Category: Siyasət

  • Cevdet Yılmaz: “Azərbaycanla əlaqələrimiz “bir millət, iki dövlət” anlayışına söykənir”

    “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dərəcə özəl xarakter daşıyır”.

    Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

    O bildirib ki, bu, sadəcə iki dövlət arasında olan adi münasibətlər deyil:

    “Şuşa Bəyannaməsində də öz əksini tapan, müttəfiqlik prinsiplərinə əsaslanan bu əlaqələr, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi, “bir millət, iki dövlət” anlayışına söykənir. Buna görə də qarşılıqlı səfərlər hər fürsətdə həyata keçirilir. Həmçinin, prezidentlərimizin malik olduqları ortaq və güclü baxış bu münasibətlərin ən möhkəm təməlini təşkil edir”.

  • Gələn ay Türküstanda TDT-nin qeyri-rəsmi görüşü keçiriləcək

    15 may tarixində Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşü keçiriləcək.

    Bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

    “Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim həmkarlar, dostlar və qardaşlar arasında olduqca yaxşı, səmimi və etimad üzərində qurulmuş əlaqələrimiz var. İqtisadi layihələrimizin sayı olduqca çoxdur. Hökumətlər səviyyəsində həmkarlarımızla sıx əlaqədəyik, tez-tez görüşürük və məsələləri öz səviyyəmizdə həll etməyə çalışırıq ki, rəhbərlərimiz görüşərkən müsbət dəyişiklikləri müzakirə etsinlər.

    Sizi və təşkilata üzv dövlətlərin rəhbərlərini cari ilin 15 may tarixində müqəddəs Türküstan şəhərində TDT-nin qeyri-rəsmi görüşündə gözləyirik və yüksəksəviyyəli qonaqları qarşılamağa hazırlaşırıq”, – deyə O.Bektenov bildirib.

  • İlham Əliyevin Qırğızıstana səfəri gözlənilir

    Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri gözlənilir.

    Bunu Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

    Adılbek Kasımaliyev bildirib ki, Qırğızıstan Azərbaycanla qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük dəyər verir:

    “Biz sizin Qırğızıstana gözlənilən tarixi dövlət səfərinizə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, bugünkü görüşümüz ölkələrimizin TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini təsdiq edir. Əminəm ki, ticarət, nəqliyyat və logistika sahələrində olan layihələr bundan sonra da dövlətlərimizin dayanıqlı inkişafına xidmət edəcək. Həqiqətən də bizim ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə yaxşı imkanları var”.

  • İlham Əliyev: “Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir”

    “Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.

    Dövlətimizin başçısı vurğulayıb: “Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik.

  • Prezident: “Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq”

    “Təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.

    “Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik.

  • İlham Əliyev: “Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir”

    “Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən səsləndirib.

    “Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Prezident: “Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək”

    “Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.

    Dövlətimizin başçısı deyib:

    “Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”.

  • İlham Əliyev: “Orta Dəhliz hər birimizin marağına cavab verir”

    “Ölkələrimizdən (TDT-yə üzv ölkələr) keçən Orta Dəhliz hər birimizin marağına cavab verir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən səsləndirib.

    Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələrin daha böyük önəm daşıdığını söyləyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız – bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib.

  • İlham Əliyev Türkiyənin vitse-prezidentininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.

    Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu deyib.

    Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi bildirilib.

    Söhbət zamanı Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə toxunulub, bu tədbirin təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.

    Cevdet Yılmaz bu toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin baş nazirinin iştirakını da məmnunluqla qeyd edərək, buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

    Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyini və həmin tədbirdə yaxşı nəticələrin əldə edildiyini deyən qonaq Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurlu olduğunu vurğulayıb.

    Görüş zamanı, həmçinin Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



  • İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omuralıyevi qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

    Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.