Cümə axşamı, May 14, 2026
Google search engine
EvİdmanIII Avropa Oyunları: Velosiped idmanının iki növü proqrama daxil edildi

III Avropa Oyunları: Velosiped idmanının iki növü proqrama daxil edildi

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha bir idman növünün daxil edilməsi təsdiqlənib.

Median.Az Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, velosipedin dağ və BMX fristayl növləri proqramda yer alıb.

Bu növlərdən dağ velosipedçiliyi “Bakı 2015” I Avropa Oyunlarının proqramında da olub.

Polşadakı hər iki yarış həm də Avropa çempionatı statusu daşıyacaq.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 – 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments