Category: Siyasət

  • Azərbaycan Prezidenti İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • Almaniya səfiri İran XİN-ə çağırıldı

    Tehranın keçən həftə sonu İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumundan sonra İranın səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat katibi brifinqdə deyib.

    “Sizə məlumat verə bilərəm ki, İran səfiri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb və hazırda görüş davam edir”, – sözçü əlavə edib.

    Qeyd edək ki, bu gün Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, İsrailin İran üzərində “müdafiə qələbəsi” diplomatik vasitələrlə təmin edilməli və bütün tərəflər gərginliyin qarşısını almaq üçün çalışmalıdır.

    “İsrail güclü hava hücumundan müdafiə sistemi və ABŞ, Britaniya və ərəb dövlətlərinin səyləri sayəsində müdafiədə qalib gəlib. İndi biz regionda eskalasiyanın qarşısını almalıyıq”, Berbok bildirib.

    Xatırladaq ki, Tehran da İranın İsrailə raket və PUA hücumuna Almaniya, Fransa və Böyük Britaniya verdiyi reaksiyaya görə bu ölkələrin diplomatlarını XİN-ə çağırmışdı.

  • Kamran Əliyev Tərtər rayon prokurorunu vəzifəsindən azad etdi

    Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib.

    Oxu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    K.Əliyevin digər əmri ilə Tərtərin hərbi prokuroru vəzifəsinin icrası Əli Qurbanova həvalə edilib.

  • Prezident İlham Əliyev DGK-nın bir sıra əməkdaşlarını təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilirlər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Quliyev Bəhruz Faiq oğlu;

    Şirinov Natiq Telman oğlu;

    “Tərəqqi” medalı ilə

    Alverdiyev Tariyel Mehman oğlu;

    Məmmədov Elşən Malik oğlu;

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Alışov Elvin Mahir oğlu;

    Bayramov Rəşad Fərrux oğlu;

    Dünyamalılı Emin Əhəd oğlu;

    Həsənov Rüstəm Abı oğlu;

    İsmayılov Amid Raqif oğlu;

    İsmayılov Seyfulla Lətif oğlu;

    Qasımov Orxan Araz oğlu;

    Quliyev Arif Mahmud oğlu;

    Qurbanov Vasif Elçin oğlu;

    Nəsibov Elxan Şiraslan oğlu;

    Nuriyev Nurlan Səxavət oğlu;

    Tağıyev Namiq İntiqam oğlu;

    Vəliyev Turqut Tehran oğlu.

  • “Azərbaycanın enerji sistemlərinə qoşulmaq düzgün olardı” – Paşinyan

    “Ermənistan və Azərbaycanın enerji profisiti var və bu da Cənubi Qafqazda beynəlxalq bazarlara çıxış üçün çox böyük potensialın olduğunu göstərir”.

    Bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

    O, Ermənistan və Azərbaycanın burada marağından da bəhs edib: “Ermənistan daha böyük ixrac bazarlarına çıxış əldə etmək üçün Azərbaycan şəbəkələrindən istifadə edə bilər və Azərbaycan da eyni məntiqdədir. Əlbəttə ki, onlar da Naxçıvanla enerji transferlərinin həyata keçirilməsində maraqlıdırlar. Görürsünüz ki, enerji sistemimiz Gürcüstan və İranın enerji sistemlərinə bağlıdır və düşünürəm ki, enerji sistemimizin Türkiyə və Azərbaycanın enerji sistemlərinə də qoşulması düzgün olardı. Bu, ixrac imkanlarımızı artıracaq, eləcə də regionun imkanlarını artıracaq. Lazım gələrsə, digər bazarlara birgə ixrac həyata keçirə bilərik.

    TRIPP layihəsi çərçivəsində enerji layihələri də nəzərdə tutulur. Əgər biz Azərbaycan şəbəkələrindən ixrac üçün istifadə etmək istəmiriksə, ən azından ərazimizdən elektrik enerjisinin ixracı və ya idxalı üçün tranzit vəsaitlərindən gəlir əldə edəcəyik”.

    Baş nazir bu barədə hər hansı praktik addımların atılıb-atılmadığını da açıqlayıb: “Siyasi anlaşma var. Biz bunu təhlil etdik, güman edirəm ki, Azərbaycan da bunu təhlil edib. Biz qarşılıqlı olaraq bunu təhlükə kimi görmürük, əksinə, imkanları, xüsusən də sülhün möhkəmləndirilməsi vasitəsi kimi görürük”.
    //unikal.az

  • Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

    İqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirin müavini – xarici işlər naziri Mühəmməd İshaq Dar telefon danışığı zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X”də açıqlama yayıb.

    “Tərəflər Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə edib və sıx təmasları davam etdirmək barədə razılığa gəliblər”, – məlumatda qeyd olunub.

  • Alena Əliyeva Auitizm Mərkəzində – FOTOLAR

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı şəhərinin Nizami rayonunda yerləşən Autizm Mərkəzini ziyarət edib.

    Alyona Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib.



  • Ceyhun Bayramov çinli həmkarı ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində çinli həmkarı Van İ tərəfindən səmimi şəkildə qarşılanıb. Daha sonra nazirlər arasında geniştərkibli görüş keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksəksəviyyəli siyasi dialoqun və Xarici İşlər nazirlikləri arasında müntəzəm təmasların vacibliyini vurğulayıblar.

    Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, əlaqələndirmə və nəqliyyat dəhlizləri, enerji sahəsində əməkdaşlıq, eləcə də innovasiya və rəqəmsal inkişaf üzrə əməkdaşlıq məsələləri əhatə olunub.

    Tərəflər, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

    Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edib.

  • Tramp donanma göndərib: İranın son qərarı nə olacaq?

    “The Jerusalem Post”un məlumatına görə, ABŞ İran neftinin ixracına qarşı hər hansı birbaşa hərbi əməliyyatdan əvvəl “dəniz blokadası” tətbiq etməyi nəzərdən keçirir. Faktiki olaraq, Tramp çıxışında İrana qarşı böyük bir donanmanın göndərildiyini açıqlayıb.
     
    Bu açıqlamaların nəticəsi nə olacaq? İran razılığa gələcəkmi, yoxsa gərginlik daha da artacaq?
     
    Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə əsasən, ABŞ-nin İran siyasətində “dəniz blokadası” ideyasının gündəmə gəlməsi Vaşinqtonun Tehrana qarşı təzyiq alətlərini sərtləşdirmək niyyətindən xəbər verir:

    Donald Trampın İrana qarşı böyük donanma göndərildiyi barədə açıqlamaları da bu strategiyanın siyasi və psixoloji əsasını formalaşdırır. Lakin məsələ təkcə niyyətlə deyil, bu niyyətin nə dərəcədə icra oluna biləcəyi və hansı nəticələr doğuracağı ilə bağlıdır. Məsələ burasındadır ki, “Dəniz blokadası” klassik beynəlxalq hüquq baxımından faktiki müharibə aktı hesab olunur. Bu səbəbdən ABŞ-nin rəsmi şəkildə blokada elan etməsi ehtimalı aşağıdır. Ancaq buna baxmayaraq İran neftini daşıyan tankerlərə qarşı sanksiyaların icrasının sərtləşdirilməsi, dəniz təhlükəsizliyi adı altında yoxlamalar, sığorta və maliyyə mexanizmləri vasitəsilə ixracın faktiki məhdudlaşdırılması kimi addımlar atıla bilər. ABŞ bu sahədə olduqca ciddi imkanlara malikdir. Belə ki, dünyanın ən güclü hərbi-dəniz donanmasına, Fars körfəzində müttəfiq olan dövlətlərdə geniş hərbi infrastruktura malik olması, eləcə də qlobal maliyyə sisteminə nəzarət imkanları Vaşinqtona ciddi üstünlüklər verir”.
     
    Ekspert, ABŞ-nin İran neftinin ixracını tamamilə dayandırmaq imkanının olmadığını vurğulayıb:
     
    “Çünki, qeyri-rəsmi tanker donanması, bayraq və sənəd manipulyasiyaları, gəmidən-gəmiyə neft ötürülməsi, əsasən Çin bazarına yönəlmiş qeyri-şəffaf satış kanalları Tehrana müəyyən nəfəs imkanı yaradır. Bu mexanizmlər İranın gəlirlərini həddən artıq azaltsa da, onları tamamilə sıfırlamır. Bu da o deməkdir ki, ABŞ maksimum halda İranın neft ixracını kəskin şəkildə azalda bilər, lakin tam iflic etməsi mümkün görünmür. Ən təhlükəli məqam Hörmüz boğazı faktorudur. Məlumdur ki, dünya neft ticarətinin təxminən beşdə biri bu boğazdan keçir və İran burada ciddi hərbi-taktiki imkanlara malikdir. Əgər ABŞ real dəniz blokadasına yaxın addımlar atarsa, İran cavab olaraq Hörmüzdə qeyri-sabitlik yarada, mina təhlükəsi, dron və raket riskləri formalaşdıra bilər. Bu isə təkcə ABŞ-İran qarşıdurması deyil, qlobal enerji təhlükəsizliyi probleminə çevrilər.
     
    Məhz bu risklər Vaşinqtonu daha ehtiyatlı davranmağa vadar edir. Trampın sərt ritorikası da əsasən bu kontekstdə qiymətləndirilməlidir. Onun siyasi üslubu maksimal təzyiq və güc nümayişinə əsaslansa da, genişmiqyaslı müharibəyə girmək istəyi ilə səciyyələnmir. Məqsəd daha çox İranı iqtisadi və psixoloji baxımdan sıxışdırmaq, onu danışıqlar masasına zəif mövqedən gətirməkdir. Amma bu baş verməyəcəksə, yəni İran bu təhdidlərdən müvafiq nəticə çıxarmayacaqsa o zaman hərbi müdaxilə ehtimalı da artacaq. Söhbət genişmiqyaslı müharibədən yox, qısa müddətli, konkret hədəflərə yönəlik hərbi müdaxilədən gedir. Düşünürəm ki, biz hələ bir müddət də tərəflər arasında güc və dözümlülük yarışına şahidlik edəcəyik”.