Şənbə, May 16, 2026
Google search engine
EvHadisəBakıda avtomobil altı yaşlı uşağı vurdu

Bakıda avtomobil altı yaşlı uşağı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

7-ci mikrorayonda evlərinin yanında yolu keçən 2014-cü il təvəllüdlü Həsənova Rəna Nicat qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments