Month: May 2018

  • “Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu” — Teleaparıcı Lətafətin sirlərini açan MÜSAHİBƏ

    Tanınmış teleaparıcı Lətafət Ələkbərova “Ölkə.Az”ın suallarını cavablandırıb.

    – Lətafət xanım, teleaparıcılıq karyeranızın başlanğıcı yetərincə uğurlu alınmışdı. “Azəri-star” kimi səs-küylü yarışmanın aparıcılarından biri idiniz. Ancaq sonradan sanki eniş dövrü hiss edilməyə başladı…

    – Sizinlə razılaşıram. O cür bahalı layihədən sonra eyni gücə malik layihə olmadı. Bəlkə də buna görə eniş hiss edildi. Həm də qızım dünyaya gəldi, ailəyə də vaxt ayırdım. Elə ana deyiləm ki, uşağımı atıb, işimlə məşğul olum. Övladımın hazırda on yaşı var.

    – Deyək ki, övladınızın beş yaşına qədər onunla məşğul oldunuz, körpə olduğunu nəzərə aldınız. Axı son beş ildə də elə bir layihəniz yoxdur…

    – Ondan sonra “Xəzər” televiziyasında, “Space” telekanalında layihələrim oldu.

    – Əslində, kənardan belə görünür ki, sizin ilk illərdə qazandığınız uğur təsadüf idi.

    – Bəli, elə fikirləşirlər. İllərlə qazandığım təcrübənin sayəsində indi dövlət tədbirlərində, məclislərdə, konsertlərdə səhnə alıram.

    -Sizcə, peşəkar aparıcı üçün televiziya layihəsi daha önəmli deyilmi?

    – İllər öncə qazandığım adın çörəyini hələ də yeyirəm.

    – Və həm də o adı xərcləyirsiniz…

    – Yenidən layihələrim olacaq. Türkiyədə beş dəfə möhtəşəm tədbirlərin, həmçinin Alanyada Beynəlxalq “Kristal kare” film festivalının aparıcısı olmuşam. Türkiyə mediasında dəfələrlə haqqımda yazılıb. Türksoy-un təşkil etdiyi “İlin altın adamları” mükafatlandırma mərasiminin də aparıcılığı iki dəfə mənə həvalə edilib. Eyni zamanda həmin mərasimdə mükafatlandırılmışam. Bilirsiniz, burada həm  mənim, həm də medianın səhvi var. Jurnalist zəng vuranda deyir ki, işdən yox, şəxsi həyatdan danışın, gördüyünüz işlərdən yazırıq, amma oxunmur. Sanki tamaşaçılar da, oxucular da dəyişib.

    – Amma “Azəri star”dakı aparıcılıq şəxsi həyat deyildi…

    – O zaman tamaşaçı başqaydı.

    – Bəlkə özünüz şəxsi həyatınızla bağlı daha çox danışmısınız və tamaşaçı buna vərdiş edib.

    – Mən danışmadığım üçün maraqlıdır.

    – Dəfələrlə danışmısınız…

    – Elə aparıcılar, şou nümayəndələri var ki, sırf şəxsi həyatla gündəmə gəlirlər. Mən işimlə gündəmə gəlmişəm.

    – Mən bilirəm ki, qızınızın atası müğənnidir, sizdən on yaş kiçikdir. Bunları siz dediyiniz üçün mən bilirəm də. Yeri gəlmişkən, qızınızın atasıyla ünsiyyəti varmı?

    – Ünsiyyət yoxdur və o barədə danışmaq istəmirəm. Çünki bu barədə çox danışılıb. Hər halda, özü qızıyla görüşmək istəmir.

    – Bəs bir neçə il öncə?

    – Bəli, ilk illərdə görüşürdülər. Ümumiyyətlə, sənət adamlarının əksəriyyətini şəxsi həyatı gətirmir.

    – Bəzi sənətçilər, aparıcılar illər sonra həyat yoldaşlarıyla barışıblar. Sizdə bu mümkündür?

    – Heç vaxt ola bilməz. Ayrılandan sonra iki-üç il qarşı tərəfdən belə cəhdlər olub və mən də şans vermişəm. Çünki ortada illərimiz, əməyimiz var. Ancaq alınmayanda alınmır da. Ailələr var ki, kənardan xoşbəxt cütlük kimi görünürlər. Sonradan məlum olur ki, bir-birinin üzünü görmək istəmirlər. Sadəcə, məcburiyyətdən rola giriblər. Sevgisiz ailədə uşağın tərbiyəsi mümkünsüzdür. Fikrimcə, nəyəsə, kiməsə görə ailəli olmaq düşüncəsi ortadan qalxmalıdır. Guya bizim mentalitetimiz belədir. İnsana necə xoşdursa, elə də yaşamalıdır.

    – Sabah sizə altmış yaşlı insanla xoş olsa, ailə quracaqsınızmı?

    – Niyə altmış yaşlı? (gülür) Yaşı yaşıma, başı başıma uyğun insanla həyat quraram.

    – Əgər on yaş kiçik insanla ailə qurmusunuzsa, niyə də iyirmi yaş böyük insanla yox?

    – Əlbəttə, ola bilər. Əsas düşüncə tərzi, həyata baxışdır.

    – Yenidən on, yaxud on beş yaş kiçik insanla ailə qurarsınızmı?

    – Bəli, ailə quraram. Heç kim heç nədən sığortalanmayıb. Sevginin nə zaman gələcəyini heç kəs bilmir.

    – Yəqin ki, evlilik təklif edənlər var.

    – Daha çox gənclərdən evlilik təklifləri alıram. Övladım var deyə, onu da düşünürəm. Bir evdə yaşayacaqsa, həmin şəxs mənim övladıma ata da olmalıdır. İnsan var ki, əlli yaşında atalıq hissini dərk etmir. Ancaq eləsi də var ki, iyirmi beş yaşında bunları dərk edir. Bütün bu səbəbləri nəzərə alaraq, hazırda təkəm.

    – Yəni on ildir ki…

    – Bəli, bir ildən çoxdur ki, təkəm.

    – Siz həm də aktrisalıqla məşğulsunuz…

    – İnsana sevgi lazımdır və sevgisiz həyatın mənası yoxdur. Sevgi insanı həm motivasiya edir, həm də nələrdənsə uzaqlaşdırır. Elə insan istərdim ki, həm də dəstəyim olsun.

    – Maddi dəstək?

    – Durub desəm ki, milyonlar axtarıram, gülünc çıxar. Ancaq qırx yaşına çatmış və həyatda heç nəyi olmayan insan nəyimə lazımdır?  Əgər insan qırx yaşına qədər yatıbsa və heç nə edə bilməyibsə, bundan sonra da edə bilməyəcək. Mən pul deyil, insan axtarıram.

    – Həyatda sizə böyük pullar xərcləyən insan olub?

    – Olmayıb, hər şeyi özüm etmişəm.

    – Bir il öncə həyatınızda olan insanın sizə maddi dəstəyi var idi?

    – Elə ciddi münasibət yaşamamışam, sadəcə, o insanı tanımaq istədim. Ümumiyyətlə, elə tələbkar insan deyiləm. İnsan özü düşünməlidir ki, sevdiyi qadına nəsə etməlidir.

    – Yenidən hansısa sənətçini sevə bilərsiniz?

    – Bəli, mümkündür. Biz sevib ailə qurmuşduq.

    – Mən elə bilirdim ki, vətəndaş nikahında yaşamısınız…

    – Xeyr, toyumuz olmuşdu. Əslində, ayrılmağımızda öz səhvlərimiz oldu. Bəlkə də istəsəydik, ailəmizi saxlaya bilərdik.

    – İndi içinizdə peşmanlıq varmı?

    – Bəli, hirsli başla qərar verdim və tələsdim. Kim deyirsə ki, ayrılandan sonra peşman olmamışam, yalandır.

    – Deməli, bu gün də həmin insana qarşı sevginiz var…

    – Sevmirəm və o insan ailəlidir. Amma ürəyim sevgiyə açıqdır və istənilən an sevə bilərəm. Kişinin xarakteri çox önəmlidir. Kişi baxımlı və təmiz olmalıdır. Hətta çirkin insanı da sevə bilərəm. Əslində, surətpərəstəm, amma dünyanın ən yaraşıqlı kişisi bir anda gözümdən düşə bilər.

    – Yaşınıza rəğmən, yetərincə dinamiksiniz…

    – Bəli, müəyyən yaşım, övladım var. Ancaq özümü gənc qız kimi hiss edirəm. Əyləncəni, özümə vaxt ayırmağı, şopinqləri sevirəm.

    – İstirahət, əyləncə sizinçün nədir?

