Category: Siyasət

  • İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Fərzanə Sadiqin ötən il ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

    Dövlətimizin başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

    İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb. Dövlətimizin başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

    Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlətimizin başçısına minnətdarlıq edib.

    O, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb və vurğulayıb ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.

    Fərzanə Sadiq ölkələrimiz arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.

    Söhbət zamanı Bakıda keçiriləcək “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının əhəmiyyətinə toxunulub, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

  • Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər

    Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq prosesləri, o cümlədən Vaşinqtonda keçirilmiş Sülh Şurasının ilk iclasını müzakirə edib.

    Bu barədə pakistanlı diplomat “X” hesabında yazıb.

    Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

  • Leyla Əliyeva yeni şeirini təqdim edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi “Instagram” hesabında paylaşıb.

    Medin.Az həmin paylaşımı təqdim edir:

  • Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi

    Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-30-cu illər üçün Tədbirlər Planı”nı təsdiq edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

    Sərəncama görə, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya:

    – Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təklifləri əsasında Tədbirlər Planının 1-ci hissəsində nəzərdə tutulan tədbirlər üzrə icra ediləcək layihələrin siyahısını bir ay müddətində müəyyən etməli;

    – Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görmələri həvalə olunub.

    Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-30-cu illər üçün TƏDBİRLƏR PLANI ilə bu linkdən tanış olmaq mümkündür.

  • Azərbaycandan Ukraynaya növbəti enerji avadanlığı partiyası göndərilir

    Azərbaycandan Ukraynaya növbəti enerji avadanlığı partiyası göndərilir.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

    Onun sözlərinə görə, müxtəlif güclü 31 generator və iki ehtiyat avtomatik işəsalma sistemi Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələrinin, xəstəxanaların və Rusiyanın hücumlarından zərər çəkmiş regionların ehtiyacları üçün təhvil veriləcək:

    “Enerji avadanlığı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən irəli sürülmüş “Ukrayna üçün istilik” qlobal təşəbbüsü çərçivəsində göndərilir”.

  • İlham Əliyevdən bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir.

    Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılır:

    1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”;

    2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”;

    3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”;

    4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” və “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxslərin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”.

    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun yaradılmasını təmin etməlidir.

    Nazirlər Kabineti iki ay müddətində bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bundan başqa, hökumət Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin isə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir.

  • Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub

    Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar səmimi təbriklərimi, Azərbaycan xalqına davamlı uğurlar, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

    Son üç onillikdə Sloveniya və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, etimada və əməkdaşlıqla bağlı ortaq öhdəliyə əsaslanan dostluq münasibətlərinin və konstruktiv əlaqələrin inkişaf etdiyini bildirməkdən böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimizin əlaqələri qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji təhlükəsizliyi, yeni texnologiyaların inkişafı istiqamətlərində uğurla dərinləşəcək və genişlənəcək, xalqlarımız arasında dostluq münasibətləri möhkəmlənəcəkdir.

    Beynəlxalq sülhü və təhlükəsizliyi təşviq etmək, davamlı inkişafı dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istiqamətlərində birgə səylərimiz qlobal problemlərin kollektiv fəaliyyətlə həllinə sadiq olduğumuzu nümayiş etdirir. Biz qarşılıqlı anlaşmanın, sabitliyin və sülhün təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edəcəyik.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Bundan başqa, dövlətimizin başçısı sloveniyalı həmkarına təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənmiş, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı inkişaf etmişdir.

    İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Sloveniya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclasında iştirakı ilə bağlı videoçarx paylaşılıb – Video

    Prezident İlham Əliyevin sosial media hesablarında ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclasında iştirakı ilə bağlı videoçarx paylaşılıb.

    Median.Az
    həmin paylaşımı təqdim edir:

  • Ermənipərəst senator Vaşinqtonda təxribatçıları müdafiə etdi – Video

    Vaşinqtonda fəaliyyət göstərən antimilli ünsürlər ABŞ-dəki şovinist erməni dairələrinin əlaltısı kimi çıxış edir, onların sifarişləri əsasında hərəkət edirlər. Təsadüfi deyil ki, bu qrupun aqressiv və qeyri-etik aksiyasına ilk reaksiya və dəstək ermənilərin ANCA təşkilatı tərəfindən verilib.

    Amerika Erməniləri Milli Komitəsindən (ANCA) sonra dərhal münasibət bildirənlərdən biri də Azərbaycana qarşı mövqeyi ilə tanınan Frenk Pallone olub.

    Senator Frenk Pallonenin erməni lobbisi ilə sıx əlaqələrinin olduğu, erməni dairələri tərəfindən dəstəkləndiyi və uzun illərdir, Azərbaycan əleyhinə mövqe sərgilədiyi məlumdur.

    F.Pallone “907-ci düzəliş”in müəlliflərindən biri olub, Xocalı hadisələrini inkar edən, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağırışlar edən və vaxtilə işğal altında olmuş ərazilərə səfər edən şəxs kimi tanınır.

    Antimilli ünsürlər şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alıb və ən radikal addımlara belə əl atmaqdan çəkinmirlər. Bu şəxslər beynəlxalq əhəmiyyətli tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozmağa cəhd ediblər.

    Hotel ətrafında yaradılmış təhlükəsizlik perimetrini zorakı formada keçməyə çalışan, qeyri-etik ifadələr işlədən, təhrikedici və aqressiv davranışlar nümayiş etdirən bu şəxslərin cəhdlərinin qarşısı ABŞ polisi və Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alınıb.

    Bu yaxınlarda Azərbaycan əleyhinə fəaliyyəti ilə məşhur olan, keçmiş senator Bob Menendes layiq olduğu cəzasını aldı. Frank Pallonenin də eyni aqibəti yaşayacağı gün uzaqda deyil.
    //oxu.az

  • Azərbaycan 7 milyardlıq yardım layihəsində iştirak etmir – Hikmət Hacıyevdən açıqlama

    Bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, “Sülh Şurası”nın bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
    Prezidentin köməkçisi qeyd edib ki, gələcəkdə Azərbaycan tərəfindən “Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər.
    “Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir”, – Hikmət Hacıyev vurğulayıb.