Month: Aprel 2018

  • Bakıda 72 yaşı kişi mağazadan şokolad oğurayarkən tutuldu

    Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Neapol küçəsində yerləşən “Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub. Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib.

  • Kristina Aqilera “Baku Crystal Hall”da – FOTOLAR

    Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Baku Crystal Hall”a toplaşıblar.
    Median.Az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Kristina Aqilera Bakıda səhnəyə çıxıb. “Baku Crystal Hall”da öz hit mahnılarını səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.
    Bəstəkar və aktrisa kimi də tanınan Kristina Aqileranın 7 albomu dünyada ümumilikdə 43 milyondan çox tirajla satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən müğənni 6 “Grammy” mükafatına layiq görülüb. Onun 4 mahnısı “Billboard”ın ən çox dinlənilən 100 ifası sırasında ilk yerləri tutub. Bundan başqa, Kristina Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox məşhurlarla sıx əməkdaşlıq edib.
    Sonra səhnəyə məşhur DJ qrupu “Axwell Λ Ingrosso” çıxıb. İsveçin ən məşhur elektronik rəqs musiqisinin sevilən nümayəndələrindən olan DJ-lər Axwell və Ingrosso Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günündə tamaşaçılara əsl əyləncəli gecə təqdim ediblər.
     




  • “18 yaşlı qızım yeriyə bilmir” Ağadadaş Ağayev – VİDEO

    Xalq artisti Ağadadaş Ağayev ATV-nin “Zaurla günaydın” verilişinin qonağı olub.

    Median.Az xəbər verir ki, müğənni qızı Leyladan danışıb.
    “Qızımın bir az problemləri var. Yeriyə bilmir. Amma mənə elə sifarişlər verir ki… Deyir, oğlan hündür boy, mavi gözlü, savadlı və zəngin olmalıdır”.
    Qeyd edək ki, müğənninin qızının 18 yaşı var.

  • Nadir Qafarzadə : “Damlanın səsini eşidmək istəmirəm” – VİDEO

    “Maşın sürəndə radioda Damlanın mahnısı gedirsə, mən dalğanı dəyişirəm”

     Median.Az xəbər verir ki, bu sözləri Nadir Qafarzadə “ATV Maqazin onlarla” verilişində deyib:
    “Eyni çalar, eyni nəfəs… Elə bilirsən ki, eyni mahnıları ifa edir. Maşın sürəndə radioda Damlanın mahnısı gedirsə, mən dalğanı dəyişirəm. Mən   Eltonu,  Natavanı, Tünzalə Ağayevanı, Aygün Kazımovanı dinləyirəm. Mən çəkinmirəm. Ümid edirəm ki, mənim fikrimə hörmətlə yanaşacaqlar”.
     Müğənni bunu özünün zövqsüz olması ilə əlaqədənlərinlərə də cavab verib:
    “Əgər bu mənim zövqsüzlüyümlə əlaqədardırsa, qoy mən elə zövqsüz olum”.

  • “Trump Tower” yenidən alovlandı – FOTO + VIDEO

    “Trump Tower” yenidən yanmağa başladı

    Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Trump Tower yenidən yanmağa başlayıb. Səhər saatlarında başlayan yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülmüşdü.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.

    Hadisə yerindən görüntüləri təqdim edirik:


    /azxeber

  • Vəfat etmiş “Avicii”nin gizli övladı ortaya çıxdı

    Mərhum isveçli dicey Tim Berqlinqin (səhnə adı “Avicii”) sevgilisi sosial şəbəkədə ona yazdığı məktubu paylaşıb.

    Məktubun mətni “Instagram”da yayılıb.

    Çexiyalı model Tereza Kaçeryova öz məktubunda Berqlinqlə şəxsi həyatlarının bəzi detallarına toxunub. Modelin sözlərinə görə, onlar qeyri-rəsmi nikahda olduqlarını ictimaiyyətdən gizlədib.

    “Berqlinqlə belə qərara gəlmişdik ki, yalnız hamilə qalacağım təqdirdə münasibətlərimizi ictimaiyyətə açıqlayaq”, – deyə yazıda qeyd olunur.

    Model bildirir ki, dicey onun azyaşlı oğlunun ögey atası olub. Kaçeryova sosial media hesabında cütlüyün övladları ilə birgə çəkdirdiyi fotoları paylaşıb.

    Qeyd edək ki, “Avicii” aprelin 20-də Omanda vəfat edib.

  • Bakıda turistləri “soyan” sürücülər – 10 manatlıq məsafə üçün 50 manat alırlar

    Bakı hava limanında taksi biabırçılığı

    Hindistanlı, alman ya da ingilis fərqi yoxdur, ölkəmizə gələn hər bir turist öncədən araşdırma aparır, mədəniyyətimizin, mətbəximizin şahidi olmaq üçün böyük ümidlərlə Azərbaycana təşrif buyurur.

