Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətRusiyada iki azərbaycanlı həbs edildi

Rusiyada iki azərbaycanlı həbs edildi

Rusiyada sərhəddən qanunsuz keçməyə çalışan iki azərbaycanlı saxlanılıb.

Bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hadisə zamanı 1988 və 1991-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşı Rusiya ərazisindən Valuysk şəhərində yerləşən sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olmağa cəhd göstərib.

Araşdırma zamanı məlum olub ki, onların Rusiyaya girişi bundan əvvəl qadağan edilib.

Valuysk rayon məhkəməsinin qərarı ilə onların hər biri altı ay müddətinə azadlıqdan məhrum edilib.

Həbs müddəti başa çatdıqdan sonra onlar Ukraynadan deportasiya ediləcək.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments