Category: Siyasət

  • İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı

    İrandan fevralın 28-i saat 8:00-dan martın 23-ü saat 10:00-dək Azərbaycana 76 ölkənin ümumilikdə 2 949 vəntəndaşı təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 488 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 722, Rusiyanın 325, Banqladeşin 198, Tacikistanın 187, Hindistanın 168, Pakistanın 148, Omanın 80, İndoneziyanın 68, İranın 54, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 22, Fransanın 19, Səudiyyə Ərəbistanı və Yaponiyanın hərəsinin 18, Gürcüstanın 17, Özbəkistanın 15, Polşa, İsveçrə, Nigeriyanın hərəsinin 13, Macarıstan və Bəhreynin hərəsinin 12, Qazaxıstan, Meksika, ABŞ-nin hərəsinin 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnamın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniya, Myanmanın hərəsinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

  • Azərbaycan XİN: “Rusiya tərəfindən izahat gözləyirik”

    “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın son mətbuat brifinqi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir”.

    Bunu Xarici işlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi fikri şərh edərkən deyib.

    O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir:

    “Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik”.

  • Prezident: “Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib”

    “Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşdə söyləyib.

    Bir çox müasir istirahət zonalarının, hotellərin, iaşə, mədəniyyət, təhsil obyektlərinin yaradıldığını vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib:

    “Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var”.

  • Si Cinpin İlham Əliyevi təbrik edib

    Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident. Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adından Sizi, Azərbaycan Hökumətini və bütün Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

    Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram.

    Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram”.

  • İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına kompleks barədə məlumat verib.

    Bildirilib ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.

    Kompleksdə 9 000 baş heyvanın – 3 200 baş südlük, 3 000 baş ətlik mal-qaranın və 2 800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.

    Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.

    Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.

    Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

    Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

    Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.

    Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün “AfiCollar” elektron boyunbağılardan istifadə olunur.

    Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.

    Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

    Sonra dövlətimizin başçısı müəssisənin əməkdaşları ilə görüşüb.

    Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

    – Təbrik edirəm. Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik.

    Əlbəttə ki, burada iş şəraiti də çox gözəldir. Xüsusi deyə bilərəm ki, bu kompleks kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən müasir təsərrüfatlardan biridir. Burada tətbiq edilən texnologiyalar qabaqcıl şirkətlərin texnologiyalarıdır. Dünyanın ən yüksəksəviyyəli iş yanaşması burada tətbiq olunur. Bir daha qeyd etmək istəyirəm ki, Şamaxı rayonunda məşğulluğun artırılması üçün də bu müəssisənin çox böyük əhəmiyyəti olacaq.

    Siz də yaxşı bilirsiniz ki, bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun.

    Bu bayram günlərində belə müəssisənin açılışı, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Bu günlərdə biz həm Ramazan, həm Novruz bayramlarını qeyd etmişik və bütün ölkə üzrə çox gözəl ab-hava, çox gözəl ovqat var. Bunun da əsas səbəbi ölkəmizin inkişafı, bizim qalib xalq kimi yaşamağımız və gələcəyə böyük nikbinliklə baxmağımızdır.

    Sizi bir daha ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.

    Müəssisənin əməkdaşları: Çox sağ olun.

    Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi ilk növbədə kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.




































  • İlham Əliyev Şahbaz Şərifi təbrik etdi

    Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab baş nazir, əziz qardaşım, 23 Mart – Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşıb. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyata keçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.

    Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir.

    Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

    Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm.

    Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış və xalqlarımızın ümumi mənafelərinə tam cavab verən Azərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyə davam edəcək.

    Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.

  • Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.





  • Leyla Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Ramazan bayramı münasibətilə rəsmi “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • “Yaxın dostumu itirdim” – Şeyx

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.

    Bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.

    O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:

    “Orada başsağlığı verdim. II İliya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Yaxın dostumu itirdim. Allah ona rəhmət eləsin”.