Month: Mart 2018

  • Fransada Roma Şəkinskiyə qarşı sui-qəsdin təfsilatları

    Fransada azərbaycanlı siyasi mühacir Rəhim Namazova edilmiş silahı hücum, 22 il məhbus həyatından sonra Türkiyədə yaşayan qanuni oğru Nadir Səlifovun (Lotu Quli) ünvanına səsləndirilmiş təhqirlərlə əlaqədar ola bilər.

    Median.Az xəbər verir ki, bu haqda Oxu.Az-a kriminal dairələrə yaxın olan mənbələrdən məlumat daxil olub.

    Fransanın “Francetvinfo” nəşri xəbər verir ki, cümə günü səhər saatlarında Tuluza şəhəri yaxınlığında yerləşən Kolomye rayonunda naməlum şəxslər Namazovun avtomobilini güllələyib.

    Hücum zamanı avtomobildə ondan başqa həyat yoldaşı da olub. Qadın başından aldığı güllə yarasında dünyasını dəyişib, Namazov isə xəstəxanaya yerləşdirilib. Silahlılar hadisə yerindən qaçıb.

    Məlum olduğu kimi, Namazov Azərbaycanda orduda baş verən hadisələr barədə informasiya yaydığına görə məsuliyyətə cəlb olunmuşdu. Azad olunduqdan sonra o Fransaya köçüb.

    Bu bir il ərzində Namazova qarşı ikinci sui-qəsd cəhdi olub.

    Mart ayının ortalarında kriminal aləmdə “Roma Şəkinski” adı ilə tanınan Namazov, “YouTube” portalında video müraciət yayaraq, Nadir Səlifovun (Lotu Qulinin) ünvanına təhqirlər yağdırmışdı.

    Namazova qarşı sui-qəsdə cəhdin motivləri dəqiq məlum olmasa da, onun həmin videoda Lotu Qulu həyatına təhdid etməsi diqqət çəkən məqamlardandır.

    Roma Şəkinski Namazov hər zaman Çeçen kriminal avtoritet Həmzət Qastamirov (Şeyx Həmzət), Rövşən Lənkəranskinin klanı, onun yaxın qohumu Zaur Əliyev (Zayka) və qanuni-oğru Əli Heydərovun (Albert Rıjıy) tərəfində olacağını bildirib.

  • Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

    Türkiyə-Rusiya arasında yüksək səviyyəli danışıqlar ərəfəsində Rusiya Xarici işlər naziri Serqey Lavrov telefon danışığında Türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə ikitərəfli münasibətlərlə bağlı müzakirələr aparıb.

    Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    “Nazirlər qarşıda gələn yüksək səviyyəli Türkiyə-Rusiya danışıqları kontekstində iki tərəfli münasibətlər üzrə bir sıra aktual məsələləri müzakirə edib” deyə Rusiya XİN-nin rəsmi bəyanatında qeyd olunur.

  • Aya uçuş insan üçün təhlükəlidir

    Aya gələcəkdə kosmonavtların göndərilməsi zamanı radiasiya şüalanma səviyyəsi Beynəlxalq kosmik stansiyada olan şüalanmadan daha yüksək olacaq.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın elmlər akademiyasının Tibbi-bioloji problemlər institutunun direktoru Oleq Orlov bildirib.

    Habelə alim şüalanma səviyyəsinin mövcud peşəkar normalar hüdudunda olduğunu diqqətə çatdırıb.

    Bundan əvvəl 2017-ci ildə aparılmış araşdırmanın nəticələri gələcəkdə Yerin peykinə pilotlu missiyanın göndərilməsinin mümkünlüyünü sual altına almışdı. Tədqiqatçılar bildirirdi ki, Aya kosmik uçuş zamanı ağır ionlarla şüalanma insanın mərkəzi sinir sistemində ciddi pozuntular yarada bilər.

    “Kosmonavtın peşəkar fəaliyyəti məhz yüksək risk səviyyəsi ilə əlaqədardır. Planetlərarası uçuşlarda radiasiya faktoru əsas tibbi risklərdən olmasa da, hər halda ən vaciblərindən biridir” deyə Orlov bildirib.

    Onun sözlərinə görə, alimlər ağır yüklü zərrəçiklərin bioloji effektlərini təzəlikcə araşdırmağa başlayıb.

    “Onların orqanizmlə təmasından potensial xəsarətlərin dərəcəsini və fəsadlarını, xüsusilə onun beyin strukturuna təsirlərini öyrənmək lazımdır. Biz bu şəraitdə beyin strukuturlarının xassələri haqqında çox az şey bilirik, yəni beynin bu və ya digər funksiyaların pozuntularını aradan qaldırmaq və ya kompensasiya etmək imkanları hələ öyrənilməyib

    Alimin sözlərinə görə, Aya pilotlu missiyalar göndərməzdən əvvəl oxşar şəraiti imitisasiya edən eksperimentlər aparılmalıdır. O, buna Beynəlxalq kosmik stansiyada hazırda aparılan “Bion” tədqiqat proqramını örnək göstərib.

  • Bu avtomagistrallarda sürət həddi endirilib — hava ilə əlaqədar

    Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür güclü küləkli hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.//Ölkə.az

  • Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib

    Cəlilabadda intihar hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində (keçmiş Novoqolovka kəndində) qeydə alınıb.

    Həmin yaşayış massivinin 22 yaşlı Münasib Hakim oğlu Nəhmədov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.

    Hadisə yerinə təcili yardım stansiyasının, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Bildirilir ki, M.Nəhmədov nişanlı olub və bu yaxınlarda toy etməyi planlaşdırırmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda siqaret BAHALAŞDI

    Azərbaycanda siqaret markalarından biri bahalaşıb.

    Median.Az Minval.info-ya istinadən xəbər verir ki, siqaret çəkənlərin ən çox istifadə etdiyi “Winston XS”in qiyməti qalxıb. Buna səbəb kimi gömrük sərhəd buraxılış məntəqəsində tütün məhsullarının saxlanılması göstərilir.

    Məlumata görə, siqaretlərin ölkəyə keçirilməsində artıq 1 aydır ki, problemlər yaranıb. Bununla əlaqədar “Winston XS”in qiyməti 0.10 manat bahalaşıb. Sözügedən siqaret markası bəzi satış nöqtələrində yeni qiyməti ilə satılır.

  • Mehriban Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib — FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

    Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış olub.

    Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış ediblər.

  • Xızıda top mərmisi aşkarlanıb

    Martın 30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Aşkar olunmuş mərminin ətrafında 2 000 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.//Ölkə.az

  • Ağcabədiyə güclü dolu yağıb – FOTO

    Ağcabədi rayonuna güclü dolu yağıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, dolu rayonun Qiyamadınlı, Gələbədinli kəndlərinə düşüb. Yağan dolunun təsərrüfatlara nə qədər ziyan vurduğu hələlik məlum deyil.

    Hazırda dolu yağması fasilələrlə davam edir.

  • Zakir Həsənov Türkiyənin Giresun şəhərinə yola düşüb

    Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Giresun şəhərinə yola düşüb.

    Median.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

    Müdafiə nazirlərinin görüşü martın 31-də keçiriləcək.