Category: Siyasət

  • İlham Əliyevlə Donald Trampın görüşü olub – FOTOLAR

    Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.

    Median.Az xəbər verir ki,görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

    Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulandı.

    Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxundu. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirdi. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı.

    Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd etdi.

    Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunuldu, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edildi. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi.

    Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd etdilər.

  • Baş katibin müavini Elçin Əmirbəyovla NATO-Azərbaycan münasibətlərini müzakirə edib

    Bakıda səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

    APA xəbər verir ki, bu barədə Radmila Şekerinska “X”-da bildirib.

    Görüş zamanı NATO-Azərbaycan münasibətləri müzakirə olunub, eyni zamanda, regionda təhlükəsizlik sahəsində vəziyyətin inkişafı, eləcə də Ermənistan-Azərbaycan sülh prosesində növbəti addımlara dair fikir mübadiləsi aparılıb.

  • Prezident İlham Əliyev Davosda bir sıra ölkələrin liderləri ilə görüşüb

    Yanvarın 22-də Davosda Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi olub.

    Mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirə qatılan digər ölkələrin liderləri ilə ayaqüstü görüşüb, söhbət edib.

    Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla da görüşü olub.

    Xatırladaq ki, İsveçrənin Davos şəhərində yanvarın 19-dan 23-dək Dünya İqtisadi Forum keçirilir.

  • Davosda İlham Əliyevlə Donald Trampın görüşü olub

    Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın görüşü olub.

    Median.Az
    bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edir

    Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

  • Leyla Əliyeva Davos səfərindən paylaşım etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Davos səfərindən paylaşım edib.

    Leyla Əliyeva rəsmi “Instagram” hesabında Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva ilə fotosunu paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib

    Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvarın 21-də Davosda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp xüsusi müraciətlə çıxış edib. Sonra Donald Trampın iştirakı ilə panel iclas keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

  • İlham Əliyev Marta Kosla görüşdü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.

    Söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

    Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eyni zamanda, enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu.

    Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd etdi.

    Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı və bu istiqamətdə fikir mübadiləsi aparıldı.

  • Yeni icra başçısı müavinini işdən çıxardı

    Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.

    Median.Az xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.

    Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.

    Xatırladaq ki, Natiq Ağayev bir neçə ay əvvəl Balakənə icra başçısı təyin edilib.

    Məlumatı daha əvvəl “iqtisadiyyat.az” yayıb.

  • “30 il ərzində Azərbaycan ərazilərində olmuşuq” – Erməni deputat

    “Unutmayın ki, biz 30 il ərzində onların ərazilərində olmuşuq. Yəni Azərbaycanın nəzarətimiz altında olan 7 rayonu var idi, onlar Azərbaycan əraziləri idi. Bəlkə Laçın, Qubadlı, Zəngilan, Füzuli, Ağdam bizim ərazilərimiz idi”?

    Bunu Ermənistan Parlamentinin deputatı Qaqik Melkonyan deyib.

    “Biz onların ərazilərini birdən-birə vermədik. 25, 26 il danışıqlar apardıq və yalnız danışıqlardan sonra onları müharibə yolu ilə geri verdik. Bütün bu illər ərzində onların ərazilərində qaldıq”, – deyə o qeyd edib.
    //unikal.az