Month: May 2019

  • Prezidentin sərəncamı 2500 nəfər əlilliyi olan şəxsə tətbiq ediləcək

    Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza verilən məlumata görə, hazırda Azərbaycanda 6245 sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaq var:

    “Onlardan 1923-nün sağlamlıq imkanları 18 yaşadək müəyyən edilib. Sağlamlıq imkanları məhdud olan uşaqların 2533-ü qız, qalanları isə oğlanlardır. Nazirliyinin Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Xidmətinin nəzdində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidməti göstərən iki müəssisə var. Bunlardan hər ikisi paytaxt Bakıda yerləşir. Uşaq Bərpa Mərkəzi Nərimanov rayonunda, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi isə Suraxanı rayonunda fəaliyyət göstərir.

    Cari ilin I rübündə hər iki reabilitasiya mərkəzində ümumilikdə, 740 sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib. Bu ilin yanvar-aprel ayları ərzində Uşaq Bərpa Mərkəzində cəmi 603, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində isə 137 sağlamlıq imkanları məhdud uşaq reabilitasiyaya cəlb edilib.”.

    Qeyd edək ki, Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Bakı şəhəri Xəzər rayonu, Quba, Masallı, Ağcabədi, Xaçmaz və Lənkəran rayonlarında sağlamlıq imkanları məhud olan uşaqlar üçün sanator-kurort tipli bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır.

  • Prezident Xələf Xələfovu nazir müavini təyin etdi

    Prezident İlham Əliyevin sərəncamı ilə Xələfov Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

    Median.Az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə X.Xələfov Prezidentin sərhəd və xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

    Bundan əvvəl Xələfov Xələfov Nazirlər kabineti aparatının rəhbəri vəzifəsində çalışıb.

  • Сколько должен весить портфель школьника – Международная норма

    Ставшая угрозой здоровью учеников, причиной беспокойства родителей и предметом обсуждения в Милли Меджлисе проблема, связанная с тяжестью школьных портфелей, не сходит с повестки дня.

    Ожидается, что Министерство образования решит проблему со следующего учебного года.

    Как сообщает Medicina.az, в мировой практике существует норма, определяющая вес и тяжесть школьных портфелей и в наших соседних странах, даже в России эта норма соблюдается. Азербайджан же эту норму обходит.

    Весь портфеля и каждого учебника определяется в соответствии с его возрастом и превышение нормы считается недопустимым.

    Предлагаем вам нормы по классам:

    Для учеников I-II классов – 1,5 кг

    III-IV классы – 2 кг

    V-VI классы – 2,5 кг

    VII-VIII классы – 3,5 кг

    Старшие классы – 4-4,5 кг

    Максимально допустимый вес каждого учебника:

    Начальные классы – 300 гр

    V-VI классы – 400 гр

    VII-IX классы – 500 гр

    Старшие классы – 600 гр

    Примечание: в целом вес портфеля не должен превышать 10% веса ребенка.

    Превышение этой нормы является угрозой для здоровья.

    В Азербайджане данная норма вообще не соблюдается. Самое странное то, что у нас разница в весе по классам противоположна – младшие классы вынуждены таскать с собой 4-6 учебников, дневник и рабочие тетради, а ученики старших классов ходят в школу с 1-2 учебниками.

  • Leyla Əliyeva V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ikinci plenar sessiyada iştirak edib – FOTO

    Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak edib.

    BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi.

    Xanım Leyla Əliyevanın çıxışı

    -Əziz dostlar.

    Həmkarlar.

    Xanımlar və cənablar.

    İlk növbədə mən sizin hamınızı gözəl Bakı şəhərində keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda salamlamaqdan məmnun olduğumu bildirirəm. Bu platforma sülh şəraitində yaşamanı daim təbliğ etmişdir. Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır.

    Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq.

    Əziz dostlar, təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşma və bütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur. Eyni zamanda, gənclərə doğru-düzgün təhsil vermək onların tam potensialının reallaşması üçün çox vacib bir amildir. Çünki gənclərin tez öyrənmək, eləcə də prosesləri izləmək, çoxsaylı məlumatları əldə etmək kimi bacarıqları var. Həmçinin onlar ətraf mühitin mühafizə olunması və təbiətin bizə bəxş etdiyi nemətlər barədə çox məlumatlıdırlar.

    Bununla belə gənclərə həddindən artıq təzyiq göstərilməmlidir. Bəzən ən intellektli gənclər belə tam xoşbəxt olmurlar. Ona görə də biz gənclərə dəstək göstərərək bundan da yaxşı bir dünya yaratmağa nail olmalıyıq ki, onlar gözəl planetdə və harmoniya içərisində yaşamaqdan daha çox zövq alsınlar. Yüksək texnologiyanın inkişafı sayəsində biz fikirlərimizi daha sürətlə ifadə edirik. Bizim fikirlərimiz ən güclü enerjilərdəndir, hətta işıq sürətindən də sürətlidir. Dünya bu potensiala investisiya yatırmalı və əmin olmalıdır ki, gənc nəslin inkişaf üçün bütün zəruri imkanları var. Bu gün dünyada gənclərin sayı daha çoxdur. İdeyalar və yüksəlişlər bütün planetin gələcəyini dəyişə bilər. Amma əfsuslar olsun ki, 617 milyona yaxın gənc hələ də riyazi və ədəbi biliklərdən məhrumdur. Bu, o deməkdir ki, biz çox dəyərli bir potensialı itiririk. Məhz gənclər tərəqqinin təcəssümdür. Hər bir yeni nəsil əvvəlkindən daha mütərəqqi, humanist, həssas, tolerant və açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür. Gəlin gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə kömək edək, gəlin hamılıqla onlara dəstək olaq. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər daim əməllə müşayiət olunmalıdır. Hər bir bəşər övladına verilmiş müqəddəs hədiyyə olan intuisiyamızı unutmamalıyıq. Xalqların sülhsevər və dayanıqlı cəmiyyət formalaşdırmasında hər bir kəs fərqlilik yarada bilər. Beləliklə də onlar özlərini dəyişməklə bəşəriyyətə olan baxışlarını müsbət mənada dəyişə bilərlər.

    Əziz dostlar, İsa peyğəmbərin dediyi kimi, gəlin uşaqlardan öyrənək. Uşaqlar sözü birbaşa deməyə və yaxşı işlər görməyə can atırlar. Maddiyyat heç də uğur, müvəffəqiyyət demək deyil. Həyatda ən vacib olan sevgidir, sağlamlıqdır, xoşbəxtlikdir, birlikdir, anlaşmaqdır və bir-birini təmənnasız şəkildə dəstəkləməkdir. Bütün bunları hamımıza diləyirəm. Çox sağ olun.

    XXX

    BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos dedi ki, bu plenar sessiyada müzakirəyə çıxarılan məsələlərə yeni baxışla yanaşılacaq. Sessiyanı mənfi düşüncələri dəyişmək üçün gözəl fürsət adlandıran BMT təmsilçisi gəncləri ekstremizm, nifrət kimi amillərdən qorumağın vacibliyini vurğuladı.

    Sessiyadakı müzakirələr cəmiyyətdə gənclərin rolu, təhsil, sülh quruculuğu və dinlərarası dialoq mövzularını əhatə etdi. Somali Stabilləşmə Təşəbbüsünün biliyin idarə olunması və strateji kommunikasiyalar üzrə rəsmisi Nacma Əhməd-Hüseyn ölkəsində müxtəlif etnik qrupların bir araya gəlməsi üçün həyata keçirilən layihələrdən danışdı. Sənədli filmlər rejissoru Roda Siad reallaşdırdığı layihələr vasitəsilə miqrasiya böhranı, qaçqınların və digər ölkələrdə sığınacaq axtaranların taleyi, onların qarşılaşdığı çətinlikləri barədə cəmiyyətə məlumatların verilməsinin əhəmiyyətinə toxundu. Erbildə “Malteser İnternational”un ictimai əlaqələr üzrə məsləhətçisi Sara Markieviç İraqdakı icmalar arasında qeyri-sabit vəziyyət barədə məlumat verərək, bu istiqamətdə dinlərarası dialoqun roluna nəzər saldı. Zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssis Selim Çerkau terrorizmə görə məhkum edilmiş məhbuslar arasında maarifləndirmə işlərinin aparılması, onların cəmiyyətə adaptasiyası və baxışlarının dəyişməsi istiqamətlərində həyata keçirilən layihələrdən bəhs etdi. Pakistan Gənclər Alyansının “Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi zorakı ekstremizmə qarşı layihə və onun nəticələri ilə bağlı fikirlərini çatdırdı, bu layihənin 15 min insanı əhatə etdiyini söylədi. “Efemerides”in təsisçisi Fatoumata Kebe gənclərə imkanlar yaradılması, problemlərin həllində onlara səlahiyyət verilməsi istiqamətində həyata keçirilən layihəsindən danışdı. Qeyd etdi ki, Malidə yalnız 30 faiz qızların məktəbə getmək imkanı var və onun rəhbərlik etdiyi təşkilat belə ölkələrdə müxtəlif fənlər üzrə dərslər təşkil edir. Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər üzrə magistr namizədi Corc Antonio Şavez Mazuelos, “Sri Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne, “Emkan Education”nın məktəb və məzmun üzrə direktoru və həmtəsisçisi Sara Zaini, BMT-nin Gənclər Siyasəti üzrə mütəxəssisi Ansa Qliqa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru İmam Muhammad Nurayn Aşafa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru Pastor Ceyms Movel Vuye, “Burson, Cohn and Wolf”un idman hesabları üzrə baş icraçısı Nevena Vukasinovic, Lvov şəhərinin merinin dini məsələlər üzrə müşaviri Taras Dzyubanski gənclərin fəallığı üçün proqramların əhəmiyyətini, zorakılığa, terrorizmə məruz qalan gənclərin təhsil almasında təqaüd proqramlarının faydasını qeyd etdilər.