    – Məsələn, uşaqla birlikdə atraksiondan əlli dəfə sürüşə bilərəm. Yağışın altında qaçmağı, oynamağı sevirəm. Bəzən qarşına otuz yaşlı cavan oğlan çıxır və deyir ki, səni tanımaq, evlənmək istəyirsən. Görürsən ki, cavan oğlandır, oturub saatlarla qəlyan çəkir, hərəkətsizdir. Mən idmanla məşğul olmağı, rəqs etməyi sevirəm.

    – Zərərli vərdişləriniz var?

    – Siqaret çəkmədiyimi desəm, yalan olar. Bir-iki dəfə çəkmişəm. Demişəm, bunun nəyi üçün ölürlər? İçki isə arabir istifadə edə bilərəm. Hazırda fitneslə məşğulam. Zumba rəqsi, yoqa və üzgüçülüklə də ara-sıra məşğul oluram. Aparıcı olmasaydım, yenə də belə olardım.

    – Son zamanlar zahirinizdə xeyli dəyişikliklər var…

    – Bunu mənə hamı deyir. Burnum plastik əməliyyat olunub.

    – İkinci dəfə ailə qurub övlad sahibi olmaq istərdiniz?

    – Bəli, qızımın tək böyüməsini istəmirəm. Səs-küylü ailəni xoşlayıram.

    – Bildiyim qədər əslən Naxçıvandansınız və oranın insanları yetərincə mühafizəkardırlar. Geyim tərzinizə, davranışlarınıza müdaxilələr olurmu?

    – Bəli, ana tərəfim Füzulidən, atam Naxçıvandandır. Açıq-saçıq geyimə meylli insan deyiləm. Qohumlarım məni olduğum kimi qəbul edirlər və heç biri məndən utanmır. Nəyimdən utanacaqlar ki?

    – Sirri deyil ki, maddi durumu yüksək olan insanlar gündəmdə olan xanımlara qısa müddətli münasibət üçün böyük pullar təklif edirlər. Sizə belə təkliflər olurmu?

    – Bəli, olur. Ancaq mən elə şeyləri dilə gətirməyə utanıram. Qadın elə varlıqdır ki, o, özünə qiymət qoymamalıdır. Məbləği deməyim ayıb olar. Bir mənzilin pulu müqabilində bir günlük münasibət təklif edildi, imtina etdim.

    – Nəticə?

    – Nəticə o oldu ki, güclü insan idi və televiziyalara yolumu bağladı. İki il bütün telekanallarda “qara siyahı”ya düşdüm. Ancaq kim olduğunu qətiyyən deyə bilmərəm.

  • Bu avtobusların hərəkəti dəyişdirildi – SİYAHI

    Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

    Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:

    -107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;

    -108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;

    -141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;

    -171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;

    -172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;

    -173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;

    -185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;

    -189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;

    – 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.

  • Şirvanda itkin düşən müəllim öldürülübmüş

    Şirvanda itkin düşən orta məktəb müəlliminin öldürüldüyü məlum olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın qətlə yetirildiyini müəyyənləşdiriblər.

    Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin bu gün yayılmış birgə məlumatında bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr – çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb.

    Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

    Araşdırmalarla həmçinin müəyyən edilib ki, S. Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

    Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R. Ağayev və M. Əmirov şübhəli şəxs qismində saxlanılıblar.

  • 12 Yaşlı uşağa inanılmaz işgəncə – Siqaret ilə bədənini…- Bakıda (VIDEO)

    Teleaparıcı uşaq evlərini yıxıb sürüdü: Siz ancaq yeməyi bacarırsınız…

    Əli: “Məni anama verməyin…”

    “Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində inanılmaz anlar yaşanıb. Teleaparıcı Amil Xəlil günlərlə küçədə qalan Əlinin anasını tapıb.

    Minval.info xəbər verir ki, ana ilə balanın görüşündə isə inanılmaz anlar yaşanıb. Belə ki, Əlinin “atalığım mənim bədənimə siqaretlə xəsarət yetirib” kəlmələri aparıcını özündən çıxardıb.

