Month: June 2019

  • Gələn il Bakıda yeni metrostansiya açılacaq (AÇIQLAMA)

    “2020-ci ildə Bakı Metropoliteninin yeni stansiyasının açılması planlaşdırılır”.

    Bu sözləri Qaynarinfo-ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Qurum rəsmisi açılacaq yeni stansiyanın yerləşdiyi ərazini də açıqlayıb: “Bu bənövşəyi xəttin 3-cü stansiyasıdır. Ceyhun Səlimov küçəsi, hərbi hospitalın qarşısında yerləşir”.

    Bəxtiyar Məmmədov bildirib ki, müəyyən olunmuş tədbirlər planına əsasən Xətai stansiyasında işlər davam etdirilir. Artıq eskalatorlar quraşdırılıb, sazlama, tənzimləmə işləri aparılır.

  • В Азербайджане оплата услуг адвокатов будет производиться в безналичной форме

    В Азербайджане утверждены правила «Об оплате услуг адвоката в безналичной форме лицом, которому оказана юридическая помощь», сообщает Report. Решение об этом было принято на заседании правления Коллегии адвокатов.

    Принято решение внедрить безналичные расчеты с 1 октября этого года.

    На заседании также были рассмотрены другие важные вопросы, связанные с деятельностью Коллегии адвокатов.

  • Uşaqlara bu adların qoyulmasının qarşısı alınıb – Cücəbacı, Əskiyə…

    Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış adlar və soyadlar üzrə Xüsusi Komissiyasının sədr müavini Səyalı Sadıqova açıqlama verib.

    Median.Az xəbər verir ki, “modern”ə danışan Sadıqova son zamanlarda Komissiyaya adqoyma ilə bağlı 70-ə yaxın müraciət daxil olduğunu bildirib.

    Onlardan 28 adın qoyulmasının qarşısı alınıb. Qarşısı alınan adlardan bəziləri bunlardır: İşbilir, Xunçar, Cücəbacı, Xubla, Fəqih, Aymələk, Cəld, Aliza, İstifa, Əskiyə, Bəkəra. Bu adların qoyulması tövsiyə olunmur.

    S.Sadıqova onu da qeyd edib ki, Müavin, Alfira, Xublar kimi adların verilməsi üçün məhkəməyə müraciət olunub, ancaq buna baxmayaraq qəti şəkildə qarşısı alınıb.
    “Lakin Fəxrfarş, Fəhminə, Elsevən, Elsurə, Bəxtişən, Çingizdəmir, Bəxtinur, Ceyhan, Ayla, Fəğan, Aylanur kimi adların verilməsi biz tərəfdən tövsiyə olunub.

    Müəyyən adlar var ki, valideynlər ad xatirinə ad qoyurlar. Məsələn: Lili adını qoymaq istəyən bir valideyn vardı, uzun müddət mübahisə etdi, ancaq biz mənasını açıb deyəndən sonra özü bu adı qoymaqdan imtina etdi”-deyə S.Sadıova bildirib.

    O deyib ki, bu kimi məsələlərin aradan qaldırılması üçün maariflənmə işləri aparılmalıdır.

    “Ona görə ki, validenlər qoyduqları adın mənasını, mahiyyətini bilsinlər. Ad təkcə bir ailəyə məxsus deyil, ona sosial bir hadisə kimi baxlılır. Xalqın , millətin mentalitenini özündə əks etdirir.

    Komissiyanın xətti ilə 2014 cü ildə 1750 ad təmamilə siyahıdan çıxarılıb. Ansambl, Kolxoz, Sovxoz, Traktor kimi adlar.
    Bu cür xüsusi adlar verilmir, indi mənası olmayan adlar daha çox dəbdədir. Məsələn Xunkar adı nə deməkdir? Mənası olmayan bir addır. Ancaq buna baxmayaraq bu adı övladlarına qoymaq istəyən bir çox valideyn var.

    Elə adlar da var ki, onların hər birinin öz gözəlliyi və mənası var. Məsələn, Elnurə, Cavidan, Selcan , Bikəxatun və s. Çünki bu adaların mənası var və xalq tərəfindən daha çox sevilir. Lakin mənasız, gülüş doğuran adlar da var ki, onlara qarşı biz tərəfdən qoyulmaması üçün mübarizə aparılır”- deyə S.Sadıqova əlavə edib.

  • В Узбекистане аттракцион сломался пополам во время катания, есть погибшая – ВИДЕО

    В узбекском городе Джизаке аттракцион сломался во время работы в парке “Истиклол”. В этот момент на нем находились люди.

    На кадрах видно, как аттракцион переломился пополам и рухнул на землю. После этого послышались крики, передает Median.Az со ссылкой на ren.tv.

    Согласно данным местных СМИ, в результате ЧП погибла 19-летняя девушка.

  • “Məni təhqir etdilər, əzdilər” – Tünzalə başını açıb ağladı

    “Elə hiss edirəm ki, uzun illər keçib. Amma oktyabrda bu verilişdən getdim. Mənim yaşadıqlarımı heç kim başa düşməz. Bizim özümüzə qalsaydı, heç vaxt bacarmazdıq. Evimə sahib olmaq üçün 20 il lazım idi mənə. Verilişdə göz yaşı tökəndə, gələcəyim üçün çalışırdım. Yaxşı ki, heç kimə cavab vermədim”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən verilişində deyib. Aktrisa proqrama çıxıb evinin ipoteka krediti üçün pul yığmasını təhqir edənlərdən danışıb:

    “Məni çox əzdilər, təhqir etdilər, susdum və dözdüm. Bilirdim qarşıda daha ağırı gözləyir məni. Saçımı, qaşımı, kirpiyimi itirdim, amma dostlar qazandım. Sizin sayənizdə evimdə rahat otururam, düşünmürəm ki, bu ay necə olacağıq. Bir dəfə dedim ki, qəbir evinə qədər Zaura borclu olacam, şişirtdilər. Amma bu həqiqət idi.

