Cəlilabad sakini atasını döyüb, öldürüb

Median.Az xəbər verir ki, martın 30-u gecə saat 2 radələrində Göytəpə şəhərində yaşadığı evdə, əvvəllər məhkum olunmuş O.Dadaşov münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Cəlilabad RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Axtarış zamanı onun üzərindən narkotik vasitə – heroin götürülüb.

Cəlilabad rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.