Category: Siyasət

  • Prezidentin sosial şəbəkə hesablarında İlham Əliyevin Ceyms Devid Vens ilə görüşündən görüntülər paylaşılıb – Video

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə Bakıdakı görüşündən görüntülər paylaşılıb.

    Median.Az sözügedən videogörüntünü təqdim edir:

  • Leyla Əliyeva Gəncədə Milli Qəhrəman şəhid Natiq Qasımovun ailəsini ziyarətindən görüntülər yaydı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Gəncədə Milli Qəhrəman şəhid Natiq Qasımovun ailəsini ziyarətindən görüntülər yayıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

    Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

    Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.

    Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.

    Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

    İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Alyona Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım edib – FOTO

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Gəncədə Autizm Mərkəzini ziyarət ediblər.

    Alyona Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib:

  • Alyona Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbindən paylaşım edib – FOTO

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbini ziyarət ediblər.

    Alyona Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib:

  • Alyona Əliyeva Müqəddəs İohann lüteran kilsəsindən paylaşım edib – FOTO

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Müqəddəs İohann lüteran kilsəsini ziyarət ediblər.

    Alyona Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib:

  • Vens: “TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq”

    “Biz Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımından imkanlar yaradacağıq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, artıq TRIPP layihəsi də həyata keçirilir və bu, Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq və təbii ehtiyatlar daha rahat şəkildə ixrac oluna biləcək. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək.

  • Prezident: “TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik”

    “Bağlantılar, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ-nin Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında söyləyib.

    Dövlətimizin başçısı vurğulayıb:

    “Biz, eyni zamanda, əməkdaşlığın, həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifəsini açırıq. Süni intellekt mərkəzlərinin yaradılmasına gəldikdə, bu, bu gün bizim ikitərəfli gündəliyimizin bir hissəsidir. Bizim artıq Amerikanın aparıcı şirkətləri ilə ilkin nəticələrimiz var”.

  • Alyona Əliyeva Göygöldən paylaşım edib – FOTO

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Göygöl rayonuna səfər ediblər.

    Alyona Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib.

  • Prezident: “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”

    Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-nin vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.

    “Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-nin müttəfiqləridir”, – deyə dövlətimizin başçısı vurğulayıb.