    Xəstəliyim sonradan çanağa, boğaza qədər yayıldı. İnanıram, düzələcək. 2 aydır maska ilə gəzirəm. Çətindir, bundan sonra aylarla qalacam. İstidir, dözə bilmirəm. Amma qanım aşağıdır deyə, maskanı çıxara bilmirəm”.

  • Объявлено, сколько человек получили гражданство Азербайджана

    В Государственной миграционной службе (ГМС) Азербайджана с участием местных органов исполнительной власти было проведено мероприятие для повышения осведомленности о лицах без гражданства и нелегальной миграции, а также для обеспечения более эффективного и гибкого сотрудничества в этой области в будущем, передаёт Median.Az со ссылкой на Тrend.

    По словам начальника Управления по вопросам гражданства ГМС Рзы Талыбова, в 2016-2018 годах в зонах обслуживания региональных миграционных служб состоялись встречи, в целом было обслужено 389 человек. Из них, в отношении 194 лиц была проведена работа по легализации.

    За последние 11 лет 1619 лиц без гражданства получили гражданство Азербайджана по распоряжению главы государства. Было восстановлено гражданство 51 лица.

  • На некоторых перекрестках Баку не работают светофоры – СПИСОК

    В Баку из-за обесточивания на некоторых перекрестках не работают светофоры.

    Как передаёт Median.Az, об этом сообщил АПА пресс-секретарь Бакинского Транспортного Агентства Маис Агаев.

    По его словам, водители обязаны действовать в соответствии с правилами дорожных знаков и правилами проезда неконтролируемых перекрестков до тех пор, пока светофоры не будут восстановлены.

    Список перекрестков, на которых светофоры не работают:

    ул. М.Гусейна – ул. Ш.Шамиля,
    проспект Ш.И.Хатаи – ул. Ахмедбека Агаоглу,
    проспект Ш.И.Хатаи – ул. А.Демирчизаде,
    ул. М.Хади – ул. Сараево (рядом с Макдональдсом),
    проспект Г.Гараева – ул. Дж.Нахчиванского,
    проспект Г.Гараева – ул. А.Манафова,
    проспект Бабека – переулок 1.

  • Bu küçələrdə işıqforlar işləmir – Sürücülərə xəbərdarlıq

    Cərəyan itkisi ilə əlaqədar olaraq bir neçə yol kəsişməsində işıqforlar işləmir.

    Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş edir.

    Hazırda işıqforlarla əlaqəsi olmayan kəsişmələr

    M.Hüseyn küç. – Ş.Şamil küç.,

    Ş.İ.Xətai pros. – Əhmədbəy Ağa oğlu küç.,

    Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç.,

    M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı),

    Q.Qarayev pros. – C.Naxçivanski küç.,

    Q.Qarayev pros.- A.Manafov küç.,

    Babək pros.- 1-ci Köndələn

  • Azərbaycanda sərxoş yeznə 4 yaşlı baldızına təcavüz etdi – “Gəlib soka araq qatdı…”

    Sumqayıt Apellyasiya Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Dəyanət Comərdovun apellyasiya şikayətinə baxılıb.

    Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, D.Comərdovun apellyasiya şikayəti təmin ediləyib. İttiham aktına əsasən, D.Comərdov ötən il iyunun 30-da gecə saatlarında Sumqayıt şəhərində kirayə yaşadığı mənzildə baldızı, 4 yaşlı Ceyran Məmmədovaya (ad soyad şərti) qarşı seksual xarakterli hərəkətlər edib.

    Belə ki, gecə sərxoş vəziyyətdə olan D.Comərdov azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edib, ona təcavüz edib. Təqsirləndirilən D.Comərdov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Onun sözlərinə görə, qayınatası ilə birgə kirayə yaşadığı mənzilə qayıdanda polis əməkdaşları tərəfindən saxlanılıb:

    “Mən Ceyrana qarşı əxlaqsızlıq etməmişəm. Bu böhtandır. Böhtanı da mənə qarşı qonşuluqda yaşayan Zaur adlı şəxs edib. Onun arvadım Zöhrə ilə yaxın münasibəti olub. Məhkəmədən barəmdə ədalətli qərar çıxarmasını xahiş edirəm”.

    Məhkəmədə dindirilən 4 yaşlı qızcığaz Dəyanətin ona yemək, şirə aldığını, ona qarşı heç bir pis hərəkətə yol vermədiyini deyib: “Zaur gəlib soka araq qatdı. Amma mən içmədim. Dəyanət mənə heç nə etməyib. Zaur edib. Həmin vaxt Zöhrə evdə yox idi. Polisdən qorxduğum üçün Dəyanətin adını çəkmişəm”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Comərdov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.

    O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
    ///Unikal.org

  • Bir yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

    Xəzər rayonunda bədbəxt hadisə zamanı körpə yaralanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Zirə qəsəbəsində 2018-ci il təvəllüdlü Esmira Əliyeva yaşadığı binanın ikinci mərtəbəsində valideyn nəzarətindən kənar pəncərəyə yaxınlaşıb.

    Körpə pəncərədən aşağı yıxılaraq ağır xəsarət alıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.