• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

DYP rəsmisi məmur oğlunun öz polis yoldaşını vurmasını təsdiqlədi – ”Kağız kəsən alətlə vurub”

by
Mart 12, 2018
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Beyləqan rayonunda xanım məmurun polis oğlunun iş yoldaşını bıçaqlaması ilə bir-birinə zidd açıqlamalar verilir, xəbərlər yayılır.

Criminal.az baş vermiş hadisənin təfərrütanı öyrənməyə çalışıb. Əldə etdiyimiz məlumata görə, hadisə yol polis əməkdaşları xidmətdə olan zamanı söyüş üstündə baş verib. Bundan sonra mübahisə yol polis bölməsində davam edib və sonda qanlı hadisə baş verib.

Hadisənin təffərrütına keçməmişdən əvvəl xatırladaq ki, qanlı olay martın 10-da axşam saatlarında Beyləqan rayonu ərazisində baş verib.

Criminal.az saytına verilən məlumata görə, Rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib. Hətta Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov Criminal.az-a faktı təsdiq edib. Bildiribki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Hadisəni Criminal.az-a təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib. Polis rəisinin sözlərinə görə, hadisən ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə ilk olaraq məzuniyyətdə olduğundan məlumatsız olduğunu desə də, sonradan faktı təkzib edib.

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova
 
Xuraman Rüstəmova Criminal.az saytına açıqlamasında Beyləqan rayon yol polis bölməsinin əməkdaşı olan oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu bıçaqlamasını təkzib edib. X.Rüstəmova bildirib ki, oğlu haqda tam yalnış məlumat yayılıb: ”Hadisə polislərin idman saatında, məşq edən zaman olub, güləşərkən yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki işdədir. Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur”.

Soldakı Tural Əliyevdir.

Diqqətli oxucuların nəzərindən qaçmadı ki, baş vermiş hadisənin hansı şəraitdə, necə baş verməsi ilə bağlı ziddiyətli açıqlamalar verilib. Lakin Criminal.az saytının əldə etdiyi məlumata görə, T.Əliyevlə Namiq Zeynalov arasında mübahisə xidmətdə olan zaman baş verib. Mübahisə zamanı N.Zeynalov Turala qarşı nalayiq ifadələr işlədib. Bu zaman əsəbləşən Tural Əliyev ona bir zərbə vurub.

Bundan sonra N.Zeynalov polis bölməsinə gələrək T.Əliyev barəsində rəhbərliyə raport yazmaq istəyib. İş yoldaşının belə hərəkətindən əsəbləşən T.Əliyev ona 4 bıçaq zərbəsi endirib. Onlardan yalnız biri N.Zeynalovu kürəyindən yaralayıb.

Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, hadisə bıçaqlanma deyil. Şöbə rəisinin sözlərinə görə, kağız kəsən alətlə onlar təsüdüfən bir-birinə xəsarət yetiriblər.

”Burda cinayət faktı olmamalıdı, sadəcə kağızkəsənlə ehtiyatsız davranma nəticəsində baş verib. Məndə olan məlumat belədir. Hadisə necə olubsa, araşdırılacaq. tərəflərdən hansınınsa anası da hadisə haqda düzgün bilməyə bilər. Güləş zamanı alınan xəsarət deyil. Kəsici alətin yaratdığı xəsarətdir. İstənilən halda araşdırma nəticəsində məlum olacaq. Dəqiq informasiyanı Beyləqan polis şöbəsindən alın. Bizdə məlumat var, gizlədilməsi mümkün deyil. Lap təsadüf nəticəsində baş veribsə belə, xidməti araşdırma aparılacaq”-deyə BDYP rəsmisi vurğuladı.
Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisidir.

Previous Post

Sürücü cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

Next Post

“Şəffaf fəaliyyət göstərən MMC zərər edir” – NAZİRLƏRƏ AÇIQ MƏKTUB

Next Post

"Şəffaf fəaliyyət göstərən MMC zərər edir" - NAZİRLƏRƏ AÇIQ MƏKTUB

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.