    Sonda sessiya iştirakçılarının sualları cavablandırıldı.

  • Hamilə olan Natavan xəstəxanaya yerləşdirildi – FOTO

    Hamiləliyinin son günlərini yaşayan müğənni Natavan Həbibi xəstəxanaya yerləşdirilib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, reper Dado məlumat verib.

    O, xəstəxanadan fotosunu paylaşaraq “inşallah” şərhini yazıb.

    İzləyicilər isə Dadoya “Sağ-salamat dünyaya gəlsin” deyə, arzularını bildiriblər.

  • Xaçmazda ərini qətlə yetirən qadına HÖKM OXUNDU

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə V. Mirzəyeva 11 il azadlıqdan məhrum edilib.

    İttihama görə, ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.

    V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M.Osmanov hadisə yerində ölüb.

    Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Müğənni Elnarənin ittihamına “Baku Medical Plaza”dan cavab: “Heç bir həkim səhvindən söhbət gedə bilməz”

    Müğənni Elnarənin rəfiqəsinin səhhəti ilə bağlı ittihamına”Baku Medical Plaza”dan açıqlama verilib.

    “Son günlər bəzi kütləvi informasiya vasitələrində Lətafət Şirəliyevanın ağır xəsəliyi mövzusunda “Baku Medical Plaza” klinikasının işgüzar nüfuzuna xələl yetirən, həqiqətə uyğun olmayan yazılar yazılmaqdadır. Lətafət L. Şirəliyevanın həyat yoldaşının söylədikləri təhrif olunaraq saytlarda yazılıb. Klinika özəl tibb müəssisəsi olsa da, xəstəyə göstərilən tibbi xidmətlər üçün təcili pul tələb edilməmiş və müalicəsi klinika hesabına aparılır. Xəstə yaxınlarının klinikadan istər maddi baxımdan, istərsə də xidmətlə əlaqədar şikayəti yoxdur. Xəstəni əməliyyat edən və reanimasiya şəraitində müalicəsinə nəzarət edən həkimlər öz işlərində mütəxəssisdirlər və yaşanmış hadisədə hər hansı bir həkim səhvindən söhbət gedə bilməz. İstənilən araşdırılmanın aparılması üçün klinikamız şərait yaratmağa hazırdır”.

    Median.Az Medicina.az-a istinadən xəbər verir ki, “Baku Medical Plaza” klinikasının mətbuat xidmətindən məlumat verilib:

    “17 illik evlilik müddətində övladı olmayan Lətafət Şirəliyeva məhz klinikada aparılmış müalicə nəticəsində hamilə qalmış, mart ayının 12-də qeysəriyyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra L. Şərifova və körpəsi kafi vəziyyətdə evə yazılmışdır. Təxminən 10 gün sora L. Şirəliyeva həkiminə zəng edərək qarın nahiyyəsində ağrılarının olduğunu dedikdə həkim onun klinikaya gəlməsini deyib. Xəstənin sözlərinə görə, bu ağrıların qeysəriyyə sonrası normal hal olduğunu düşünərək ağrıkəsici dərmanlardan istifadə edib.

    Xəstə klinikaya müraciət etdikdə ona ağrının səbəbini dəqiq müəyyən etmək üçün MRT müayinəsindən keçməsi məsləhət görülüb. Qeyd edək ki, klinikamızda MRT müayinəsi öncədən yazılmaq və ya canlı növbə qaydası ilə həyata keçirilir. Hər müayinənin müddəti təxminən 40-50 dəqiqə olduğundan müayinəyə girmək üçün növbə gözləmək zərurəti yaranır. Lakin xəstə növbə gözləmək istəmədiyi üçün müayinədən imtina edərək klinikadan gedib.

