Category: Siyasət

  • Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi

    Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç martın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yaydı

    Estoniya Parlamenti İranın pilotsuz uçuş aparatı ilə Azərbaycanın Naxçıvan bölgəsinə etdiyi hücumu qınayıb.

    Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, Estoniya Parlamenti Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar bəyanat yayıb.

    Bəyanatda qeyd olunur ki, Estoniya Parlamentinin Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu martın 5-də Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.

    “Azərbaycana qarşı bütün hücumlar əsassızdır və yalnız münaqişənin gərginləşməsinə gətirib çıxaracaq. Mülki infrastruktura edilən hücumlar xüsusilə qəbuledilməzdir. Biz Azərbaycanda hücumdan zərər çəkmiş bütün şəxslərlə həmrəyliyimizi ifadə edir və Azərbaycanın bütün ərazisində sülhün dərhal bərpa olunmasını dəstəkləyirik”, – deyə bəyanatda bildirilib.

  • Prezident İlham Əliyev: “Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir”

    “Biz sizin (Antoniu Koşta – red.) səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verəcək. Onlar uğurla inkişaf edir, xüsusilə son dövrlərdə. Bizim çox fəal dialoqumuz var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə mətbuata bəyanatında deyib.

    Dövlətimizin başçısı qeyd edib ki, biz əməkdaşlığımızın çox fəal mərhələsindəyik.

  • İlham Əliyev və Antoniu Koşta mətbuata bəyanatlarla çıxış edirlər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta mətbuata bəyanatlarla çıxış edirlər.

    Median.Az
    bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti ilə təkbətək görüşü keçirilir – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə təkbətək görüşü keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı və Antoniu Koşta birgə foto çəkdiriblər.






  • İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN

    “Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları” və “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmanla Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Prezident diplomatların sənədləri ilə bağlı FƏRMAN imzalayıb

    “Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

  • Antoniu Koşta Bakıdan paylaşım etdi – FOTO

    Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta Bakıya səfər edib.

    Bu barədə Antoniu Koşta öz “X” hesabında paylaşım edib.

    “Azərbaycan Aİ üçün əsas tərəfdaşdır. Son bir il ərzində biz münasibətlərimizi intensivləşdirmişik.

    Biz təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində münasibətlərimizi daha da dərinləşdirməkdə qətiyyətliyik”, – deyə o paylaşımda yazıb.

  • Vladimir Putin İlham Əliyevə zəng edib

    Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

    Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib.

    İlham Əliyev
    Vladimir Putin

  • Alyona Əliyeva Yaşama Dəstək Mərkəzindən görüntülər paylaşıb – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Yaşama Dəstək Mərkəzində olub.

    A.Əliyeva sosial şəbəkə hesabında mərkəzdən görüntülər paylaşıb.

    Həmin paylaşımı təqdim edirik: