Cümə, May 15, 2026
Google search engine
EvHadisəYPX avtomobili “Mercedes”ə çırpıldı - VİDEO

YPX avtomobili “Mercedes”ə çırpıldı – VİDEO

Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, qəzaya sağ hərəkət zolağını gözləmədən qəfil yola çıxan nəqliyyat vasitəsi səbəb olub:

“Görüntülərdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün patrul xidmətinin avtomobilini görürsünüz. Avtomobillərdən biri nasazlıq səbəbindən yolun hərəkət istiqamətində qalıb. Qarşıda hərəkət edən “Mercedes” markalı avtomobil isə qəfil manevr edərək YPX avtomobilinin önünə keçib. Patrul avtomobili qəzadan yayınmağa çalışsa da, bu mümkün olmayıb. Nəticədə YPX avtomobili həmin avtomobil ilə toqquşub”.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments