Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAzərbaycanlı aktyor koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanlı aktyor koronavirusdan vəfat etdi – FOTO

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev vəfat edib.

Bu barədə aktyorun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Ə.Qurbanəliyev bu gün səhər saatlarında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Qeyd edək ki, aktyor 1948-ci ildə Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib.

Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.

2013-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments