Qax rayonunda oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon ərazisindəki evlərin birindən 200 manat, mobil telefon, fotoaparat və qol saatı oğurlayan rayon sakini Z.Zurabaşvili saxlanılıb.

Bundan başqa, Qax RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 5-də Əlibəyli kəndi ərazisində, inşası başa çatmamış məktəbin ərazisindən inşaat materialları oğurlayan kənd sakini V.Canaşvili, rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlayan rayon sakini N.Zurabaşvili saxlanılıblar.

RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *