Month: Aprel 2018

  • Sabahdan avtobuslar əvvəlki rejimdə işləyəcək

    Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar sabahdan əvvəlki rejimdə işləyəcəklər.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar sabahdan sərnişinlərimizə xidmət göstərəcək.

  • Bakıda məktəbli faciəvi şəkildə öldü

    Bakıda məktəbli faciəvi şəkildə həlak olub.

    Median.Az criminal.az-a istinadla xəbər verir ki, dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 7 yaşlı Vaqifi maşın vurub. O, aldığı zərbədən keçinib.

    Hadisə Vaqif yaşadığı məhəllədə velosiped sürərkən baş verib. Qonşuluqda yaşayan sürücü avtomobillə yüksək sürətlə hərəkətdə olarkən Vaqifi vurub. Zərbənin təsirindən uşağın başı daşa dəyib.

    Vaqif 141 saylı orta məktəbin 1-ci sinif şagirdi idi.

    Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

  • Facebook bu istifadəçilərə 17 min 500 dollar verməlidir – Siz də siyahıda ola bilərsiz

    Əgər hər hansı istifadəçinin şəxsi məlumatları Facebook vasitəsi ilə ələ keçirilib və onlardan istifadə olunubsa, o zaman zərərçəkənlər 17500 dollar kompensasiya ala biləcək.

    Median.Az yenicag.az-a istinadən bildirir ki, bu barədə “FB News Post” məlumat yayıb.

    Bu qərar “Cambridge Analytica” qalmaqalından sonra bir sıra hüquqşünasın iştirakı ilə verilib.

    Məlum olduğu kimi, “Cambridge Analytica” adlı şirkət feysbookda 50 milyon insan haqqında məlumatlardan istifadə edib, bundan seçki kampaniyalarında öz məqsədləri üçün istifadə edirmiş.

    Hüquq professoru Morin Meppin fikrincə, qalmaqal Facebooka 875 milyard dollara başa gələ bilər – bu, şirkətin ümumi dəyərindən 2 dəfə çoxdur.

    Belə ki şirkət 465 milyard dollar dəyərində qiymətləndirilir.

    Morin Mepp qeyd edib ki, məlumatların sızdırılması səbəbindən istifadəçiyə dəyən mənəvi zərərə görə hər kəs şirkətdən 17500 dollar kompensasiya tələb edə bilər.

    Lakin, ehtimal ki, belə istifadəçilər yalnız 700 dollarla kifayətlənməli olacaqlar.

    Bunu jurnalistlərə açıqlamasında məlumatların müdafiəsində ixtisaslaşmış, “Slater and Gordon” şirkətinin hüquqşünası Devid Bard bildirib.

    “Kompensasiyanın məbləği oğurlanaraq daşınmış məlumatların miqyasından asılı olaraq dəyişə bilər. Bu halda Facebook hər zərər çəkən istifadəçiyə yalnız 700 dollar ödəməklə canını qurtara bilər”, – deyə o, qeyd edib.

    Səhmlərin məzənnəsinin düşdüyünü anlayan Facebookun rəhbəri Mark Zukerberq öz səhifəsində bütün səhvləri düzəltməyə və uzunmüddətli perspektivdə ən yaxşı xidmət göstərməyə söz verib:

    “Biz sizin məlumatlarınızın məxfiliyi üçün məsuliyyət daşıyırıq. Əgər bu bizə müvəffəq olmursa, deməli biz sizə ləyaqətlə xidmət etmirik.

    Mən nə baş verdiyini anlamaq üçün bunun üzərində işləyirəm. Yaxşı bir xəbərim var ki, bundan sonra belə halların təkrar olmaması üçün ilk adımlar artıq atılıb. Facebooku mən yaratmışam, deməli burada baş verən hər şeyə görə məsuliyyət daşıyıram. Və istifadəçilərimizin məlumatlarının qorunması üçün əlimdən gələni edəcəyəm.

    Əlbəttə, bütün problemlərin aradan qaldırılmasına vaxt lazımdır, amma söz verirəm ki, biz bunun öhdəsindən gələcəyik və məxfiliyi qoruya biləcəyik”, – deyə o, fikrini yekunlaşdırıb.

  • Bakı metrosunda cavan oğlan intihara cəhd edib

    Təxminən yarım saat bundan əvvəl “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında sərnişin intihara cəhd edib.

    “Report” xəbər verir ki, 1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edib və özünün relslərin üstünə ataraq atarın gəlməsini gözləyib.

    O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılılb.

    Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a faktı təsdiqləyib.

  • Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu – VİDEO

    Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüserinin ideyası onları pis vəziyyətdə qoyub.

    Sarqsyan “Rag’n’Bone” qrupunun “Human” hitini ifa edib.

    Çıxış zamanı müğənninin arxa fonunda müxtəlif ölkələrin daxili siyasi həyatındakı kadrlar nümayiş olunub. Kadrlar arasında Ukraynadakı “Maydan”dan, Ermənistandakı Məxməri İnqilabdan görüntülər yerləşdirilib.

    Ancaq çıxışın sonuna yaxın erməni ifaçı Azərbaycan bayrağı fonunda ifasını bitirib. Həmçinin, sonda kadrlarda Azərbaycan bayrağının rənglərinin əks olunduğu #human həştəqi də görünür.

    Srbuinin komandası bu məsələdə təşkilatçıları ittiham ediblər.

    Qısa müddət sonra video “Youtube”dan silinib.

    Srbui Sarqsyanın çıxışını əks etdirən görüntüləri təqdim edirik:
    /oxu.az

  • Mirşahin: Unitaz-adamlara tüpürüb keçmək də olar – VİDEO

    AŞPA-da olan nümayəndələrimizin bir-iki saçı uzun suray xanım qarşısında özünü bir az ehtiyatlı və ya qismən ürkək aparması mənə çatmadı.

    Median.Az xəbər verir ki, bunu “Real” TV-nin efirində telekanalın rəhbəri Mirşahin Ağayev “Mir Şahinin vaxtı” proqramında deyib.

    “Mən düşünürdüm ki, Azərbaycanın konkret olaraq düşmənləri ilə bir ideoloji barrikadanı paylaşan Orduxan, Tural kimi əl-ayaq və dümbül yığını dərhal Azərbaycan xalqı adından rəmzi tüpürcəyə qonaq ediləcək.

    Dövlətimizi, xalqımızı biabır etdiklərinə, xalqımızın imicinə özünəməxsus zir-zibil yapışdırdıqlarına görə. Amma o adamcıqların qarşısında, bağışlayın məni, səhv etsəm, amma mənə elə gəldi ki, bizimkilərdə – bir özünə bəraət qazandırmaq cəhdi var.

    Siqaretini təcili söndürüb ərazini tərk edən millət vəkillərimiz, məncə, qarşı tərəfə onların layiq olmadığı hörməti göstərdi. Gərək ki, Səməd Seyidov idi, unitaz-adamlardan birindən soruşdu ki, mən sizin haqqınızda nəsə demişəm?

    Axı, bu, evrounitazların davamları özlərini o ki var batırıblar ki, sizə yanaşanda rəmzi olaraq burnunuzu tutub keçə bilərdiniz, ay Səməd müəllim! Bir az kreativ olun. Hər dəfə cavab vermək lazım deyil. Məsələn, tüpürüb keçmək də olar”.

  • ADNA faciəsindən 9 il ötür

    Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) törədilən terror hadisəsindən 9 il ötür.

    2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

    Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

    Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

    Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

    Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək “İnterpol”a verilib.

    Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

    Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

  • Bərdə sakini ehtiyatsızlıqdan həmkəndlisini güllələdi

    Aprelin 29-da, saat 16:00 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib.

    DİN-dən verilən məlumata görə, nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

    Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

    Araşdırma aparılır.

  • Paşinyan Azərbaycanı təhdid etdi

    Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.

    Median.Az-ın “Sputnik Azərbaycan”a istinadən məlumatına görə, o, bu barədə parlamentdə jurnalistlərə açıqlamasında bəyan edib.

    “Azərbaycan qeyri-konstruktiv və təcavüz siyasəti yeridir. Bizim əsas hədəfimiz ordunu gücləndirmək və döyüş hazırlığını artıqmaqdır”, – deyə o bildirib

    Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyi əsas məsələdir:

    “Hamıya aydındır ki, son hadisələr ordu və xalqın döyüş ruhunu artırdı. Biz Qarabağı dəstəkləyirik və əgər mən baş nazir seçilsəm, ilk olaraq operativ vəziyyətlə tanış olacam”.

  • Elariz kişi həmkarlarını məsxərəyə qoydu : VDEO

    Elariz Məmmədoğlu kişi həmkarlarıni sərt tənqid etdi
    Median.Az xəbər verir ki, ATV kanalında maqazin verlişlərinin birinə musahibə verən müğənni bəzi kişi həmkarlarına sərt ismarıc göndərib. Belə ki, müasirlikdi deyib sənət naminə dəyişən müğənniləri qəbul etmədiyini qeyd edib.Bəzi kişi həmkarlarının qaş alıb, üzlərini dartdırdığını deyən Elariz bu hərəkətləri onlara yaraşdırmadığını bildirib. Daha ətraflisinı isə sizə təqdim etdiyimiz video görüntüdə izləyə bilərsiz :