Month: May 2019

  • Ramil Usubovdan yeni təyinat

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Median.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

    Əmrə əsasən, Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

    Qeyd edək ki, o, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

  • Təmir başa çatdı – Yollar AÇILDI

    Biləcəri dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

    Onun sözlərinə görə, aartıq ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.//Baku.ws

  • Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı – SƏBƏB

    Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsində problem yaranıb. Belə ki, vəsiqə üçün aidiyyəti qurumlara müraciət edən şəxslərə sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verilir.

    Məlumat üçün bildirək ki, Azərbaycanda sürücülük vəsiqələrinin alınması ilə bağlı prosedurlara iki qurum nəzarət edir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (ərazi üzrə idarələr) və ASAN xidmət mərkəzləri.

    Median.Az-ın məlumatına görə, Oxu.Az Azərbaycanda sürücülük vəsiqələrinin verilməsinin dayandırılması ilə bağlı problemin səbəbini araşdırmaq üçün yuxarıda sözügedən hər iki quruma müraciət edib.

    ASAN Xidmətdən problemin mövcud olduğu təsdiqlənib. Bildirilib ki, vətəndaşlara təqdim olunması üçün respublika üzrə sürücülük vəsiqələri bitib. Verilən blank isə sürücülük vəsiqəsini əvəz edir. Etibarlılıq müddəti bir aydır.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, yaranan problem müvəqqəti texniki xarakter daşıyır:
    “Bəzi insanlarda belə bir fikir yaranıb ki, guya bu, yeni sürücülük vəsiqələrinin verilməsi ilə bağlıdır. Bu düzgün deyil. Problem mövcud sürücülük vəsiqələri ilə bağlıdır”.

    DİN rəsmisi əlavə edib ki, müraciət edən şəxslər gələn həftə ərzində vəsiqələrlə təmin olunacaq.

    Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

    Fərmana əsasən, sürücülük vəsiqələrinin dəyişdirilməsi funksiyası ASAN Xidmətə verilib. Belə ki, lazımi sənədləri Daxili İşlər Nazirliyinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən əməkdaşları tərəfindən hazırlanır və vətəndaşlara təqdim edir.

    Bu funksiyalar ASAN Xidmət mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçirilir.

    Onu da bildirək ki, Daxili İşlər Nazirliyinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

  • “Bu cür xəstəxanaların lisenziyası ləğv edilməlidir” – Elnarə Xəlilovadan ÇAĞIRIŞ

    Müğənni Elnarə Xəlilova “Baku Medical Plaza” klinikasının bağlanmasını tələb edib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, müğənni sözügedən xəstəxanada səhv diaqnoz səbəbilə vəziyyəti ağırlaşan 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyevanın başına gələnlərə münasibət bildirərkən belə bir çağırış edib:

    “Bu cür xəstəxanaların lisenziyası əllərindən alınmalıdır və birmənalı bağlanmalıdır. Adam öldürdüklərinə görə hələ bir 35 min manat pul da alırlar. Mənim bir rəfiqəmi də az qalmışdı bu klinikada öldürsünlər. O da ana olmağa gəlmişdi. Qanı 1 müsbət olana mənfi 4 qan qrupu çıxarmışdılar, Allahsızlar. Təsəvvür belə etmək istəmirəm, əgər ona orada qan vurulsaydı, nələr ola bilərdi.

    Yazıqlar olsun! Ar olsun belə həkimlərə. Adamı şikəst etməkləri azmış kimi, hələ bir pul da istəyirlər. Bunları məhkəməyə verib 117 min almaq lazımdı”.


    Qeyd edək ki, Yenilik.az saytının yazdığına görə, Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata keçirən Türkiyədən gəlmiş həkim-ginekoloq Cəlaləddin Örnək xəstənin qanında hansısa mikrobun tapıldığını və müalicə ilə keçib gedəcəyini bilodirib. Həkimin təyinatına əsasən xəstə bir neçə gün antibiotiklər qəbul etsə də, vəziyyəti yaxşılaşmayıb. 3-4 gündən sonra təkrar klinikaya müraciət edəndə ailəyə bildiriblər ki, dəqiq diaqnozu yalnız MRT müayinəsindən sonra deyə bilərlər, bu müayinə isə yalnız klinikada edilməlidir. Başqa klinikada aparılmış MRT müayinəsinin nəticəsini qəbul etməyəcəklər. Şirəliyevanı MRT növbəsinə yazıblar, bəlli olub ki, növbə çox olduğundan xəstə günlərlə gözləməlidir.

    Beləliklə daha 3 gün vaxt itirilib, nəhayət ailənin təkidi ilə qadını KT müayinəsindən keçiriblər. Müayinə zamanı xəstənin qarın boşluğunda maye müşahidə edilib. Mayenin çölə axması üçün xəstəyə drenaj qoşulub. Daha 2 gün keçir, xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşdiyini görüb qarın boşluğundan əməliyyat ediblər. Bu dəfə əməliyyatı yenə də türkiyəli həkim Taner Ercemik həyata keçirib.

    Yalnız bu əməliyyatdan sonra məlum olub ki, xəstənin kor bağırsağı partlayıb və nəticədə iltihab qarın boşluğuna yayılıb. Buna görə də bağırsağıdan 12 sm. kəsib götürməli olublar. Xəstənin vəziyyəti yaxşılaşarsa,təkrar əməliyyat edəcəklər.

    Beləliklə, xəstə yaxınları çoxsaylı analizlərə, əməliyyata və s. görə klinikanın kassasına 17 min manatdan çox vəsait ödəyiblər. Xəstəyə 2 litrə yaxın donor qanı köçürülüb, amma yeni ana olmuş qadının vəziyyəti daha da pisləşib. Xəstənin yaxınlarına bildiriblər ki, vəziyyəti kritik ağırdır, hər şeyə hazırlıqlı olun. Hətta xəstəni evə aparmağı məsləhət görürlər.

    Klinikadan təqdim edilən arayışda göstərilir ki, L.Şirəliyevaya peritanit, septik şok, kəskin tənəffüs çatışmazlığı, ağciyərlərin kəskin respirator distres sindromu, laporatomiya sindromu diaqnozu qoyulub.

    Hazırda xəstə yaxınları ilə yanaşı 117 saylı məktəbin müəllim kollektivi də klinikanın qarşısına toplaşıb, çarəsiz halda iş yoldaşlarından xəbər gözləyirlər. Kollektiv bu insanlıq dramına müdaxilə etmək üçün saytımız vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət edir, kömək istəyir.

  • Azərbaycanlı gənc Moskvada qəzada öldü

    Azərbaycanlı gənc bu gün günorta saatlarında Moskvada baş verən qəzada ölüb.

    “Radio 1”in xəbərinə görə, bununla bağlı Regionun Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat verib.

    Hadisə zamanı “Qazel” və MAZ markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

    Ölən şəxs “Qazel”in sürücüsü olan 28 yaşlı azərbaycanlıdır.

  • Başqasının yerinə qəbul imtahanına girmək istədilər – Cinayət işi açıldı

    Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.

    Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, ayrı-ayrı hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunmuş qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınıb.

    Habelə müəyyən olunub ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər.

    Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

    //Qafqazinfo

  • Задержан житель столицы, укравший деньги из офиса “TopAz”

    Как сообщает Median.Az, сотрудники 5-го отделения полиции Бинагадинского РУП в результате следственно-розыскных мер задержали жителя столицы Т.Ибрагимова, который 20-го января этого года на территории района украл из офиса “TopAz” 4000 манатов.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda “TopAz” ofisindən pul oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində bu il yanvarın 20-də rayon ərazisindəki “TopAz” mərc oyunları məntəqəsindən 4000 manat oğurlayan Bakı şəhər sakini T.İbrahimov saxlanılıb.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda hündürmərtəbəli binada faciə: 4 yaşlı körpə 8-ci mərtəbədən yıxıldı (VİDEO)

    Bakıda hündürmərtəbəli binaların birində faciəvi hadisə baş verib.

    Bu gün axşam saatlarında hündürmərtəbəli binanın 8-ci mərtəbsindən 4 yaşlı uşaq yıxılıb. Hadisə şahidlərinin sözlərinə görə, pəncərə toruna söykənən azyaşlı daha sonra aşağı düşüb.

    Binanın təhlükəsizlik kamerası görüntüləri lentə alıb. Həmin anları təqdim edirik:

    //azxeber.com

  • Главный редактор Bakupress арестована

    В Хатаинском районном суде 3 мая было рассмотрено ходатайство органа следствия органа об избрании меры пресечения в виде ареста в отношении руководителя информационного агентства Bakupress Шафаг Агаджан, которая обвинена в незаконном обороте наркотиков.

    На процессе под председательством судьи Джавида Гусейни ходатайство было удовлетворено. В отношении Ш.Агаджан была избрана мера пресечения в виде ареста сроком на три месяца.

    Напомним, что около городской клинической больницы №5 на территории Наримановского района Баку была проведена операция по выявлению лиц, занятых незаконным оборотом наркотиков. В ходе операции была задержана женщина, которая пыталась продать марихуану в 62 свертках общим весом 311 граммов за 100 долларов и 1 830 манатов.

    В ходе расследования выяснилось, что задержанная – главный редактор информационного агентства Bakupress Шафаг Агаджан (Шафаг Агаджан гызы Агабалаева).