Month: Aprel 2018

  • Tovuzda məktəbli yolda 5 min manat tapdı

    Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib.

    Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb.

    Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.

  • Damla : ” Bu mənim əlçatmaz arzumdur ” – VİDEO

    Müğənni Damla ürəyindəki ən böyük arzularından birini açıqladı
    Median.Az xəbər verir ki, ATV kanalında yayımlanan maqazin verlişinin qonaqlarından biri də müğənni Damla olub. O ikinci dəfə ailə həyatı qurmaq haqqında da danışıb və ürəyindəki ən böyük arzularından birini açıqlayib. Təkliyin Allaha məxsus olduğunu və qismət olarsa yenidən ailə həyatı quracağını bildirib. Hətda müğənni qiz anası olmaq istədiyini deyib və bu arzusunu əlçatmaz və ən möhtəşəm arzu adlandırıb.

    Həmin görüntüləri sizə təqdim edirik :

  • Təhsil işçiləri “Alimlər şəhərciyi”ndən mənzil ala biləcəklər

    Abşeron rayonu Saray qəsəbəsində tikilən “Alimlər şəhərciyi” yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.

    Bu barədə oxu.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

    Bildirilib ki, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.

    Qeyd olunub ki, layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.

  • İŞİD terrorçusu əsgərə hücum etdi – VİDEO

    Dərbənddə İŞİD terror təşkilatının döyüşçüsü bıçaqla xüsusi təyinatlı əsgərlərin olduğu avtomobilə hücum edib. 

    Dərbənddə İŞİD-ə qarşı keçirilən əməliyyatın görüntüləri yayımlanıb. 

    Terrorçulardan biri bıçaqla UAZ markalı avtomobilin üzərinə atılıb, digəri isə sığınacaqda məhv edilib. 

  • Şimali və Cənubi Koreya daha bir məsələdə ortaq məxrəcə gəldi

    Koreya Xalq Demorkatik Respublikası Cənubi Koreya ilə vaxt fərqini aradan qaldıracaq. Bununla bağlı qərar ölkənin Ali Xalq Məclisinin Rəyasət Heyəti tərəfindən qəbul edilib.

    Median.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, saatların 30 dəqiqə irəli çəkilməsi mayın 5-nə planlaşdırılıb.

    Ölkələr arasında vaxt fərqi 2015-ci il avqustun 15-də KXDR-in Koreyanın azad olunması ildönümü ilə əlaqədar qəbul etdiyi qərardan sonra yaranıb.

    Koreya liderləri Kim Çen In və Mun Çje İn aprelin 27-də ölkələr arasındakı demilitarizasiya zonasında görüşüb. Ölkə liderləri birgə bəyannamə imzalayıblar və Koreya yarımadasının denuklearizasiyasına doğru hərəkət etmək barədə razılığa gəliblər.

  • İlham Əliyevi görmək üçün ağlayan uşaq arzusuna çatdı – FOTO + VİDEO

    Ölkə başçısı İlham Əliyev onunla görüşmək istəyən uşağın arzusunu reallaşdırıb.

    Sosial şəbəkələrdə yayılan videosunda ən böyük arzusunun İlham Əliyevlə görüşmək olduğunu deyən azyaşlı prezidentlə görüşməyi bacarıb.

    Belə ki, onlar “Formula-1” yarışları zamanı bir araya gəliblər.

    İlham Əliyev uşaqla selfi çəkdirib. Onların fotosu sosial şəbəkədə ən çox paylaşılanlar sırasında yer alıb.





  • Nura etiraz etdi : ” Kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər?! – FOTO

    Tanınmış müğənni Nura Suri dünya ulduzu Kristina Aqileranın dünən Bakıda keçirilən konsertindən sonra taksi sürücülərinin qonaqlara davranışına etiraz edib.
    Median.Az  xəbər verir ki, müğənni sosial şəbəkədə yazdığı statusda azərbaycanlıların taksilərinin turistlərdən istifadə edib qiymətləri dəfələrcə qaldırıb ,bu ərəfədən sui istifadə etdiklərini qeyd edib.Bundan əsəbləşən müğənni oz sosial şəbəkəsində etirazını bildirib.
    “Dünən Crystall Halldakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi sürücülərin buna icazə verməməsi olub. Onlar burada elə-belə durduqlarını deyiblər. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər. 
    Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.
    Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər?! Bu, nə xasiyyətdir?! Götürək ki, sən 400 manat aldın o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da! Niyə Azərbaycanı biabır edirsən?!Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar?! Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq?! Bu, nə biabırçılıqdır?!”

