Category: Siyasət

  • Prokurorlara yeni səlahiyyət verilir

    Prokurorlara yeni səlahiyyət verilir.
     
    Median Az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
     
    Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilir.

  • Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

    Paytaxtda və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə təhsil, səhiyyə, sosial xidmət və digər sahələrdə obyektlərin inşası və bərpası, ölkədə aparılan genişmiqyaslı islahatlar uşaqların hüquqlarının müdafiəsi, habelə onlar üçün keyfiyyətli xidmətlərin, bərabər imkanlara əsaslanan mühitin, sağlam, təhlükəsiz şəraitin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, ictimai münasibətlərin inkişafı müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaradır. Bu baxımdan ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş hüquqi islahatların məntiqi davamı olaraq yaranan yeni münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış “Uşaq hüquqları haqqında” Qanunun layihəsi özündə uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları ehtiva edir.
     
    Median.Az xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.
     
    O bildirib ki, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir.
     
    “Digər mühüm dəyişiklik layihədə uşaqlar barəsində icraata dair müddəaların ətraflı şəkildə verilməsindən ibarətdir. Həmin müddəalar bu sahədə mövcud olan beynəlxalq hüququn normalarında əks olunmuş prinsiplərin ehtiva edilməsi və uşaqların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarının müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyətə malikdir”, – deyə ombudsman qeyd edib.

  • Paşinyan: Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinin qarantıdır

    Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ölkənin təhlükəsizliyi üçün ən etibarlı təminatdır.

    Bu bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə xalqa müraciətində bildirib.

    “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, – Paşinyan vurğulayıb.

    Baş nazir, eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin faktiki olaraq zəifləməsinin ölkə üçün yeni imkanlar açdığını da bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər, çünki bu silahların ölkə hüdudlarından kənara çıxarılmasından və ya KTMT-nin nəzarətinə keçməsindən ehtiyat edirdilər.

    “Bu maneə artıq mövcud deyil”, – Paşinyan qeyd edib.

    O əlavə edib ki, Ermənistan bundan sonra da silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.//apa

  • Nikol Paşinyan: “Biz müharibəyə hazırlaşmırıq”

    “Biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq”.

    Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində ölkənin Ordu Günü münasibətilə xalqa etdiyi müraciətində deyib.

    “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur.

    Biz bu ən etibarlı təhlükəsizlik zəmanətini gücləndirəcəyik”, – deyə Paşinyan bildirib.

  • Sülh Şurasından Azərbaycanla bağlı paylaşım – FOTO

    Sülh Şurasının sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edilib.

    Təşkilat ölkəmizi salamlayıb:

    “Sülh Şurası bizim böyüyən beynəlxalq təşkilatın təsisçi üzvü kimi Azərbaycanı salamlayır”.

    Xatırladaq ki, yanvarın 22-də Davosda Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

  • Mirzoyan AŞPA rəhbəri ilə İrəvan və Bakı arasında sülh prosesindən danışıb

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr ilə görüşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, tərəflər xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün nizamlanması prosesindəki irəliləyişi müzakirə ediblər.

    Regional gündəmin müzakirəsi zamanı Mirzoyan 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmaları çərçivəsində Bakı ilə İrəvan arasında əldə olunmuş sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində həyata keçirilmiş və hazırda davam edən addımlar barədə məlumat verib. Tərəflər həmçinin humanitar məsələlərə də toxunublar.

    Mirzoyan Avropa Şurası ilə əməkdaşlığın vacibliyini də qeyd edib və Ermənistanda islahatların həyata keçirilməsinin davam edəcəyini bildirib. Həmsöhbətlər parlamentlər arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini də vurğulayıblar.

  • Azərbaycanla Ermənistan arasında daha bir RAZILIQ ƏLDƏ OLUNDU – RƏSMİ

    İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınması barədə razılaşma əldə olunub.
     
    Median.Az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında yazıb.
     
    “Bizim sahibkarlar artıq bu imkandan yararlana bilərlər”, – nazir qeyd edib.//report

  • İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

    Bildirilib ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1.74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

    Respublikanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.

    Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6.7 milyard manat, faktiki investisiya həcmi isə 5.5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15.4 milyard manata çatıb ki, bunun da 5.7 milyard manatı ixracın payına düşür.

    “Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verib. Bildirilib ki, bu MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. “Azermirror” tərəfindən sənaye parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6.13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1.5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan “Azermirror” MMC 600 min manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.

    Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb olunması, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.




















  • Ermənistan və Bolqarıstan TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər

    Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Bolqarıstan parlamentinin Bolqarıstan-Ermənistan dostluq qrupunun sədr müavini Manoil Manevin rəhbərlik etdiyi nümayəndə heyəti Tramp Marşrutu (TRIPP) layihəsinin icrası prosesini müzakirə ediblər.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmək imkanlarını nəzərdən keçiriblər.

    Kostanyan TRIPP layihəsinin icrası üzrə görülən işlərin gedişatı barədə məlumat verərək qeyd edib ki, bu layihə Ermənistan və Bolqarıstan üçün nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

    Bundan əlavə, tərəflər informasiya texnologiyaları, energetika və digər sahələrdə tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar, həmçinin hibrid təhdidlərlə mübarizə və demokratik inkişafın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

  • İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir – Gideon Saar

    Azərbaycan ilə İsrail arasında sıx strateji dostluq münasibətləri mövcuddur. Bu münasibətlər iqtisadi sahəni də əhatə edir ki, bunun da hər iki ölkəyə faydası var. Üç il əvvəl – Azərbaycan İsraildə səfirliyini açdıqdan bəri iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edib.

    Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən İsrail-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

    O bildirib ki, 2025-ci ildə mülki ticarət təxminən 50 faiz artaraq 360 milyon dollardan çox təşkil edib.

    “Əminəm ki, gələn il və ondan sonrakı il ərzində bu rəqəmlər daha da böyüyəcək. Azərbaycan mühüm regional və aparıcı coğrafi mövqeyə malikdir. Bu, ölkənizin İsrail biznesi üçün bütün regiona, o cümlədən Mərkəzi Asiya regionuna çıxış qapısına çevirir. Bakı ilə Təl-Əviv, eləcə də Roma arasında həftədə 20 birbaşa uçuş həyata keçirilir. Son iki ildə birbaşa uçuşlarını davam etdirdiyinə görə Azərbaycanın milli aviaşirkəti olan AZAL-ı təqdir etmək istəyirəm. Bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı etimadı və sizin qətiyyətinizi əks etdirir. Biz bunu yüksək qiymətləndiririk”, – deyə nazir qeyd edib.

    Gideon Saar əlavə edib ki, 2025-ci ildə 60 min israilli turist Azərbaycanı ziyarət edib ki, bu da böyük bir irəliləyişdir: “Ancaq mən əminəm ki, gələn il və ondan sonrakı ildə bu rəqəmlər daha yaxşı olacaq. İnanıram ki, bu rəqəmi kəskin şəkildə artıra bilərik. Daha çox israilli yəhudiləri, israilliləri gözəl və təhlükəsiz ölkə olan Azərbaycana ziyarət etməyə dəvət edirəm. Həmçinin daha çox azərbaycanlıları İsrailə ziyarət etməyə dəvət edirəm. Sizi ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

    Forumla iqtisadi dialoqu davam etdirdiklərini deyən israilli nazir SOCAR-ı “Tamar” qaz yatağına investisiya yatırdığına görə təqdir etdiyin sözlərinə əlavə edib.

    “İnanıram ki, bu, Azərbaycanın xarici və iqtisadi siyasətində ağıllı yanaşmasını əks etdirir. Bu, həmçinin strateji tərəfdaşlıqda qarşılıqlı etimad və iqtisadi faydanı nümayiş etdirir. Güclü iqtisadi münasibətlərimiz xalqlarımız və hökumətlərimiz arasında mövcud olan yaxın əlaqələri əks etdirir və xalqlar arasında əlaqələr mövcud olduqda münasibətlər həqiqətən də güclənir. Amma mən inanıram ki, bu iqtisadi münasibətlər daha da böyük potensiala malikdir və biz bunu reallaşdırmaq niyyətindəyik. Məhz buna görə də bu gün İsrailin ən böyük biznes və iqtisadi liderlərindən, iqtisadi təşkilatlardan və şirkətlərdən ibarət nümayəndə heyəti ilə ölkənizə gəlmişəm. Bu nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini su, enerji, səhiyyə, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrini təmsil edirlər. Biz bu strateji tərəfdaşlığı növbəti səviyyəyə qaldırmaq istəyirik. Qarşılıqlı investisiyalarımızı və xalqlararası münasibətlərimizi inkişaf etdirmək əzmindəyik”, – deyə Gideon Saar qeyd edib.