Category: Siyasət

  • İlham Əliyev Ramil Usubovu təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Usubov Ramil İdris oğlu – general-polkovnik

    Eyvazov Vilayət Süleyman oğlu – polis general-leytenantı

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Əliyev İsmət Rəşid oğlu – polis general-leytenantı

  • Azərbaycanlı nazir müavini Yerevanda – FOTO

    Bu gün Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin görüşü keçirilir.

    Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

    Görüş zamanı təşkilata sədrlik Ermənistandan Azərbaycana keçəcək.











  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – 240 NƏFƏR İŞLƏYƏCƏK

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

    Median.Az AzərTAc-a istinadən xəbər verir ki, fərmanla mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılıb. Həmçinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

    Bundan başqa “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu” təsdiq edilib.

    Yeni yaradılmış agentliyin nizamnamə fondu 5,0 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.

    Agentliyin aparatının işçilərinin say həddi 240 ştat vahidi müəyyənləşdirilib.

  • İlham Əliyev sərəncam imzalayıb – Prezident Administrasiyasında YENİLİK

    Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb.

    Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

    Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial qanunvericilik sektoru, Cinayət və inzibati qanunvericilik sektoru və Kodifikasiya və sənədləşmə sektoru yaradılıb.

  • Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    1-ci dərəcəli “Rəşadət” ordeni ilə

    Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

    Sadıkov Nəcməddin Hüseyn oğlu – general-polkovnik

    Mustafayev Kərəm Nəriman oğlu – general-leytenant

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Vəliyev Kərim Tofiq oğlu – general-leytenant

    Eyyubov Teymur Tərlan oğlu – general-mayor

    Həsənov Hikmət Hüseyn oğlu – general-mayor

    Nəcəfov Hilal Əlimurad oğlu – general-mayor

    Kərimov Anar Təvəkkül oğlu – polkovnik

    Qurbanov Abdulla Novruz oğlu – polkovnik

    “Vətən uğrunda” medalı ilə

    Tahirov Ramiz Firudin oğlu – general-leytenant

    Ağayev Zakir Samiddin oğlu – general-mayor

    Salahov Füzuli Zəbiş oğlu – general-mayor

    Abdullayev Rafael Kamil oğlu – polkovnik

    Hümmətov Zaur Cəlal oğlu – 1-ci dərəcəli kapitan

    Məhərrəmov Etibar İsmayıl oğlu – polkovnik

    Məmmədov Nizami Ağoğlan oğlu – polkovnik

    Pirverdiyev Akif Səməndər oğlu – polkovnik

    Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik

    Dadaşov Haqverdi Xudaverdi oğlu – polkovnik-leytenant

    Əliyev Hüseyn İsbəndiyar oğlu – tibb xidməti polkovnik-leytenantı

    Həmidov Tural Fəxrəddin oğlu – polkovnik-leytenant

    Quliyev Ümüdvar Əzizalı oğlu – polkovnik-leytenant

    Məmmədov Cəlil Allahverən oğlu – polkovnik-leytenant

    Tatarov Adil Əli oğlu – əsgər (ölümündən sonra)

    “İgidliyə görə” medalı ilə

    Osmanov Nizam Ramazan oğlu – general-leytenant

    Bərxudarov Mayis Şükür oğlu – general-mayor

    Cəbrayılov Xəqani Sərdar oğlu – general-mayor

    Hüseynov Zahid İbrahim oğlu – general-mayor

    Bayramov Samir Azad oğlu – polkovnik

    Həsənov Məhəmməd Kərim oğlu – polkovnik

    Ağayev İldırım Kərimağa oğlu – polkovnik-leytenant

    Cavadov Rüstəm Gürşad oğlu – polkovnik-leytenant

    Həmzəyev Muxtar İsmayıl oğlu – polkovnik-leytenant

    Məmmədov Teymur Davud oğlu – polkovnik-leytenant

    Rüstəmov Fariz Məhərrəm oğlu – polkovnik-leytenant

    Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik-leytenant

    Seyidov Cəfər Əziz oğlu – polkovnik-leytenant

    Səfərov Elxan Hüseyn oğlu – polkovnik-leytenant

    Şıxlinski Vüqar Zakir oğlu – polkovnik-leytenant

    Cəfərov Aqil Özüxan oğlu – mayor

    Mirzəyev Hikmət İslam oğlu – mayor

    Süleymanov Faiq Rafiq oğlu – mayor

    Həsənov Hümmət Fərrux oğlu – kapitan

    İsaqov Mircəlal Eldar oğlu – kapitan

    Mehdiyev Ələsgər Əli oğlu – kapitan

    Məmmədov Rəşad Arif oğlu – kapitan

    Şirinov Elnur Ramiz oğlu – kapitan

    Tağıyev Vüsal Musa oğlu – kapitan

    Vəliyev Nizami Dünyamin oğlu – kapitan

    Gözəlov Əlqəm Əhəd oğlu – baş leytenant

    Şıxnəbiyev Renat Gülməmməd oğlu – baş leytenant

    Zeynalov Təbriz Eyvaz oğlu – baş leytenant

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Əkbərov Rövşən Telman oğlu – general-leytenant

