Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətDeputatdan küçəyə atılan körpə ilə bağlı sərt reaksiya: İnsanlar var ki, həsrətdirlər

Deputatdan küçəyə atılan körpə ilə bağlı sərt reaksiya: İnsanlar var ki, həsrətdirlər

Əgər bu uşağı valideynləri atıbsa, onlar ağır şəkildə cəzalandrılmalıdır

Bu sözləri oxu.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Bakının Qardağ rayonu, Lökbatan qəsəbəsində birgünlük oğlan uşağının küçəyə atılmasına münasibət bildirərkən deyib. O, bu hərəkəti edən şəxs və ya şəxsləri vicdansız adlandırıb:

“Mən bu məlumatı oxuyub dəhşətə gəldim. Bu, insanlığa sığmayan bir addımdır. Düzdür, biz hələ bilmirik ki, uşağı atan valideynləridir, yoxsa məsələnin içərisində başqa məqamlar var. Amma hər bir halda bu qanun pozuntusudur.

İnsanlar var ki, o körpəyə həsrətdirlər. Övlad sahibi olmaq üçün nə qədər əziyyət çəkirlər. Hər halda hüquq-mühafizə orqanları məsələni araşdırır. Nəticəni gözləyək, görək bu hadisəni kim törədib. Bu hadisəyə qarşı səssiz qalmaq olmaz. Mülki Məcəllədə də bununa bağlı müvafiq qanun var. Əminəm ki, bunu edənlər öz layiqli cəzalarını alacaqlar”.

Xatırladaq ki, bu gün Bakının Qardağ rayonu, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib. Səhiyyə Nazirliyi hazırda uşağın vəziyyətinin ağır olduğunu bildiriblər.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments