəfərov bu məsələ barəsində deyib ki, bu, ərazi bütövlüyünü bərpa etməkdə israrlı olan Azərbaycanın əleyhidarlarına təkan verəcək.

    “Bu çox uğurlu seçimdir, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını və gücünü artıracaq”, – o bildirib.

    Silahlı və çox təhlükəlidir!

    “Polonez” döyüş əməliyyatları zamanı həm düşmənin əsas cəmləşmə rayonlarına, iri hərbi infrastrukturuna, döyüş texnikasına kütləvi zərbələr endirməyə imkan verən reaktiv yaylım atəşi sistemidir, eyni zamanda kiçik hədəflərə dəqiq zərbələr endirə bilən silahdır. O, döyüşə nəzarət vasitəsini, nəqliyyat yükləmə maşınını və müxtəlif təyinatlı raketlərini özündə birləşdirir. Bütün elementlər Belarus istehsalı yüksək keyfiyyətli təkərli şassi üzərində qurulub.

    Maşında yerləşdirilən hərbi əlaqə aparatı döyüş, nəqliyyat-yükləmə və komanda vasitələri ilə hərəkət zamanı 10 kilometr, dayanan zaman isə 30 kilometr məsafədən əlaqə saxlamağa imkan verir. 4 nəfərdən ibarət şəxsi heyət fasiləsiz 48 saat işləyə bilər. “Polonez” hərbi maşını “İsgəndər”in istifadə etdiyi şassilərdən yararlanıb.

    Belarus istehsalı 300 millimetr kalibrli raketləri amerikalı “həmkarından” 2 dəfə çox uzaqlığa uçma qabiliyyətinə malikdir. Onlar inertial və peyk naviqasiya sistemlərinə əsaslanan birləşmiş korreksiya sistemi ilə təchiz edilib.

    6 hərbi maşından ibarət “Polonez” bölüyü eyni anda 100 kvadrat kilomet ərazidə 48 fərqli hədəfi məhv etmək qabiliyyətinə malikdir.

    “Polonez”in yeni M20 raketləri ilə təmin olunması sistemi yeni keyfiyyətlə təmin edib. Bu raketlərdən sonra sistem operativ-taktiki raket kompleksinə çevrilib. Sistemin atəş məsafəsi 280 kilometrdir.

  • Эльмар Мамедъяров принял нового посла России

    Министр иностранных дел Эльмар Мамедъяров принял новоназначенного Чрезвычайного и полномочного посла Российской Федерации в Азербайджанской Республике Михаила Бочарникова.

    Как сообщили в МИД, на встрече посол Михаил Бочарников вручил министру Эльмару Мамедъярову копии верительных грамот.

    Министр Эльмар Мамедъяров поздравил посла с назначением и пожелал ему успехов в дипломатической деятельности.

    Посол Михаил Бочарников выразил удовлетворение своим назначением и сообщил, что в деятельности на этом посту приложит все усилия для дальнейшего развития традиционных дружественных отношений между двумя странами.

    На встрече было выражено удовлетворение развитием между Азербайджаном и Россией отношений на уровне стратегического партнёрства в условиях добрососедства, дружбы и взаимопонимания. Были рассмотрены перспективы сотрудничества в политической, торгово-экономической, культурно-гуманитарной и других сферах. Отмечена особая роль, которую в двусторонних отношениях играет межрегиональное сотрудничество.

    В ходе беседы также был проведен обмен мнениями по вопросам, связанным с армяно-азербайджанским нагорно-карабахским конфликтом, правовым статусом Каспийского моря и сотрудничеством в рамках международных организаций.

  • Tovuzun yeni icra başçısı vəzifəsindən istefa verdi – Yerinə oğlu gəldi

    Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsindən istefa verib.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.

    Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.

  • Deputat “Şöhrət” ordeni ilə təltif olunub

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.

    Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

  • İlham Əliyev görüş keçirib

    Azərbaycan Prezidenti İlham Əliyev iyunun 8-də Qambiya Respublikasının xarici işlər naziri Ousainu Darboeni qəbul edib.

    Bu barədə məlumatı dövlət başçısının rəsmi saytı yayıb.

  • “Sahil” stansiyası istifadəyə verildi – FOTO + YENİLƏNİB

    İyunun 7-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlət başçısına ətraflı məlumat verib.

    Qeyd olunub ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib.

    Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub.

    Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.

    Qeyd edək ki, stansiyada təmir işlərinə başlanılması, ilk növbədə, eskalatorların dəyişdirilməsi zərurətindən irəli gəlmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurub. Onların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesinin dayandırılması qaçılmaz idi.

    Stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış, yaxud köhnəlmiş avadanlıq və digər infrastrukturunun yenilənməsi də lazım gəlirdi. Stansiyada genişmiqyaslı yenidənqurma işlərinə 2017-ci ilin avqust ayından start verildi.

    Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırıldı. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.

    Dövlətimizin başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış olub. Bildirilib ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.

    “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

    * * * * *

    İyunun 7-də “Bakı Metropoliteni”nin “Sahil” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.















  • Prezident icra başçısını işdən çıxardı

    Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.