  • Rəqsanə gizlinləri açıb-tökdü: “Efirə çıxıb “ərim, ərim” deyir, amma…” MÜSAHİBƏ

    Çoxdandır görünməyən, fəaliyyətini Rusiyada davam etdirən müğənni Rəqsanə İsmayılova bu müsahibəsi ilə sükutu pozacaq. Gəlir e, gəlir…
    Median.Az sənətçinin “Yenicag”a  istinadla müsahibəsini təqdim edir.
    – Eşitdk birdəfəlik Bakıya qayıdırsız?
    – Moskva ilə tam sağollaşmaq üçün hələ yarım ilim var. Çünki yoldaşımın işləri burada olduğu üçün hələlik birdəfəlik gələ bilmirəm. Amma öz işlərimə qayıdıram. May ayından Bakıda olacam və artıq dəvət aldığım verilişlərdə iştirak edəcəm.
    – Rusiyada açdığınız restoranın aqibəti necə oldu, gəlir əldə edə bildinizmi?
    – Təbii ki, daima məclislər, banketlər var. Hər şey şükür ki, çox yaxşıdır. Əsas odur ki, özümü bu işlə sığortalamışam. Çünki sənətin də bir bitən vaxtı var. Yəqin ki, 50 yaşdan sonra toyda oxumayacağam. Bu, hələlik qəti qərarım deyil, amma əlavə biznesin də olmağı da vacib idi.
    – Hansında özünüzü daha uğurlu sayırsınız – sənətdə, yoxsa biznesdə?
    – Sənətdə özümü çox uğurlu sayıram. Sənətə gəldiyim ilk gündən Rəqsanə imzasını qoymuşam. Hətta bugün ölkədə olmasam da, mənim repertuarımı bəyənməyən insanlar mahnılarımı oxuyub pul qazanırlar. Deməli, zamanında öz mahnılarımla, səsimlə sözümü demişəm və mən fəxr edirəm ki, Azərbaycanda Rəqsanə bir dənədir!
    – Bir vaxtlar adınız tez-tez qalmaqallarda hallanırdı, indi sizi qalmaqala çəkən deyəsən, yoxdur?
    – Bəziləri deyirdi ki, qalmaqalları qəsdən edirsiniz. Amma elə deyildi. Sadəcə olaraq, danışanın cavabını vermək lazım idi ki, sanmasınlar ki, kimdənsə çəkinirsən və ya qorxursan.
    – Necə deyərlər, “daşınız ağırdırmı”?
    – Daşım çox ağır olub mənim. Həddindən artıq ağır… İndi də ağırdır. Amma mən paxıl insan deyiləm, ürəyi təmiz və yumşaq insanam. Uşaqlarım, ailəm, işim-gücümlə məşğul adamam. Heç kim də yadıma da düşmür. Mənə özümdən başqa heç kim də maraqlı deyil.Amma mən sənətə gələn günümdən mənə paxıllıq ediblər, hər addımım müzakirə olunub. Amma buna görə də şükür edirəm, çünki hamı haqda da danışmırlar. Deməli, Allah məni çox istəyir (gülür) Bundan böyük xoşbəxtlik varmı? Ona görə də gözləri götürmür, daş ağırdır.
    – Sosail şəbəkədə haqqınızda mənfi fikirlər səsləndirən insanlara reaksiyanız necə olur?
    – Bugün hər kəsin əlində telefon var və bu fürsətdən istifadə edib bir-birlərini söyürlər. Ona görə də mən çox vaxt şərh bölməsini bağlayıram və ya silirəm. Mənim profillərimə nəzarət edən redaktorlarım var, onlar hamısı bu işi tənzimləyirlər, ona görə də pis fikirləri heç görmürəm də. Məncə, belə şeylərə fikir verməmək lazımdır.
    – Demək olarmı ki, sanki Rəqsanə dəyişib, sanki müdrikləşib… Bu nə ilə əlaqədardır?
    – Ömür keçdikcə, yaşa dolduqca təbii ki, müdrikləşirik. Artıq 39 yaşım var, uşaq deyiləm, axı…Gənclik illərində yaşadıqlarım yadım a düşəndə, bunu eləməsəydim deyə, fikirləşirəm. Çünki yaşa dolduqca xasiyyət dəyişir. Onda elədiklərimə görə tənqid edirdilər, indi kiŞ dəyişmişəm. Barı, indi imkan versinlər həyatımızı yaşayaq. Nə qalmaqal istəyirəm, nə də kiminləsə küsülü qalmaq. Çünki həyat o qədər qısadır ki…Vaxtımız nə zaman, necə bitəcək, heç kim bilmir…Həm də çox darıxıram. Küsülü olduğum adamlarla aramı düzəltmək istəyirəm.
    – Bu fikirlə razılaşırsınızmı ki, qadını gözəlləşdirən sevgidir? Yoxsa ki, sevgiyə inamınız itib?
    – Xoşbəxt olmaq hər bir qadının haqqıdır. Həyatda çox çətinliklər görmüşəm. Ailəm üçün həm kişi, həm də qadın olmuşam. Təndiqlər də, təhqirlər də olub. İnsanların gözündən salmağa da çalışıblar. Tək olmuşam. Arxamda duran, dəstəyim olmayıb. Məsələn, bir gənc haqda pis fikirlər olanda, təklənəndə dərhal o adam haqda İnstaqramda yazıram, ona dəstək verməyə çalışıram. Amma vaxtikən çətin anımda heç bir sənət dostum, yoldaşım mənlə maraqlanmayıb. Bu həyatda səhvsiz insan var? Bir təsəlli verənim belə olmayıb.
    Son vaxtlar ailə quran və ya kimləsə yaşayan xanımlar efirə çıxanda durmadan “Ərim, ərim, ərim” deyirlər. Mən belə şeyləri xoşlamıram. Özüm də yoldaşımı gündəmə gətirmək fikrində deyiləm. Ona görə bir kəlmə onu deyə bilərəm ki, Allaha çox şükür, bu yaşımda mənə arxam, dayağım olan, övladlarıma atalıq edən bir insanı qarşıma çıxardı. Ərim haqda bu qədər, çünki hamının ailəsi də var, əri də var.
    Bir də öz ailəsi ola-ola, başqası ilə yaşayan kişiləri də qəbul etmirəm. Çünki öz ailəsinin qədrini bilməyən, başqasına da yaxşı ər ola bilməz. Ona görə də bəzən efirlərə baxmaq da istəmirəm, iyrənirəm…
    – Həyatınızdan bəhs edən film çəkilsəydi, hansı janrda olardı-komediya, faciə, melodrama, yoxsa…
    – Belə bir filmin ssenarisini artıq özüm hazırlamışam və çox istəyərdim ki, baş rolunu özüm canlandırım. Janr olaraq – melodrama, faciə həyatıma daha uyğundur. Gözümü açandan həmişə çətinlik görmüşəm. Filmi də gec-tez lentə aldıracağam.
    – Kiminlə duet oxumaq arzusundasınız, amma hələ də o arzunuz reallaşmayıb?
    -Açığı, heç vaxt kiminləsə duet oxumaq haqda düşünməmişəm. Duetlərə ümumiyyətə, meyilli deyiləm. Çox təklifər alıram, amma mənə maraqlı olmayıb.
    – Gəlişiniz yəqin ki, şou-biznesdə bir çoxlarının yerini dar edəcək. Onlara sözünüz?
    – Mən Rəqsanəyəm. Yerim həmişə var. Mahnılarım toylarda var. İndiki müğənnilər mənim keçmiş mahnılarımı oxuyurlar. Bax, mən həmin Rəqsanəyəm. Öz adım, öz yerim var. Heç kimin də yerini dar eləmirəm. Tez-tez görünməyi də sevmirəm. Artıq o yaşda deyiləm. İlə bir mahnımı sanballı şəkildə çıxarıb, təqdim edib qayıdaram evimə, eşiyimə… Çünki toy tutmağa da ehtiyacım yoxdur. Hazırda Azərbaycanda yeganə qadın müğənnilərdənəm ki, ansambl saxlayıram və təqvimlə toya gedirəm. Öz də mən elə-belə toylar aparmıram. Prestijli müştərilərdən sifarişlər alıram. Bunu da gözləri götürməyənlər kifayət qədərdir.
    – Bir çox müğənnilər deyir ki, ailəmə, uşaqlarıma toxunan söz deyilsə, həmin adamı öldürməyə hazıram… Bəs siz?
    – Öldürmək yox. Biz kimik ki, öldürək? Öldürmək Allaha məxsusdur. Sadəcə, insanlar Allahdan qorxsunlar. Uşaqlara, ailəyə toxunmaq heç kəsin haqqı deyil. Mən heç kəsin ailəsinə toxunmuram, heç kimin adını çəkmirəm, mənə də dəyib-dolaşmasınlar.

  • Azərbaycanda toy günü DƏHŞƏT: Bəy və 2 qohumu öldü, 3 yas çadırı quruldu – FOTO

    Dünən İmişli rayonunda dəhşətli qəza baş verib. Məlumata görə, rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada 3 nəfər ölüb. Ölən şəxsin bu gün toyu olacaqmış. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya düşüb.

    Qeyd edək ki, qəzaya uğrayan maşın “Mercedes” olub. Maşının nömrə yerinə “Biz evlənirik” yazıb. Təqdim etdiyimiz fotoda həmin yazı da görünür.

    Qəza zamanı biri bəy digərləri isə onun qohumları olmaqla 3 nəfər ölüb.

    Ölənlərin adları məlum olub: Bəy Yalçın Məstəliyev, qohumları isə Qoşqar Əhmədov, Əvəz Süleymanovdur.//milli.az

    AzÉrbaycanda toy günü DÆHÅÆT: BÉy faciÉvi ÅÉkildÉ Ã¶ldü, 3 yas çadırı quruldu - FOTO

  • Bakıda nə baş verir? – Buranı da satmaq olarmış – FOTOLAR

    Bir müddət öncə Bakının Qara Qarayev prospektində şam ağaclarının daha bir hissəsi qırılanda rəsmi şəkildə açıqlama verilərək, burada böyük avtobus dayanacağının tikildiyi bildirilmişdi. Elə buna görə də həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri yaşıllığın qırılmasına necə deyərlər, bir qədər səbirlə yanaşdılar. Həqiqətən də vaxt keçdi və burada böyük bir avtobus dayanacağı inşa olundu.

    Median.Az xəbər verir ki, Qara Qarayev prospektində inşa olunan həmin böyük dayanacağı Bakı Nəqliyyat Agentliyi “8-ci kilometr bazarı”nın yaxınlığındakı dayanacaq cibi adlandırırdı.

    Hələ 2 il öncə sözügedən dayanacaq cibi inşa olunarkən Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq bunları bildirmişdi: “BNA-nın xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, Bakı Nəqliyyat Agentliyinin, “Azəravtoyol” ASC-nin və Nizami Rayon İcra Hakimiyyətinin birgə işi nəticəsində daha iki ərazidə – Qara Qarayev prospekti (8-ci km bazarından metronun “Neftçilər” stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində (“Dakar” meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus cibi salınıb. Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib. Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək”.

    Həqiqətən, ərazidə inşa olunmuş dayanacaq cibi “8-ci kilometr” bazarının qarşısındakı sıxlığın aradan qaldırılmasında xeyli rol oynamışdı.

    Bakı Nəqliyyat Agentliyi ayrı-ayrı vaxtlarda həmin ərazidə monitorinq də keçirmişdi.

    Monitorinqlərin birində BNA-nın baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak etmişdilər.

    Və nəhayət… Sosial şəbəkələrdə Qara Qarayev prospektindəki dayanacağın bir neçə müddətdir hasarlandığı bildirilib.

    Qeyd olunub ki, sözügedən ərazidə ticarət mərkəzi inşa olunur. Bəzi sosial şəbəkə istifadəçiləri isə ticarət mərkəzinin tikintisinin artıq yekunlaşmaqda olduğunu bildiriblər.

    “Transport for Baku” adlı səhifə isə baş verənlərin “hekayə”sini belə açıqlayıb: “Qara Qarayev prospektinin təmiri zamanı orada böyük böyük bir avtobus dayanacağı təşkil edilib. Dünyanın ən yaxşı dayanacağı olmasa da, oradan çoxsaylı avtobus marşrutları keçirdi (təsəvvür edin, bu dayanacaqdan 25 marşrut keçirdi) və kifayət qədər çoxlu yer tələb edirdi. Hesab edin ki, bura kiçik “hab”dır və şəhər nəqliyyatı baxımından çox vacib yerdir. Amma günlərin birində dayanacağın ərazisi hasarlanır və orada ticarət obyekti tikilir. Yerli icra hakimiyyətin bu kimi razılığı verən məmurlarına ziyanvericiliyə və barbarlığa görə medal düşür. Əhsən, sizə bir tuş: “Bakı əziz şəhər, mehriban diyar….”

    Bu gün iş günü olmadığından Yeniavaz.com olaraq məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi mövqeyini öyrənə bilmədik. Həftənin ilk iş günündə yaşıllıqların qırılaraq yerində salınmış böyük bir dayanacağın ticarət mərkəzinə necə çevrilməsinə aydınlıq gətirməyə çalışacağıq.

    Sonda vaxtilə ərazidə çəkilmiş fotoları təqdim edirik.