    Daha sonra Əlinin bədəninə baxılıb və deyilənlərin həqiqət olduğu üzə çıxıb. Anası isə “tənbeh edirik” deyərək mövzudan yayınmağa başlayıb. Bu da azmış kimi daha bir fakt ortaya çıxıb. Sən demə ailə uşağı dizi üstə saxlayaraq iş gəncə verməyi də unutmayıb. Amil Xəlilin Zəhra xanıma verdiyi  sual isə məsələnin həqiqiliyini bir daha ortaya çıxardıb. “Sizin ikinci həyat yoldaşınız Əlini döyürmü” sualına ana “Hə, döyür” cavabını verib…

    Daha sonra Amil Xəlil uşaq evlərini birbaşa efir vasitəsi ilə yıxıb sürüyüb: “5 gündür uşaq küçədə yatır. Xahiş etdim əksər uşaq evlərindən ki 2 günlük Əli qonaqları olsun. Hər biri müxtəlif bəhanələr gətirərək Əlini qonaq saxlamadılar. Onsuz da anasını və yaxınlarını axtarırdıq. Yardım etsəydiniz nə olardı?”
    Ürək dağlıyan görüntüləri sizə təqdim edirik:

  • Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir

    Ð¡Ð¾Ð±Ð¾Ñ Ð¡Ð²ÑÑой ТÑоиÑÑ Ð² ТбилиÑи

    “Beynəlxalq birlik Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və tanımamaq siyasətini dəstəkləyir”

    Rəsmi Tbilisi Suriya tərəfindən Gürcüstanın əraziləri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanımasını kəskin şəkildə pisləyib. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini David Dondua bildirib.

    “Suriya rejimi suveren dövlətin ərazi bütövlüyünü və beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərin pozulmasının qəbuledilməzliyinə dair öhdəliklərə əhəmiyyət verməyib. Gürcüstan Suriya Ərəb Respublikası ilə diplomatik əlaqələrin diplomatik əlaqələrin kəsilməsi ilə bağlı prosedura başlayıb. Aydın şəkildə vurğulamaq lazımdır ki, beynəlxalq birlik Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və tanımamaq siyasətini (Abxaziya və Cənubi Osetiya – red.) dəstəkləyir”, — deyə Dondua qeyd edib.

    Qeyd edək ki, bu gün Suriya qondarma “Abxaziya” və “Cənubi Osetiya”nın müstəqilliyini tanıyıb.

  • Təhqir edilən müğənniyə görə məşhurlar etiraz etdilər – Bunu Allah götürməz – VİDEO

    Bir neçə məşhur sosial şəbəkələrdə alçaldılan, dəvət edildiyi verilişlərin əksəriyyətində ələ salınan Maral Tahirqızının müdafiəsinə qalxıb.

    Səidə Sultan, Gülay Zeynalova, Emil Bədəlov, Könül Kərimova etirazlarını “Hər şey daxil”in mikrofonuna bildiriblər.

    Qeyd edək ki, Elçin Əlibəyli “Space” telekanalının efirində aparıcısı olduğu “El bizim, sirr bizim” verilişində Maral Tahirqızını efirdən qovmuşdu.

    Sözügedən müğənnilərin Maralı lağ obyektinə çevirən şəxslərə müraciətini təqdim edirik:
    //milli.az

  • Prezident və xanımı sərgidə

    Bakıda sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir.

    Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər.

    Dövlət başçısı müxtəlif şirkətlərinə məxsus stendlərlə tanış olub.

    Qeyd edək ki, sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də, servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir.

    Sərgi sahəsinin 40% -ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.

  • Vaqif Əsədovdan XƏBƏRDARLIQ – 50 manatdan 300 manata qədər cərimə

    Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb. Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan vaxt ərzində texniki baxışdan keçməməsi ciddi narazılıq doğurur: “Bu baxımdan bugündən etibarən yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkarlanarsa, inzibati qaydada protokol tərtib ediləcək. Bir daha xatırladırıq, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir”.

    V.Əsədov yük avtomobillərinə və avtobuslara da texniki baxışdan keçməyi tövsiyə edib: “Yük avtomobilləri və avtobuslar texniki baxışdan keçmək üçün təqdim edilməlidir. Texniki baxışın noyabr ayının 1-ə qədər keçirilməsi nəzərdə tutulur. Onlar da texniki baxışdan keçməni təmin etməlidirlər, əks halda qanunvericilikdə göstərilən tədbirlər həyata keçiriləcək”.

  • Kəmaləddin Heydərovun nəvələri stadionda — FOTO

    Ötən gün “Keşlə” və “Qəbələ” klubları arasında keçirilən Azərbaycan kubokunun final oyununu bir sıra məşhur simalarla yanaşı, onların ailə üzvləri də izləyiblər.

    “Ölkə.Az”ın məlumatına görə, matçı izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, “Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov və nazirin nəvələri də olublar. 

    Qeyd edək ki, matç 1:0 hesabıyla “Keşlə”nin qələbəsiylə başa çatıb və paytaxt təmsilçisi tarixində ilk dəfə ölkə kubokuna yiyələnib.