Month: May 2018

  • 5 gün qeyri-iş günü olacaq

    Ramazan bayramında 5 gün qeyri-iş günü olacaq.

    Bu sözləri Axar.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O bildirib ki, iki bayram eyni günə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artırılıb:

    “Bayram, əslində, iki gündür – 15 və 16 iyun. Ayın 15-i həm də Milli Qurtuluş günüdür. İki bayram üst-üstə düşdüyünə və eyni zamanda ayın 16-sı həftənin şənbə gününə təsadüf etdiyinə görə, əlavə iki (18, 19 iyun) gün də qeyri-iş günü olacaq. Yəni 15, 16, 17, 18, 19-u qeyri-iş günü hesab olunur. İyunun 20-dən etibarən iş başlayacaq”.

  • Azərbaycanda biznesmen və məmur övladlarının təhsil aldıqları özəl məktəblər – Dəhşətli qiymətlər

    Yaxşı təhsil gələcək üçün yandırılan yaşıl işıq kimidir. Övladlarının gələcəyini düşünən hər bir valideyn onun yaxşı təhsil alması üçün çalışır.

    Bildiyimiz kimi Azərbaycanda orta təhsil pulsuz olsa da, müasir dövrdə özəl təhsil ocaqları trendə çevrilib. Qərb ölkələrində özəl təhsilin ənənəsinin qədim tarixi olduğu halda, Azərbaycanda bu ənənə 90-ci illərdən start götürüb, həm də nə götürüb. Paytaxtdakı özəl təhsil müəssisələrinin illik qiyməti hətta ölkəmizdəki ali təhsil ocaqlarının illik təhsil haqqından qat-qat bahadır.

    Minval.info xəbər verir ki, ilk özəl təhsil müəssisəsi kimi ad çıxaran TİSA (The İnternational School of Azerbaijan) həmin illərdə paytaxtın ən prestijli, bahalı təhsil ocağı hesab olunurdu. Məktəb rəhbərliyindən verilən məlumata əsasən, burada ilkin olaraq BP və başqa neft-qaz şirkətləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşlarının övladları təhsil almalı idilər. Hazırda burada təhsil almaq üçün 24 mini gözdən çıxarmaq lazımdır. Hətta indi də burada təhsil alan uşaqların böyük əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.

    “The International School of Azerbaijan” məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir. 1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı isə təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır. Bu fantastik qiymətin qarşılığında hansı ayrıcalıq tanınması ilə maraqlanırsınız? Rəhbərlik bu məbləğə məktəb tərəfindən birbaşa məzunun bakalavr pilləsinə yiyələnmə ilə əlaqələndirir.

    Bahalı, özəl təhsil müəssisələrinin liderlik siyahısında növbəti məktəb “Bakı Oksford”dur. 1998-ci ildən fəaliyyət göstərən məktəb “Kembric” Universitetinin imtahan mərkəzi və BMT yanında QHT-nin üzvüdür. Adından da göründüyü kimi burada təhsil ingilis dilindədir və təhsil müddəti 12 ildir. Buraya qəbul olunmaq üçün əvvəlcə ingilis dilindən imtahan vermək lazımdır, qəbul olduqdan sonra ikinci əlavə dil təklif olunur. Qiymətə gəlincə isə bir illik təhsil haqqı 1-9-cu siniflər üçün 14 min 500 manat, 10-12-ci siniflər üçün 16 min 500 manatdan keçmək lazımdır.

    Digər bir məktəb Bakı Avropa məktəbidir. Burada da qiymətlər dodaq çatladacaq cinsdəndir. Belə ki, 1-4-cü siniflər üçün 9800 AZN, 5-9cu siniflər üçün 12000 AZN, 10-11-ci siniflər üçün 14000 AZN nəzərdə tutulub. Onu da qeyd edək ki, bu məktəbdə Himayədarlar Şurası yüksək təhsil nəticələri göstərən, lakin ailəsinin maliyyə çətinlikləri olan məktəbin hazırki şagirdlərini dəstəkləmək üçün Maliyyə Yardımı Proqramını həyata keçirir. Maliyyə Yardımı ilə maraqlanan valideynlər məktəbin internet səhifəsindən və ya məktəbin qəbul şöbəsindən məlumat əldə edə bilərlər. Bu zaman təsdiqlənmiş ərizələr daha sonra məktəb tərəfindən baxılacaq və şagirdin təhsil və davranışı barədə rəylər nəzərdən keçirilir. Maliyyə yardımı üzrə qrantlar əksər hallarda daha çox şagirdin bu yardım fondundan yararlanması baxımından təhsil haqqının müəyyən hissəsi üçün verilir.

    Qeyd edək ki, Azərbaycanda ən populyar məktəblər sırasında özəl türk liseyləri birincilik edir. Ali məktəblərə qəbul zamanı da bu liseyin məzunları ön sıraları tutur. Lakin araşdırma zamanı bunların vətəndaşa heç də ucuz başa gəlmədiyi müəyyənləşdirdik. “Qafqaz İbtidai Gimnaziyası”nda 1-ci sinifdən 6 -cı sinfə qədər illik təhsil haqqı 7350 manatdır.

    “Bakı Türk Liseyi”ndə illik ödəniş 8000 manat, “Dədə Qorqud” liseyində isə 5550 manatdır. Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi “Atatürk liseyi”dir ki, onun da illik təhsil haqqı 1500 manatdır.

    Nəzərə alsaq ki, hər il 700 bal toplayan gənclərimizin əksəriyyəti dövlət məktəblərinin payına düşür, o zaman belə bir sual ortaya çıxır, az qala bir otaqlı evin qiymətinə olan bu özəl məktəblərdə oxumaq nə qədər lazımlıdır? Bu məktəblərin əksəriyyəti beynəlxalq dərəcəli sertifikat verdiyi üçün xarici ölkələrdə bakalavr təhsili almaq daha da rahatlaşır, dil bilikləri daha yüksək səviyyədə öyrədilir, özəl məktəblər müasir resurslarla daha yaxşı təmin olunub və bu baxımdan dərslər interaktiv şəkildə həyata keçirilir.

    Bu gün yüksək vəzifələrdə çalışan insanlara nəzər salsaq görərik ki, onların heç də hamısı özəl məktəblərin məzunu deyil. Hər kəsin gələcəkdə tutduğu vəzifə, dünyagörüşü, insanlığı bu qədər yüksək məbləğlərdən keçmir. Sonda, hər şey insanın özündən asılıdır.

  • Azərbaycanda dayısını öldürən müğənni: “Məni məcbur elədi ki…” – Video

    ARB TV-nin “Rezonans” verilişi bu dəfə məhbus Səbuhi Hüseynovun həbsxana hekayələrini təqdim edib. Lent.az kanala istinadən xəbər verir ki, Səbuhi Hüseynov (cəzası 12 il) dayısını hansı səbəbdən qətlə yetirdiyini nəql edib: “5 il musiqi məktəbində oxumuşam. Atam musiqiçi olub. Mən də musiqi ilə məşğul olmuşam. Ailəliyəm. Həbsdə olsam da musiqi ilə məşğulam. Bu hadisə 2013-cü ildə baş verdi. Doğma dayımla münaqişəmiz oldu. Mən inanmazdım ki, başıma belə bir şey gələcək. Onlara qonaq getmişdim. Aramizda söhbət oldu, məni söydü. Onların evində problemlər var idi. Tez əsəbləşirdi. Özü məcbur elədi ki, mən bu hadisəni edim. Ona dəfələrlə xəbərdarlıq etmişdik. Anama, atama demişdim ki, o bizə gəlməsin. Onu heç kim başa salmadı ki, belə etmək olmaz. Nəticədə cinayət baş verdi. Peşmanam. Kaş ki zamanı geri edə bilərdik. Danışıq yolu ilə həll etmək olardı”.

    Qeyd edək ki, qətl hadisəsi Neftçalada baş verib. SHüseynov doğma rayonunda müğənni kimi tanınıb.

  • 19 yaşlı azərbaycanlı cinsiyyətini dəyişdi: “Yanıma gələn kişilər deyir ki, qadınlardan bezmişik” – Foto

    Azərbaycanlı 19 yaşlı gənc cinsiyyətini əməliyyat yolu ilə dəyişib. Türkiyədə əməliyyat olunan və pasportunu dəyişərək ad, soyadını Nihal Əliyeva adlı şəxs azxeber.com-a geniş müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik:

    – İlk olaraq oxucularımıza özün haqda məlumat verərdin..

    – Mən Nihal, 19 yaşım var. Naxçıvanın Babək rayonunda doğulmuşam. Uşaq yaşlarımdan hamı məndən üz döndərib, heç kimim yoxdur.

