Category: Siyasət

  • Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu

    İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.

    Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub: “Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.

    Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.

  • Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

    Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri martın 14-də başa çatıb.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Jelka Tsviyanoviçi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

  • Azərbaycanda dövlət agentliyi ləğv edildi

    Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs ləğv edilib.

    Oxu.Az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.

    Fərmana görə, Naxçıvan Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.

    Həmçinin Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək.

  • Ya müharibə, ya da sülh – Paşinyan Qarabağdan danışdı

    “Qarabağ hərəkatını davam etdirsək, müharibəyə gedəcəyik; davam etməsək, sülh olacaq”.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.

    “Sülh hər gün daha da güclənəcək, Ermənistan hər gün daha da güclənəcək və mən bu hərəkata rəhbərlik edirəm. Kim razıdırsa, mənim ardımca gəlsin.

    Artsax Respublikası, Artsax məsələsi dedikdə, bu sözün dəyəri və nəticələri olduğunu başa düşməliyik. Bu ifadələr istər kilsədə, istər elmi məntiqlə, istərsə də ictimai məntiqlə deyildikdə, bu, bir məqamda münaqişəyə səbəb olacaq.

    Mən açıq şəkildə deyirəm ki, Ktriç Nersisyan müharibə partiyasının rəhbərliyini açıq şəkildə öz üzərinə götürüb. Qalanları – Robert Köçəryan, Levon Ter-Petrosyan, Serj Sarkisyan və başqaları bu məntiqə uyğundur. Qarabağ hərəkatını davam etdirib-etdirməməyimiz barədə dəqiq bir seçim etməliyik. Davam etsək, bu, yeni bir müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə Qarabağ hərəkatını davam etdirib-etdirməyəcəyini deməlidir”, – deyə o qeyd edib.

  • Bu ölkələr Azərbaycanda səfirlik açır

    Estoniya və Somali Azərbaycanda səfirlik açır.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Qeyd edilib ki, Estoniyanın və Somalinin Azərbaycanda səfirliklərinin təsis edilməsi ilə bağlı müvafiq prosedurlara başlanıb.
    //unikal.az

  • Azərbaycan və Pakistan xarici işlər nazirləri regional təhlükəsizliyi müzakirə etdilər – Telefon danışığı

    Mart 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Ceyhun Bayramov həmkarı ilə regionu müzakirə etdi

    Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
     
    Bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında yayılıb.
     
    Bildirilib ki, söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

  • İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb – Video

    Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb.

    Median.Az paylaşımı təqdim edir:

  • İlham Əliyev: “Ermənistanla ticarət əlaqələrini bərpa etmişik”

    “Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik”.

    Bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

    Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılması Azərbaycanın uzunmüddətli yox, əbədi sülhə sadiq olduğunu nümayiş etdirir:

    “Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ Müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk”.

    Azərbaycanın sülh prosesində birbaşa dialoqa üstünlük verdiyini xatırladan İlham Əliyev Minsk qrupunun fəaliyyətini sərt tənqid edib:

    “Biz Ermənistanla sülhə nail olduq, – biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq”.

  • Rusiya səfiri Azərbaycana təşəkkür etdi

    Bir neçə gün əvvəl Rusiya və İran prezidentləri arasında telefon danışığı olub. Bu danışıq zamanı Rusiya Prezidenti Vladimir Putin İran tərəfinin xahişi ilə ölkəyə tibbi ləvazimatlar çatdırmağı tapşırıb.

    Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə bildirib.

    “Tibbi ləvazimatları daşıyan təyyarənin Azərbaycanda qəbul edilməsi ilə bağlı qarşı tərəfə müraciət nəzərdən keçirilib və Preizdent İlham Əliyev tərəfindən qərar bir saat ərzində qəbul edilib. Azərbaycan tərəfinə çox təşəkkür edirəm. Hər şeyin necə gözəl təşkil olunduğunu görürsünüz. 13 ton tibbi ləvazimatın İrana çatdırılması çox xoşdur”, – deyə o əlavə edib.