Category: Siyasət

  • İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib

    Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edib.

    Bununla bağlı Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında danışıb.

    “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığımıza qayıdaraq, bir daha onları təbrik etmək və COP29-un uğurlu keçirilməsinə verdikləri töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ondan çox panel müzakirəsi təşkil etmiş, çoxsaylı müzakirələrdə iştirak etmiş və COP29-un uğuruna fəal töhfə vermişdir.

    Bu il biz daha bir vacib qlobal beynəlxalq tədbir – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət edirəm. Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.

  • Leyla Əliyeva yeni şeirini təqdim edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi “Instagram” hesabında paylaşıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Prezident: “Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq”

    “Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq və o da Ermənistanın ərazisindən keçir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

    “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Prezident: “Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək”

    “Boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək:

    “Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara, ümumiyyətlə, təchizatçı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək”.

  • Prezident dünyada neftin qiymətindəki artımdan DANIŞDI

    Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

    “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”.

    Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.

  • İlham Əliyev: “Ermənistanla sülh yalnız kağız üzərində deyil”

    “Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirib.

    Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.

  • Prezident: “Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

    “Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirib.

    Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını söyləyən dövlətimizin başçısı qeyd edib:

    “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, sülhə nail olmaq üçün zəruri olan güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var”.

  • İlham Əliyev: “Təhlükəsizlik, sabitlik olmadan bütün başqa səylər mənasızdır”

    “Forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda, dünyadakı vəziyyətə yönələcəkdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

    Dövlətimizin başçısı deyib ki, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu, olmadan bütün başqa səylər mənasızdır.

  • Prezident: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir”

    “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.

  • Prezident: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir”

    “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.