Category: Siyasət

  • İlham Əliyev: “Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq”

    “Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.

    “Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Prezident İlham Əliyev: “Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir”

    “Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.

    Əslində, məzənnənin dəyişməz olaraq qaldığını, 2017-ci ildən etibarən bir dolların 1,7 manat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir”.

  • Qəbələdə İlham Əliyevin adından Çexiyanın baş nazirinin şərəfinə rəsmi lanç verilib – FOTO

    Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Çex Respublikasının Baş naziri Andrey Babişin şərəfinə rəsmi lanç verilib.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.




  • Paşinyan Azərbaycanla sərhədin növbəti delimitasiyasının anonsunu verdi

    “Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcəklər”.

    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

    O qeyd edib ki, Bakı və İrəvan indiyədək 12 kilometrlik ərazidə delimitasiya işlərini həyata keçirib və həmin zonada artıq erməni sərhədçiləri xidmət aparırlar.

    “Biz qarşıdan gələn dövrdə, əlbəttə ki, bu prosesi davam etdirəcək və məntiqi çərçivədə başa çatdıracağıq”, – deyə hökumət rəhbəri bildirib.

    Baş nazirin sözlərinə görə, gündəlikdə, həmçinin Gürcüstanla da sərhədlərin delimitasiyası prosesinin yekunlaşdırılması dayanır və bu barədə gürcü tərəfi ilə razılaşma mövcuddur. Paşinyan əlavə edib ki, delimitasiya və demarkasiya nəticəsində hərbçilər döyüş mövqelərində deyil, daimi dislokasiya yerlərində xidmət edəcəklər.

    “Onilliklər ərzində onlar səngərlərdə və mövqelərdə xidmət aparırlar ki, burada da bizə məlum səbəblərdən şərait heç də yaxşı deyil”, – deyə o bildirib.

    Paşinyan, həmçinin bildirib ki, sərhəddəki güclü istehkamlar və müdafiə qurğuları gələcəkdə sərhəd qoşunlarının nəzarətinə veriləcək. Lakin bu, yalnız Azərbaycanla tam sülh şəraitində baş tutacaq.

  • Prezident: “Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir”

    “Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında deyib.

    Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib: “Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

  • Andrey Babiş: “Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır”

    “Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

    O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.

  • Prezident: “Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir”

    “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.

  • İlham Əliyev: “Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır”

    “Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib.

    Dövlətimizin başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.

  • Leyla Əliyeva İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzindən paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi “Instagram” hesabında İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Qəbələdə İlham Əliyevin Andrey Babişlə təkbətək görüşü keçirilib – FOTO

    Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə Qəbələdə təkbətək görüşü keçirilib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.