Month: Aprel 2018

  • Göyçayda təbiətə dörd min manatdan artıq ziyan vurulub – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

    Bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

    Keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib.

    Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.


  • Bakıda ƏMƏLİYYAT: 1 milyon manatlıq dərman və 100 həkim… – İNANILMAZ TƏFƏRRÜAT

    Bakı şəhəri ərazisində 11 ünvanı, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binaları, onlara məxsus anbarlara, aptek şəbəkələri, yaşadıqları mənzillər, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a məlumat verilib.

    Toplanmış materiallar əsasında aprelin 27-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

    İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal edib. Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olub. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsiüçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

    Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.

    Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

    Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.

    Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələrii istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

  • Seda Sayan əməliyyat olundu – FOTO

    Məhşur türk müğənnisi Seda Sayan əməliyyat olunub

    Median.Az –ın türk mətbuatına əsasən verdiyi məlumata görə Seda Sayan dünən təcili olaraq xəstəxanaya yerləşdirilib.Vəziyyətinin ağır olmasıyla əlaqədar dərhal əməliyyat olunan müğənninin vəziyyətinin hal-hazırda yaxşı olduğu deyilir.Məhşur müğənni kor bağırsaqından əməliyyat olunub.

  • Azərbaycanda 15 obyektdə əməliyyat keçirildi, saxlanılanlar var

    Aksiz markası olmadan tütün məmulatları və spirtli içkilərin satılmasının qarşısı alınır

    Son zamanlar ölkəmizin paytaxtında və bölgələrdə pərakəndə ticarət müəssisələrində aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış malların (əsasən, tütün məmulatları və spirtli içkilər) satışı hallarının artdığı müşahidə edilir. Bununla əlaqədar Vergilər Nazirliyi (VN) tərəfindən aparılan müşahidələr zamanı belə məhsulların satışının həyata keçirildiyi əsas obyektlərin dislokasiyası müəyyən edilib.

    VN-in Media və Kommunikasiya Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar müsadirə olunub.

    Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılıb və Yasamal Rayon Məhkəməsinin qərarı ilə qeyri-qanuni əməlləri törətmiş O.Məmmədov, Ç.Rəfiyev və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunur ki, eyni qanun pozuntularına yol verdikləri üçün həmin şəxslər əvvəllər də məsuliyyətə cəlb ediliblər.

    Nazirlik bildirir ki, alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışı ilə məşğul olma hallarının kütləvililiyi onların mütəşəkkil xarakter daşıdığına və həmin sahədə geniş bir cinayətkar şəbəkənin fəaliyyət göstərdiyinə dəlalət edir: “Aksiz markası olmadan, həmçinin aksiz markalarının saxtalaşdırılması yolu ilə istehlak bazarına çıxarılan məhsullar vətəndaşların sağlamlığı üçün təhlükə törətməklə yanaşı, qanuni fəaliyyət göstərən digər vergi ödəyicilərinə münasibətdə haqsız rəqabətə səbəb olur. Cinayət şəbəkəsində birləşmiş belə “işbazlar” qeyri-qanuni məhsulların istehsalı, həmçinin qiymətli kağız hesab edilən aksiz markalarının saxtalaşdırılması ilə məşğul olur, dövlətin və cəmiyyətin mənafelərinə ciddi zərər vururlar”.

    Vergilər Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur: “Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışı həyata keçirən şəxslərə də şamil edilir. Qanun pozuntusuna yol vermiş şəxslər cinayət məsuliyyəti daşıyır və onlara qarşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə azadlıqdan məhrumetmə kimi məsuliyyət tədbirləri nəzərdə tutulur”.

    VN bəyan edir ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı faktlarının aşkar olunması istiqamətində vergi nəzarəti tədbirlərini davam etdirəcək və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək: “Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də onların istehlakının məhdudlaşdırılması ilə yanaşı, sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir”.

    “Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır, eyni zamanda aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır. Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidir. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz” — deyə nazirlikdən vurğulanıb.

  • Bakıda “qoçu”lar yolun ortasında adam döyür – VİDEO

    Bakıda yolun ortasında dava düşdü, “qoçu”lar dinc dayanmır.

    Median.Az xəbər verir ki, aprelin 29-da Bakı-Sumqayıt yolunda (Beynəlxalq Avtovağzalın qarşısında) dava edən şəxslərin görüntüləri avtosfer.az-ın kamerasına düşüb. 99-KH-411 dövlət nömrə nişanlı taksidən düşən sərnişinlər gənc oğlanı yerə yıxaraq döyüblər. Görüntülərdən aydın olur ki, döyülən şəxs təkdir. Onu üç nəfər yerə yıxaraq bədəninin müxtəlif nahiyələrində, başına və ağzına təpiklə, yumruqla zərbələr endiriblər.

    Onu döydükdən sonra həmin taksiyə əyləşərək hadisə yerini tərk ediblər. Döyülən şəxs isə 99-EL-215 qeydiyyat nişanlı taksiyə oturaraq ərazidən uzaqlaşıb.

    Hələlik hadisənin səbəbi bilinmir. Bu barədə Avtosfer.az-ın əməkdaşı DİN-in 102 zəng mərkəzinə məlumat verib. Faktla bağlı Binəqədi rayon 40-cı polis bölməsində araşdırma aparılır.

  • “Xına məclislərinin şahzadəsi özüməm” – Xuraman Şuşalı – FOTO

    Məhşur müğənni Xuraman Şuşalı Median.Az –a özəl müsahibə verib.Həmin müsahibəni sizə təqdim edirik :

    Bir neçə müddət əvvəlki müsahibələrinizin birində qeyd etmişdiniz ki,hicablı olmağınızla bağlı bir neçə kanallarda və verlişlərdə sizə qadağa qoyulub.Bununla bağlı müəyyən problemləriniz yaranırdı.Bilmək istərdik,bu qadağalar hələ də davam edirmi ?

    – Bəli. Bir neçə dəfə belə hallarla üzləşmişəm. Ancaq indi bir o qədər də belə problemlər olmur.Dəvət aldığım bütün verlişlərə gedirəm.Kimlərki dəvət etmirlər etməsinlər,canları sağ olsun.Onsuzda adamın rüzusunu verən Allahdır.Mən hər zaman Allahıma sığınmışam.

    Uzun müddətdir yeni işləriniz yoxdur.Şou biznesdə olan durğunluq diyəsən sizdən də yan keçməyib.

    Mən hər zaman çalışqan olmuşam.Sadəcə bu aralar başım çox qarışıqdır.Ailəmlə və övladlarımın təhsil və tərbiyəsi ilə məşğul oluram.Gözlənilməz yeniliklərlə qarşınızda olacam.Tezliklə yeni internet kanalım açılacaq.Bu xəbəri də ilk olaraq sizin vasitənizlə izləyicilərimizə bildirirəm.Demək olar ki,artiq hər bir şey hazırdır.Onsuzda biz evdə heç bir televiziya kanlını izləmirik.Bizə lazım olan hər bir məlumatı internet vasitəsi ilə öyrənirik.İnternet kanalımıda bu səbəbdən açiram.Çünki indiki zəmanədə tək mən yox hər kəs daha çox internetdən istifadə edir

    Yeni açilacaq kanalınızda verlislərin movzusu nədən ibarət olacaq ?

    – Ailəm,uşaqlarım və özümlə bağlı işlərimdən danışacam.Digər maraqlı və əyləncəli verlişlər də efirimizdə yayımlanacaq.Eyni zamanda xına mövzusu ilə bağlı xüsusi efirlərimiz də olacaq.Xına mərasimlərimizdən,xına dekorlarının hazırlanması və milli adət ənənələrimizdən bəhs ediləcək.

    Söhbət xına məclislərindən gedmişkən istərdik sizində son günlər daha çox dəb halını almış xına mərasimləri haqqında fikirlərinizi öyrənək.

    – Bu sənətə ən birinci başlayan xanım müğənni mən olmuşam.Tək xına məclisləri deyil eyni zamanda qadın xeyir işlərinin də aparıcılığını etmişəm.Düzdür xına məclisləri son günlər daha çox dəb halı alıb.Bu işi hər kəs etməyə çalışsada,ancaq bunu sözün əsl mənasında bacara bilən çox az adam var.Xına məclisini tamami ilə idarə edən tək aparıcı mənəm.Təşkil etdiyim xına məclisinin bütün işlərini özüm görürəm.Bunu hər aparıcı bacara bilmir.Xına məclisinin həm aparıcısı,həm müğənnisi həmdə bütün təşkil olunma işlərini özüm edirəm.

    Bəs siz bu sahədə özünüzə rəqib görürsünüzmü ?

    Xeyir ! Mən özümü xına məclislərində birinci görürəm.İşimdə təkrarsız və yekəm.Xına məclislərinin “Şahzadəsi” özüməm. Mənim kimi heç kimi bu işi peşəkarcasına bacara bilməz.Bunu tam əminliklə deyirəm.Bu sahədə artıq neçə illərdir fəaliyyət göstərirəm.İşimin peşəkarlığı da göz önündədir.

    Bilmək istərdik ümumiyyətlə el şənliklərindən başqa məşqul olduğunuz digər peşə ilə məşğulsunuzmu ?

    Bəli.Niyazi adına musiqi məktəbində müəllimə olaraq fəaliyyət göstərirəm.

    Nicat Yunisbəyli


  • Telman İsmayılov videomüraciət etdi – VİDEO

    Azərbaycanlı milyarder Telman İsmayılov videomüraciət ünvanlayıb.

    Baku.ws-in Rusiya KİV-nə istinadla verdiyi məlumata görə, İsmayılov məhkəmə ilə bağlı fikirlərini bildirib və istintaqın yekunlaşdığını söyləyib:

    “Üzləşmə olmalıdır. Obyektiv məhkəməyə ümid edirəm. Kərimovu məhkəməyə gətirib çıxarmalıdır. Yalnız onun yanlış ifadələri ittiham olaraq qəbul edilib. Mən ehtiyat edirəm ki, onu məhkəməyə gətirməyəcəklər və qorxuram ki, onu aradan qaldıra bilərlər. Buna görə də mən hüquq-mühafizə orqanlarından və məhkəmədən xahiş edirəm ki, bu məsələyə obyektiv yanaşsınlar. Diqqətiniz üçün təşəkkür edirəm”.

  • Nazir oğlu açıqladı: “Formula 1 yarışları daha 5 il keçirilə bilər” – RƏSMİ

    İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir. 

    Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib.

    O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: 

    “Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur”.

  • Bakıda olan dünya ulduzu Azərbaycanın qara kürüsündən danışdı – FOTO

    “Brit Awards 2018” müsabiqəsinin ikiqat qalibi Dua Lipa ötən gün Bakı Kristal Zalında səhnəyə çıxıb. 

    Məşhur müğənni İnstagram hesabında Bakıdan fotolar paylaşıb. Şəkillərindən birində dünyanın ən qiymətli delikateslərindən olan qara kürü ilə fotosunu paylaşıb. Müğənni Azərbaycanda olduğunu və Xəzərin qara kürüsünü nümayiş etdirib.   

    Qeyd edək ki, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa 2018 Formula 1 Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz damğasını vurub.

    Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il “Spotify”-da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

    Duanın “YouTube”-da baxış sayı 1 milyardı keçən “New Rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olmuşdur. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır./baku.ws

  • Bakıda 72 yaşı kişi mağazadan şokolad oğurladı, polisə verildi

    Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Xətai rayonu Neapol küçəsində yerləşən “Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub.

    Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib.

    Araşdırma aparılır.