    3 gün sonra yenidən həkiminə zəng edərək temperaturun olduğunu dedikdə həkim onun dərhal müayinə olunmalı olduğunu bildirib. L. Şirəliyeva aprelin 3-də klinikaya gəldikdə KT müayinəsi nəticəsində appendisitinin partladığı, infeksiyanın orqanlarına yayıldığı və sepsis olduğu aşkarlanıb. Dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Təcili cərrahiyyə əməliyyatı olunaraq abseslər təmizlənib, drenaj qoyulub. İnfeksiya nəticəsində bağırsaqlarında çürümə prosesi getdiyi üçün aprelin 8-də ikinci dəfə əməliyyat olunaraq bağırsaq möhtəviyyatın xaric edilməsi təmin edilib və stoma çıxarılmışdır. Pertanit, Septik şok, Kəskin tənəffüs çatışmazlığı, Ağciyərlərin kəskin respirator distress sindromu diaqnozları ilə ranimasiyaya yerləşdirən L. Şirəliyevanın vəziyyəti kritik olsa da, keçirdiyi cərrahiyyə əməliyyatından sonra orqanlarının vəziyyəti bərpa edilmişdir.

    Lakin xəstənin immun sistemi zəiflədiyindən hal-hazırda immun sisteminin qaldırılması və qan dəyərlərinin normallaşdırılması istiqamətində tibbi protokollara uyğun müalicə davam edir, xəstəyə immunoqlobin tətbiqinə başlanmışdır. Xəstənin vəziyyətini dəyərləndirmək üçün klinikamızın və ölkənin bu sahə üzrə digər mütəxəssis həkimləri ilə konsiliumlar keçirilir. Xəstə hazırda reanimasiyadadır. Septik şok davam edir. Vəziyyəti son dərəcə kritik ağır olsa da klinikanın bütün tibb personalı L. Şirəliyevanın səhhətinin yaxşılaşması üçün əllərindən gələni etməkdədirlər”.
    Xəstənin müalicəsinin davam etdirilməsi üçün yaxınlarından 37.000 manat pul tələb edilməsi yalandır, bəzi saytların belə xəbərləri istinad etdikləri saytda məsələ ilə əlaqədar həqiqəti əks etdirən yazını “görmədən” paylaşması təəssüf doğurur və BMP öz işgüzar nüfuzunu qorumaq üçün prosessual addımlar atmaq məcburiyyətindədir.

  • “Çingiz DNT analizi verməyib”

    Dünən Rusiya mətbuatında müğənni Sergey Lazerevin “Eurovision”la bağlı açıqlaması müzakirələrə səbəb olub. Belə ki, sənətçi layihədə yeni qaydanın tətbiq edildiyini, bütün iştirakçılardan DNT analizlərinin götürüldüyünü bildirib. Buna səbəb iştirakçıların hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.

    Median.Az xəbər verir ki, “qafqazinfo” mövzu ilə bağlı İctimai Televiziya ilə əlaqə saxlayıb. Kanalın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin analizlərdə iştirak etməyib:

    “DNT məsələsi Avroviziya üçün yeni qayda deyil, sadəcə PR məqsədli bir şeydir. Hansı ki, heç bir iştirakçı buna məcbur edilmir. Təmsilçimiz bu analizdə iştirak etməyib”.

  • Azərbaycanda it və pişiklərin sayı artıb

    Azərbaycanda itlərin və pişiklərin populyasiyalarının artımı müşahidə olunur.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Azərbaycanda ev heyvanlarının peyvəndi bu sahədə atılan addımlardan biridir:

    “Dünyada itlər və yaxud da pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirir və təbii olaraq ölürlər. Dünya təcrübəsinə görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməməsinə gətirib çıxarır”.

    Şöbə müdirinin sözlərinə görə, quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır:

    “Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır. Oral vaksinasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bunu əvvəlcədən qiymətləndirmək lazımdır. Müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır.

    Oral vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya edirlər və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır.

    Hazırda oral vaksinasiya yoxdur, olanda da qış mövsümündə olur. Qış mövsümündə heyvanlar daha ac olur. Oral vaksinasiya helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir”.

    Asif Ömərov qeyd edib ki, Azərbaycan ötən il 250 min vaksin almışdısa, bu il 270 min vaksin sifariş verilib.

  • Новое назначение от Рамиля Усубова

    В Министерстве внутренних дел произошло кадровое изменение.

    Как передает Median.Az, соответствующий приказ подписал министр внутренних дел, генерал-полковник Рамиль Усубов.

    Согласно приказу, Али Шариф оглу Асадуллаев назначен на должность заместителя начальника 13 отделения полиции Сабунчинского районного управления полиции.

    Отметим, что А.Асадуллаев приходится сыном бывшему начальнику Управления по борьбе с торговле людьми Шарифу Асадуллаеву и племянником председателю Управления мусульман Кавказа Аллахшукюру Пашазаде.