    Babayev Rasim Rza oğlu – polkovnik

    Bağırov Natiq Hacıverdi oğlu – 1-ci dərəcəli kapitan

    Cəbrayılov Sərvər Sərdar oğlu – polkovnik

    Əkbərov Nizami Əvəz oğlu – polkovnik

    Əliyev İmran Kamran oğlu – polkovnik

    Məmmədov Zahid Həsən oğlu – polkovnik

    Şıxiyev Həbib Vələddin oğlu – polkovnik

    Abdullayev Eldəniz İkram oğlu – polkovnik-leytenant

    Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant

    Daşdəmirov Mehman Qəhrəman oğlu – polkovnik-leytenant

    Əmrah Anar Eldar oğlu – tibb xidməti polkovnik-leytenantı

    Hüseynov Çingiz Oruc oğlu – polkovnik-leytenant

    Xaniyev Vüsət Barat oğlu – polkovnik-leytenant

    İbrahimov Rəşad Miraslan oğlu – polkovnik-leytenant

    İsmayılov Füzuli Qəzənfər oğlu – polkovnik-leytenant

    Paşayev Alıbəy Şəmil oğlu – polkovnik-leytenant

    Səmidli Babək Mətləb oğlu – polkovnik-leytenant

    Süleymanov Elşad Nadir oğlu – polkovnik-leytenant

    Tinayev Rəşid Cuma oğlu – polkovnik-leytenant

    Allahverdi İmran Əli oğlu – mayor

    Babayev Aqşin Əli oğlu – mayor

    Xəlilov Ramil Vəlixan oğlu – mayor

    İsgəndərov İbrahim Əsəbəli oğlu – tibb xidməti mayoru

    Nərimanov Cavad Əliyar oğlu – mayor

    Osmanov Vasif Ramizoviç – mayor

    Dadaşov Tural Alxan oğlu – baş leytenant

    Balayev Coşqun Vaqif oğlu – gizir

    Rəşidov İlham Tahir oğlu – gizir.

  • Səhiyyə işçilərinə fəxri adlar verilib – SİYAHI

    Səhiyyə işçilərinə fəxri adlar verilib

    Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, aşağıdakı şəxslərə fəxri adlar verilib:

    “Əməkdar həkim”

    Cəlilova Şölə Lətif qızı

    Əliyeva Nailə Ənvər qızı

    Əsgərov Şəmsi Məmmədəli oğlu

    Əsgərzadə Əfqan Ələsgər oğlu

    Həsənova Sara İman qızı

    Hüseynova Zəhra Məmmədəli qızı

    İsayev Cəlal Paşa oğlu

    İsgəndərova Tərifə Cəbrayıl qızı

    İsmayılova Mahirə Kamil qızı

    Qasımov Elviz İsmayıl oğlu

    Məcidova Məsməxanım Abbas qızı

    Məmmədov Cabir İsrafil oğlu

    Məmmədov Ceyhun Yusuf oğlu

    Mir-Hüseynov Elçin Oqtay oğlu

    Nağıyev Yusif Qədir oğlu

    Nəsrullayeva Sevda Nəsrulla qızı

    Şərifova Leyla Rauf qızı

    Yusifova Sevinc İsaq qızı

    Yusifova Şəfəq Süleyman qızı

    Zahidov Telman Zahid oğlu

    “Əməkdar müəllim”

    Əliyeva Rüxsara Həmdulla qızı

    Qasımova Sürəyya Məsim qızı

    Muradova Cəmilə Aydın qızı

    Zeynalova Səidə Qaraş qızı

    “Əməkdar tibb işçisi”

    Əhmədova Şəmsiyat Həmid qızı

    Əsgərova Zahirə Qədir qızı

    Quliyeva Samirə Əlibaba qızı

    Məmmədov Səmirağa Nəsrəddin oğlu

    Məmmədova Tərbiyə Qurban qızı

    Rzayev Xanbala Məhərrəm oğlu

    Zeynalova Surayyə Abdulla qızı.

  • Bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı ilə təltif olundu

    Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Abdullayev Akif Kərəm oğlu

    Abdullayev Rakif Misir oğlu

    Abdullayeva Afaq İsrafil qızı

    Babayev Fariz Hənifə oğlu

    Əhmədova Leyla Məhəmmədəli qızı

    Əliyev Cahangir Məmməd oğlu

    Qasımova Sevil Məmməd qızı

    Mikayılov Hüseyn Əli oğlu

    Rüstəmbəyov Rüstəm Baxış oğlu

    Şahmuradova Müşgünaz Gəray qızı

    Verdiyev İsrail Məmmədağa oğlu

    Zeynalov Rasim Səttar oğlu.

  • Prezident yol tikintisinə pul ayırdı

    Azərbaycan prezidenti İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.

    Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 5,4 milyon (beş milyon dörd yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • ​Prezidentdən ŞAD XƏBƏR: BORCLAR SİLİNDİ

    Prezident İlham Əliyev Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında qanunun tətbiqi barədə fərman imzalayıb.

    Vergi amnistiyası haqqında qanunda bildirilir ki, sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə dəyişiklik aşağıdakı qaydada olacaq:

    Maddə 1. Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi

    Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

    Maddə 2. Vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının tənzimlənməsi

    2.1. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

    2.2. Bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

    2.2.1. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;

    2.2.2. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar–fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;

    2.2.3. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

    Maddə 3. Yekun müddəa

    Bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

    Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

  • Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

    Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.

    Median.Az-ın “AzeriDefence” saytına istinadən verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 “Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.

    Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

    AR-15 “Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir.

    Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir.

    AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib.