• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Sürücü cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

by
Mart 12, 2018
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır?

“Qədərdən qaçmaq olmaz”a inanlardanam. Fevralın 1-də Bakının Nizami rayonu ərazisində sağ tərəflə hərəkət edən avtomobil xarab olub yolda dayandığı üçün məcbur olub solundan keçdim və svetaforun qırmızı işığına düşdüyümdən yaşılı gözləməli oldum. Məndən arxada da DYP avtomobili dayanmışdı. Oradan üç yüz metr aralanandan sonra gördüm həmin DYP avtomobili təqib edir, halbuki təqib qanunla birmənalı şəkildə qadağandır. Saxlayıb gözlədim, inspektor gəlmədi, məcbur olub özüm düşdüm. İzah etdi ki, qarşıdan gələn avtomobillərin yoluna çıxıb saxlamışdın, mən də gözlədim qayda pozuntusunu sona qədər icra edəsən, ona görə də sonradan qovub saxlatdım və s. Mən də izah etdim ki, məndən sağdakı avtomobil hansısa səbəbdən qarşıda saxlayıb hərəkətə mane olurdu, mən də məcburən sola keçdim və asfaltda heç bir nişalanma xətləri olmadığından qarşı yola çıxmağımın da fərqində olmamışam, istəsən gedib birlikdə baxaq orda xətt var, ya yox?

İnspektor dedi ki, guya mənə 4 ballıq, 100 manatlıq cərimə düşür, çünki əks yola çıxıb dayanmışammış. Yaxşısı budur, 3 ballıq, 60 manatlıq cəriməyə “hə” deyim, məsələ bitsin. İşə tələsirdim deyə, mübahisə nəticəsində işə gecikcəyim dəqiq idi, bu səbəbdən də protokola imza atdım. Bir haşiyə çıxıb bildirim ki, sonradan məsələnin dəqiq araşdırılması ilə bağlı müvafiq qurumlara onlayn müraciət etsəm də, bir nəticəsi olmadı, bu günə qədər araşdırmanın nəticəsi barədə heç bir məlumat verilməyib.

Sonradan əmin oldum ki, inspektor məni saxladanda vəzifəsindən sui-istifadə edərək, yalan məlumat verib. Çünki yazılan protokolda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qayda pozmağım iddia olunur. Bu da tətbiq olunan ən ağır cərimədir. 4 ballıq, 100 manatlıq cərimə tətbiq olunmasına əsas verən qayda pozuntusu tötətməyim barədə isə söhbət gedə bilməz. Hətta polisin “saxla” tələbinə əməl etməyənlərə səksən manatlıq cəza tətbiq olunur. Belə çıxır ki, məqsəd, sürücüləri daha ağır cəza ilə qorxudub, öz istədikləri cəzanın təıtbiqinə razı salmaqdır. Halbuki son 5 il ərzində hesabımda heç bir qayda pozuntusu yox idi.
Bir vacib məsələni də qeyd edim ki, İnzibati Xətalar Məcəllsinin 327.2-ci maddəsində həm də böyük bir boşluq var- maneəni kənardan keçməklə bağlı. Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır? Yoxsa cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

Dünən səhər yol polisinin daha bir “sürprizi” iə qarşlılaşdım. Fevralın 5-də, saat 7.56-da “Nargilə” kafesinin yaxınlığından keçəndə radar avtomobilimi çəkib ki, sığorta müddəti bitib. Bundan cəmi 2 saat sonra isə yeni sığorta müqaviləsi qüvvəyə minib. Amma araşdrma aparılmasına baxmayaraq, 2 saat fərqinə görə mənə 50 manatlıq cərimə tətbiq olunub. Halbuki sığorta müqaviləsinin sistemə 2 saat gec oturdulması mənim günahım deyil və bu 2 saat müddətində də heç bir nəqliyyat hadisəsi törətməmişəm. MMX məlumatlarını araşdıran şəxslər bunu nəzərə alaraq, cərimə tətbiq etməyə bilərdilər, amma ediblər.

P.S. “Arqumentı i faktı” qəzetində Riqa şəhər dövlət yol polisi idarəsi rəisinin müsahibəsini oxumuşdum. Deyirdi ki, birinci dəfə qəsdən qayda pozmayanlara güzəşt edilməsi barədə göstəriş verib. Bu həm də sürücülərlə yol polisləri arasında qarşlııqlı etimadın gücləndirilməsinə səbəb olur. Çünki yol polisi qayda pozulmasının və cərimə tətbiq olunmasının deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin marağında olmalıdır.//avrasiya.net

Previous Post

Bakıda kişi özündən 15 yaş kiçik qıza avtobusda sataşdı – hər kəs bu videodan danışır (VİDEO)

Next Post

DYP rəsmisi məmur oğlunun öz polis yoldaşını vurmasını təsdiqlədi – ”Kağız kəsən alətlə vurub”

Next Post

DYP rəsmisi məmur oğlunun öz polis yoldaşını vurmasını təsdiqlədi – ”Kağız kəsən alətlə vurub”

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.