    Heç kimə sirr deyil ki, turistlər həm valyuta axını, həm də ölkənin imici baxımından çox böyük rol oynayır. Bakını seyr etmək arzusu ilə gələn turist elə ilk addımdaca – aeroportda yaşadıqlarından dəhşətə gəlir.

    Onların təəccübünün səbəbkarı isə müştəri ovuna çıxmış taksi sürücüləridir. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından şəhərə müştəri gətirmək istəyən taksi sürücüləri xüsusi canfəşanlıq göstərirlər. Turistlərin üzərinə qaçan taksi sürücüləri onları Hava Limanı və “28 May” arası hərəkət edən “Ekspress Bakubuslar”a minmələrinə mane olurlar.

    Taksi sürücüləri turistlərin çantalarını götürür, dil tökürlər, ödəniş terminalının işləmədiyini deyirlər. Təyyarədən düşən kimi bu mənzərə ilə qarşılaşan turistlər daha sonra məbləğdə də aldadılır. Bir çox xidmət sahəsində olduğu kimi nəqliyyat sahəsində də turistləri dollar şəklində görüb, maksimum onlardan pul qoparmağa çalışırlar.

    Hava Limanından dayanmadan “28 May” metrostansiyasının yaxınlığına qədər gələn Bakubus avtobusları bu xidmət üçün 1.30 AZN tələb edirlər. Taksi şirkətləri isə 15-20 manat arası bir qiymət deyirlər.

    Ancaq bu avtobusların fəaliyyətə başlamasından sonra xeyli müştəri itirən müstəqil taksi sürücüləri əllərinə keçən müştəridən bu kəsri bağlamağa çalışırlar. Onlar bu yolu 50 manatdan aşağı aparmırlar. Hələ ki, turist Səudiyyə Ərəbistanından gəlibsə, taksi sürücüsü 1 həftəlik gəlirini bircə dəfədən qazan bilir.

    Təbii ki, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turistləri aldatmadan, onlara yanlış məlumatlar vermədən həyata keçirilə bilər.

    Rəqabət mühitində hər kəs xidmətinə uyğun qiymət də təklif edə bilər. Ancaq fırıldaqçılığa yol vermək turistlərin ilk addımında artıq ölkəmiz haqqında mənfi düşünməsinə və hər zaman bizi belə xatırlamasına səbəb olacaq./minval.info

  • İş axtaranlar üçün yenilik: Qısa zamanda iş tapmaq mümkün olacaq – Video

    Azərbaycanda işsizlərin vahid informasiya bazası yaradılır.

    Bu, Milli Məclisdə təklif olunan vakansiya bankı lahiyəsi vasitəsilə reallaşacaq.

    İqtisadçı Vüqar Bayramov hesab edir ki, vakansiya bankının yaradılması əmək bazarında boş iş yerlərinə əlçatanlığı artıracaq və işsizliyn azaldılmasına şərait yaradacaq. Ekspertin fikrincə, vakansiya bankının yaradılması işə götürənlərlə iş axtaranların münasibətlərinin onlayın qurulmasına imkan verəcək.

    Vüqar Bayramovun sözlərinə görə, vakansiya bankının yaradılması vətəndaşların qısa zamanda tələblərinə uyğun iş tapmaqlarına imkan yaradacaq.

    Ekspertin fikrincə, vakansiya bankının yaranması sahibkarlara keyfiyyətli işçi tapmağa şərait yaradacaq.

    Qeyd edək ki, Milli Məclisdə təklif olunan qanun layihəsinə görə, elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq./xezerxeber

  • “Türkan ağlına gələni yox, ağzına gələni oxudu” – Perviz Bülbülə VİDEO

    Ötən gün Xəzər TV-də yayımlanan “5/5” verilişinin qonaqları müğənni Türkan Vəlizadə və meyxanaçı Pərviz Bülbülə olub.

    Verilişdə Türkan Vəlizadənin 10 il bundan əvvəlki kadrları efirdə nümayiş olunub. 2008-ci ildə müğənninin qatıldığı səs müsabiqəsindən olan görüntüləri hər kəsin marağına səbəb olub. Türkanın duet ortağı Pərviz Bülbülə isə Türkanın ifası haqda belə deyib :
    “Türkan ağlına gələni yox, ağzına gələni oxudu”, – deyə Pərviz bildirib

  • Nazir müavini iş mərkəzindəki yanğından danışdı – VİDEO

    Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın təxminən üç saatdan artıq davam edib.

    Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

    Nazir müavini yanğının gec söndürülməsini su qıtlığı ilə əlaqələndirib:

    “Hazırda yollarda tıxac var və bu da yanğınsöndürən maşınların hadisə yerinə vaxtında cəlb edilməsinə çətinlik yaradıb”.

    Onun sözlərinə görə, yanğına 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb olunub. Xəsarət alan yoxdur.

    Etibar Mirzəyev hazırda yanğının səbəbləri araşdırıldığını qeyd edib.