    – Özünü neçə yaşından qız kimi hiss edirsən?

    – Mənim 14 yaşım olanda kənddə təcavüz ediblər. İlk dəfə həmin gün kişilərlə əlaqəyə girmişəm, daha sonra bu xoşuma gəlib və mütəmadi olaraq öz istəyimlə əlaqəyə girmişəm. Mən bu işdən həzz alıram və heç kim məni buna məcbur etmir. 17 yaşımda isə Türkiyəyə getdim və orada yaşadım.

    – Ailən sənin mavi olduğunu biləndən sonra nə etdi?

    – Bunu bilənədən sonra bütün qohumlarım, ailəm, yaxınlarım məndən üz döndərdi. Hamısı məni cəmiyyətdən təcrid etdi. Məcbur qalıb, Naxçıvandan qaçdım, gəlib Bakıda tək yaşamağa başladım.

    – Hər halda ailənlə əlaqən olmamış deyil…

    – Bütün ailəmi silmişəm, sadəcə 18 yaşlı bacımla danışıram, çünki o mənimlə insan kimi davranırdı, ona maddi dəstək də göndərirəm. anam da məndən pul istəyir…

    – Anan pula görə səninlə barışmaq istəyir?

    – Bəli, anam bilir ki, pulum var, məni belə də qəbul etməyə hazırdır. Ancaq mən o adamı həyatımdan silmişəm, onu heç vaxt bağışlamayacam. O doğduğu uşağa sahib çıxmadı, məndən imtina etdi. O vaxt məni həkimə aparsaydı, bəlkə də hər şey fərqli olardı.

    – İndiysə gələk əsas məsələyə. Cinsiyyətini necə oldu ki, dəyişdin?

    – Mən ilk olaraq onu deyim ki, mən trans deyiləm. Tamamilə qadınam. Türkiyədə bu əməliyyat mümkündür və mən bunu etmişəm. Yəni bədənim tam qadındakı kimidir. Azərbaycanda bunu edən ilk şəxs mənəm və bununla qürur duyuram.

    – Cinsiyyətini dəyişəndən sonra kişilərlə pul qarşılığına görüşürsən yoxsa öz istəyinlə?

    – Bəli, indi də pul qarşılığında görüşürəm. Belə də ki, inan mənim səmimiyyətimə ki, elə pullu kişilər var ki, məndən ötrü ölürlər, əgər mənə inanmırsansa, sübut də edə bilərəm. Bilirlər də onlar hər şeyi. Yəni bəziləri də var ki, sadəcə pul verirlər ki, mənim bədənimə baxsınlar. Amma belə sevdiyim insan da var.

    – Səncə pullu kişilər nəyə görə sənə meyl edir ki? Əgər dediyin kimi pulludularsa, onlar istədikləri gözəl qadınlarla da əlaqə qura bilərlər…

    – Hə, sən dediyin sualı mən də onlardan soruşmuşam. Deyirlər ki, qadınlardan bezmişik. Amma məni səmimi görürlər, bir də onlar fərqlilik axtarırlar.

    – Puldan söz düşmüşkən, bu əməliyyat çox bahadır, bu qədər pulu necə qazanmısan?

    – Bəli, çox bahadır. Toplam 30 min dollar pul xərcləmişəm. Mən bir neçə Türkiyədə gey kimi çalışdım, orada eskort idim, bu pulu 1 ilə yığdım. Heç də peşman deyiləm. Özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm.

    – Türkiyədə səni necə qəbul edirlər?

    – Ora çox müasir ölkədir, hər şeyi normal qəbul edirdilər. Mən daha azad yaşamaq üçün, yaxın zamanlarda ABŞ-a köçəcəm.

    – Son sualımız, nə vaxtsa, ailə qurmağı, övlad sahibi olmağı düşünmüsən?

    – Bu haqda heç düşünməmişəm.





  • Azərbaycanlı qadın 6 uşaq dünyaya gətirdi: 2 oğlan, 4 qız

    Təbrizdə bir qadın 6 uşaq dünyaya gətirib.

    Təbriz Əz Zəhra Tibb Mərkəzində 23 yaşlı qadın 4 qız, 2 oğlan uşağı dünyaya gətirib. Hamiləliyin 27-ci həftəsində doğulan uşaqların çəkiləri 580-960 qram arasındadır.

