• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Ehtiyatlı olun, Cənubi Qafqazın “stajlı” oğruları Azərbaycana ayaq açıblar

by
Mart 7, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları martın 6-da bir qrup gürcü “stajlı” ev oğrusunu yaxalayıb.

Median.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi RPİ-dən məlumat verilib.

Keçirilən əməliyyat nəticəsində Gürcüstan vətəndaşları – 40 yaşlı Laşa Abramişvili, 45 yaşlı Şimagi Qaprindaşvili, 50 yaşlı Ramazi Matçaraşvili və Ağdam rayonunun 31 yaşlı sakini Vüsal Məhərrəmov saxlanılıb. Sözügedən ev oğrularının izinə fevralın 28-də Binəqədi rayonunda baş verən mənzil qarətinin araşdırılması zamanı düşmək mümkün olub.

Məlum olub ki, 42 yaşlı Novruzov Rəfsan Zeynalabidin oğlunun mənzilindən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrular zərərçəkmişin mənzilinə günorta saatlarında, Novruzov evdə olmadığı vaxt daxil olublar. Lakin saxlanılan şəxslər törətdikləri cinayəti dərhal boyunlarına almayıblar. İstintaq-əməliyyat qrupu onlara qarşı dəlil əldə edib. Şübhəli şəxslər yaşayış binasının girişinə quraşdırılmış videomüşahidə kamerasına düşüblər. Saxlanılan şəxslərdən oğurlanmış zinət əşyaları götürülüb.

İstintaq ehtimal edir ki, Novruzovun mənzili saxlanılan şəxslərin girdiyi yeganə ev deyil. Hazırda onlar “qastrola gələn qonaqlar”ın Azərbaycan ərazisində nə qədər vaxt olduqlarını araşdırır.

Qeyd edək ki, son vaxtlar gürcü ev oğruları nadir hallarda polisin nəzər-diqqətinə düşürlər. Buna rəğmən, görünən odur ki, onlar yenidən Bakıda fəallaşmağa başlayıblar. Faktla bağlı araşdırma davam edir.

Xatırladaq ki, gürcü oğrular post-sovet məkanının ən fəal və amansız oğruları hesab edilir. Təsadüfi deyil ki, dünyada ən gənc “qanuni oğru” titulunu da 2014-cü ildə məhz gürcü oğru – 21 yaşlı Revaz Ubilava alıb.

Son illərdə gürcü oğrular Cənubi Qafqazın ən varlı ölkəsi sayılan Azərbaycana ayaq açıblar. Onlar xüsusilə Azərbaycanın qərbində – Gəncə şəhərində və onun ətraf rayonlarında fəallıq edirlər. Görünür, indi onların hədəfində Qafqazın ən zəngin şəhəri Bakıda qarətlər törətməkdir.

Previous Post

İki hərbi qulluqçumuz qar uçqununa düşüb

Next Post

Bakıda iki ailədə faciə: 15 yaşlı qız və 28 yaşlı kişi intihar etdilər

Next Post

Bakıda iki ailədə faciə: 15 yaşlı qız və 28 yaşlı kişi intihar etdilər

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.