Cümə, May 15, 2026
Google search engine
EvHadisəAzərbaycanda uşaq qaynar suda yandı

Azərbaycanda uşaq qaynar suda yandı

Şəkidə azyaşlı qaynar su ilə dolu vedrənin üstünə yıxılıb.

Hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndində qeydə alınıb.

Kənd sakini, altı yaşlı Qasım Elçin oğlu Qafurlu yaşadığı evin həyətində velosiped sürərkən ehtiyatsızlıqdan içərisində qaynar su olan vedrənin üstünə yıxılıb.

Nəticədə, azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hər iki aşağı ətrafın və bədən səthinin qaynar su yanığı dioqnozu ilə Şəki Uşaq Xəstəlikləri Xəstəxanasına çatdırılıb.

Q.Qafurlunun vəziyyəti orta-ağır qiymətləndirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments