Category: Siyasət

  • Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşündən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

    Leyla Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir: “BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə məhsuldar görüş keçirdik. Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq”.

  • Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır

    Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasını alqışlayır.

    Medan.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin bəyanatında bildirilib.

    “İrəvan və Bakı Azərbaycan ərazisi vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun dəmiryol vasitəsilə tranziti barədə razılığa gəliblər. Bu, iki qonşu ölkə arasında iqtisadi münasibətlərin normallaşmasına doğru daha bir addımdır – biz bu inkişafı alqışlayırıq”, – bəyanatda qeyd edilib.

    Daha əvvəl yanvarın 27-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvan və Bakının Azərbaycan vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitum tədarükü barədə razılığa gəldiyini bildirib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistana tətbiq edilmiş yük tranzitinə məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etmişdi. O vaxtdan bu istiqamətdə birbaşa və tranzit dəmiryol daşımaları həyata keçirilir.

    Azərbaycanın neft məhsullarının ilk partiyası 2025-ci ilin dekabrında Ermənistana göndərilmişdi və 1220 ton AI-95 markalı benzin təşkil edib, ikinci və üçüncü partiyalar isə müvafiq olaraq yanvarın 9-u və 10-u çatdırılıb.

  • Prezidentin işdən çıxardığı Süleyman Mikayılov kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, preizdentin sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Median.Az işdən çıxarılan eks-icra başçısın Süleyman Mikayılovun dosyesini təqdim edir:

    Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

    1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə “Səma” kiçik müəssisəsinin direktoru işləyib.

    1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

    1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

    2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.

    Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

    Ailəlidir, iki övladı var.

  • Prezident bu icra başçısını işdən çıxardı – FOTO

    Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Median.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

  • Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

    Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

    O, bu barədə “X” sosial şəbəkəsində yazıb.

    “Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etmək mənim üçün şərəf oldu”, – paylaşımda deyilib.

    Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

  • Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasovla görüşüb.

    Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar və 2025-ci ilin nəticələrini yüksək qiymətləndirərək onu Türkmənistan-Azərbaycan münasibətləri tarixində yeni, parlaq bir səhifə kimi səciyyələndiriblər.

    Qeyd olunub ki, ötən il qarşılıqlı yüksək səviyyəli səfərlər, eləcə də mədəni və humanitar mübadilələrin fəal inkişafı ilə yadda qalıb.

    Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsləri sayəsində ikitərəfli münasibətlər qardaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Energetika, nəqliyyat (o cümlədən Orta Dəhliz çərçivəsində), ticarət və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirildiyi qeyd edilib.

    Görüşdə həmçinin 2026-cı ildə Türkmənistanda və Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq forumlar, görüşlər və digər tədbirlərlə bağlı bir sıra məsələlər müzakirə olunub.

    2026-cı ilin payızında Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü ilə bağlı bildirilib ki, rəsmi Bakının bu formatda ilk dəfə tamhüquqlu iştirakçı kimi təmsil olunması regional əməkdaşlığın və dialoqun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.

  • 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib – ADLAR

    2026-cı il Gənclər üçün Prezident mükafatı verilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Sərəncama görə, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib:

    Ağadadaşov Sərxan Əbülfət oğlu

    Ağayev Şahmar Zöhrab oğlu

    Həsənova Elmina Qəhrəman qızı

    Həsənova Leyla Elçin qızı

    İsmayıllı Aynur Telman qızı

    İsmayılov Mahmud Azər oğlu

    Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı

    Məmmədova Lamiyə Famil qızı

    Novruzov Səməd Əbülqasım oğlu

    Tağızadə Mahir Tahir oğlu.

  • “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqləndi

    “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Sərəncama görə, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • İlham Əliyev Avstraliyanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • Prezident İlham Əliyev Norveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.