Category: Siyasət

  • Arzu Əliyeva doğum günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva doğum günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib.

    Bu barədə o, özünün “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Səmimi təbriklərə görə çox təşəkkür edirəm! Allah hamıya cansağlığı versin!”

  • Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

    Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verdi.

    Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirildi, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edildi.

    Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı.

    İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

  • Leyla Əliyeva bacısını təbrik etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bacısı, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Leyla Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

  • Alyona Əliyeva Arzu Əliyevanı təbrik etdi – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Alyona Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir: “Əziz Arzu xanım, ad gününüz mübarək! Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

  • Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü

    Ermənistan tərəfi Qarabağda qalan 11 erməninin (10 erməni və Ermənistan Respublikasının Rusiya vətəndaşı olan bir nəfər – red.) Ermənistan Respublikasına köçürmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət edib.

    Bu barədə Ermənistanın əmək və sosial məsələlər Naziri Arsen Torosyan bildirib.

    Torosyan qeyd edib ki, ərizələr əsasında adı çəkilən şəxslər Ermənistan Respublikasına köçürülüblər.
    //unikal.az

  • Arzu Əliyevanın doğum günüdür

    Yanvarın 23-ü Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.

    Median.Az xatırladır ki, Arzu Əliyeva 1989-cu ildə Bakı şəhərində anadan olub.

    Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.

    2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.

    İki övladı var.

    Median.Az kollektivi adından Arzu Əliyevanı təbrik edir, cansağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayırıq!

  • İspaniya Konqresinin sədri Azərbaycana gəldi

    İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İspaniya Parlamentinin nümayəndə heyətini Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

  • İlham Əliyevlə Paşinyan ayaqüstü söhbət etdilər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

    İlham Əliyevlə Paşinyan Davosda ayaqüstü söhbət ediblər.

  • Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım edib

    Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

    APA paylaşımı təqdim edir:

  • Mehriban Əliyeva Prezident İlham Əliyevin Donald Trampla görüşündən paylaşım edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampla görüşünə dair sosial şəbəkə hesablarında paylaşım edib.

    APA paylaşımı təqdim edir: