Category: Siyasət

  • İlham Əliyev Çexiyanın baş nazirini Qəbələdə qarşıladı – FOTO

    Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın baş nazirinə raport verib.

    Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.

    Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

    Sonra rəsmi foto çəkdirilib.











  • İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı ölkənin milli bayramı olan Azadlıq Günü münasibətilə təbrik edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından

    səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

    İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcək.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb – Video

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ukraynalı həmkarı Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb.

    Median.Az paylaşımı təqdim edir:

  • Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar

    Azərbaycan və Ukrayna mülki və kommersiya işləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünun yekununa əsasən bildirib.

    Görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində baş tutub. “Azərbaycanlı həmkarımla əhəmiyyətli ikitərəfli görüş keçirdim.

    Liderlərimiz arasında bugünkü səmərəli danışıqların vacibliyini qeyd etdik və onların razılaşmalarının nəticələrini həyata keçirmək üçün növbətia ddımları razılaşdırdıq”, – Sibiqa sosial şəbəkə hesabında yazıb.

    O, həmçinin bildirib ki, Ceyhun Bayramovla danışıqlar zamanı energetika, humanitar yardım, iqtisadiyyat, siyasi dialoq və Ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla əməkdaşlığın prioritet sahələrini müzakirə edib.

    “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə, humanitar yardıma və əlaqələrimizi möhkəmləndirməyə hazır olduğuna görə Azərbaycana minnətdaram”, – Ukrayna XİN başçısı vurğulayıb.

  • Ukrayna prezidenti ölkəsinə yardıma görə İlham Əliyevə təşəkkür edib

    “Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

    Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib:

    “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız, cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb”.

  • İlham Əliyev: “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir”

    “Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib.

    “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • İlham Əliyev: “SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir”

    “Bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib.

    Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, – SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, – eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.

  • Prezident: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

    “2022-ci ilin yanvarında Kiyevə səfərimi xatırlayıram. Sizinlə (Volodimir Zelenski – red.) apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib.

    Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.

  • Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib (Yenilənir)

    Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilib.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

    * * * * *

    Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə təkbətək görüşü olub – FOTO (Yenilənib)

    Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.

    * * * * *

    Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir.