Category: Siyasət

  • İrandan Azərbaycana 2800-dən çox şəxs təxliyə edilib

    İrandan fevralın 28-i saat 8:00-dan martın 20-si saat 10:00-dək Azərbaycana ümumilikdə 2 853 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 470 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 720, Rusiyanın 323, Banqladeşin 195, Tacikistanın 184, Pakistanın 148, Hindistanın 122, Omanın 72, İndoneziyanın 68, İranın 49, İtaliyanın 44, Əlcəzairin 28, İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 20, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 17, Gürcüstanın 16, Özbəkistanın 14, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 11, Meksikanın 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, ABŞ-nin 9, Braziliya, Sudanın hərəsinin 8, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə olunub.

    Bundan başqa, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

  • Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub

    Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.

    Azərbaycan Prezidenti və Pakistanın baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

    Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb.

  • Alyona Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq

    ABŞ-nin Bakıdakı səfirliyi Novruz və Ramazan bayramları münasibətilə 20-24 mart tarixlərində bağlı olacaq.

    Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat yayılıb.

    Qeyd olunub ki, səfirlik martıb 25-də fəaliyyətini bərpa edəcək.

    “ABŞ səfirliyi adından hər kəsə təhlükəsiz və xoş bayram arzulayırıq. Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız yaranarsa, +994 12 488 33 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yaxın Şərqdə olan ABŞ vətəndaşları üçün konsulluq məlumatı və ya yardım almaq məqsədilə Dövlət Departamentinin 24/7 fəaliyyət göstərən Qaynar Xətti ilə əlaqə saxlayın: xaricdən +1-202-501-4444, ABŞ daxilindən isə 1-888-407-4747”,- məlumatda qeyd edilib.

  • Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi

    Bötük Britaniyanın Azərbaycandakı səfirliyi Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

    “Threads” sosial şəbəkə hesabı üzərindən paylaşılan təbrikdə deyilir:

    “Ramazan bayramınız mübarək! Uca Allah tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!”.

  • Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olunub

    Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevin Hemiltonla görüşüb.

    Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirilir.

    Məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

    NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin vətəndaşlarının və diplomatik heyətinin İrandan təhlükəsiz təxliyəsində Azərbaycanın mühüm rolu qeyd edilib.

  • Dövlət qulluğunun vəzifələri üzrə maaşın minimum məbləğləri müəyyənləşib

    Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

    Fərmana görə, Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1 170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.

    Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib.

    Birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 faiz yüksək məbləğdə müəyyən edilib.

    Müəyyən edilib ki, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı ildə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirməlidir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

    Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

  • Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu təsdiqləyib

    Prezident İlham Əliyevin fərmanı ilə “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol”u təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Fərmana əsasən, 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol” təsdiq edilib.

    Bu Fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

    Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.