    Doğuş prosesi qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Körpələrin səhhətində problemin olmadığı bildirilir./qaynarinfo

  • Təhsil Nazirliyində yeni təyinat olub

    Təhsil Nazirliyində yeni təyinat olub.

    “Report”un məlumatına görə, Nicat Məmmədli Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    N.Məmmədli bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

  • “BakuBus”un avtobusu piyadanı belə vurdu – VIDEO

    “BakuBus” MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb.

    Qurumdan verilən məlumatda deyilir ki, mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. “BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.

  • Afət Rahilqızı çəkilişdə ŞOK yaşadı: Yataq xəstəsi olan gənc qadın ayağa qalxıb yeridi – VİDEO

    “Afət Rahilqızı ilə çıxış yolu” verilişi yalanla üzləşib.

    Afət Rahilqızı baku.ws-ə açıqlamasında Quba rayonunda yaşayan ailə tərəfindən aldadıldığını bildirdi:

    “Gənc qadının atası mənə müraciət edərək, iki uşaq anası olan qızının yataq xəstəsi olduğunu, üstəlik də həyat yoldaşı və qayınanasından şiddət gördüyünü söylədi. Çəkiliş qrupumu götürüb Qubaya getdik. Bizi problemi olan gənc qadının valideynləri qarşıladı. Özü yataqda uzanmışdı. Mənə qayınanasından şikayət etdi. Dedim ki, qayınananın nömrəsini ver, özü ilə danışım. Bizdən kameranı söndürməmizi istədi. Operatora “söndür” dedim, amma söndürməyibmiş. Qadın çox rahat şəkildə yataqdan qalxdı və yeridi. Şoka düşdüm. Soruşdum ki, bəs yataq xəstəsi idin? Bizi niyə çağırmısan”?

    Ani olaraq özünü itirib yataqdan qalxan qadın, yalanının üzə çıxdığını görüb, daha heç bir kömək istəmədiyini deyib.

  • Bakıda maşın bir anda yanıb kül oldu – VİDEO

    Ötən gün Bakıxanov qəsəbəsində maşın yanıb.

    Baku.ws-in məlumatına görə, “Oka” markalı avtomobil yolun kənarında alışıb.

    Avtomobilin hansı səbəbdən yandığı hələlik məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb.

    Hadisənin görüntüsünü təqdim edirik:

  • Azərbaycanda yeni pullar hazırlandı – əskinasların üzərində Mübariz İbrahimov… – VİDEO

    Cümhuriyyətin və Milli Ordunun 100 illik yubileyi münasibətilə Azərbaycanda ilk dəfə fantaziya pulları tərtib edilib. Rəssam Çingiz Həziyev, üzərində Azərbaycanın müxtəlif dövrlərinin xəritələri və görkəmli şəxslərin təsvirinin əks olunduğu banknotlar hazırlayıb.

    Azərbaycan Xalq Cümhuriyyətinin və ordusunun 100 illiyi ilə bağlı ilk milli fantaziya pulları hazırlanıb.

    Sumqayıtlı kolleksiyaçı Çingiz Həziyev Cümhuriyyətə aid 5 cür banknot tərtib edib. Bunların 4-ü Azərbaycan ordusunun, 1-i isə cümhuriyyətin 100 illiyinə həsr olunub. Hər bir fantaziya pulunun bir üzündə Azərbaycanın o dövrdəki xəritəsi əks olunub.

    Digər banknotlarda isə Azərbaycanın qədimdən bu günə kimi olan dövrlərdə sərkərdələri, hərbçiləri və görkəmli şəxsləri əks olunub

    Çingiz Həziyev müasir Azərbaycanı əks etdirən banknot da hazırlayıb. Müasir Azərbaycanın fantaziya pulunda milli qəhrəmanımız Mübariz İbrahimovun rəsmi yer alıb.

    İxtisasca rəssam olan kolleksiyaçı deyir ki, hazırladığı fantaziya pulları qiymətli kağız və pul əskinası sayılmır, sırf kolleksiyalar və hədiyyə üçün nəzərdə tutulub. Müəllif deyir ki, Azərbaycanın neft sənayesi, xocalı soyqırımı ilə bağlı da banknotlar hazırlamağı düşünür. Məqsədi isə bu fantaziya pullarının xarici turistlər xasitəsilə dünyaya çıxarmaq və Azərbaycanın tarixini tanıtmaqdır.