Month: July 2019

  • Nazarbayevin nəvəsi intihara cəhd etdi

    Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Londonda intihara cəhd edib.

    “Moskovskiy Komsomolets” xəbər verir ki, Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev İngiltərə paytaxtında hotellərin birində həyatına qəsdə cəhd edib.

    Hadisəni görən ətrafdakı insanlar polis çağırıblar. Aysultan isə onu xilas etmək istəyən polislərə müqavimət göstərərək, onlardan birini dişləyib.

    Bununla əlaqədar, Londonun Sautuark bölgəsi Kral məhkəməsində cinayət işi açılıb.

    Qeyd edək ki, Londonda təhsil almış Aysultan Nazarbayev bir müddət futbol oynayıb. O, Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti də olub.

  • За кражи из автомобилей задержан житель Гянджи

    Как сообщает Median.Az, сотрудники Низаминского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Гянджа Р.Багирова, который 10-го июня украл деньги из автомобиля марки “ВАЗ 2106”, принадлежащего гражданину С.Гусейнову.

    В ходе разбирательства выяснилось, что кроме этого он украл из 3 автомобилей магнитофон и аккумуляторы.

    Ведется следствие по статье 177.2.2 (кража) УК Азербайджана.

  • Avtomobillərdən oğurluq edən Gəncə sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları tərəfindən iyunun 10-da vətəndaş S.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobildən pul oğurlayan Gəncə şəhər sakini R.Bağırov saxlanılıb.

    Araşdırma zamanı, onun daha 3 avtomobildən maqnitofon və akkumulyator oğurlaması müəyyən edilib.

    Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Gəncədə ticarət mərkəzində faciə

    Gəncədə bədbəxt hadisə baş verib.

    Median.Az Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, hadisə “Gəncə Mall” Ticarət mərkəzində qeydə alınıb.

    İlkin məlumatlara görə 2010-cu il təvəllüdlü Rüstəmzadə Əli Qədir oğlu ehtiyatsızlıqdan ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

    Hadisənin dəqiq səbəbləri araşdırılır.

  • В Нефтчале повесился 17-летний подросток

    В Нефтчалинском районе повесился 17-летний подросток

    Происшествие произошло в селе Узунбабалы района, передает Report.

    Житель села Азизов Самир Рахиль оглу, 2002 года рождения, повесился в недостроенном сооружении в саду своего дома.

    По факту ведется расследование.

  • Leyla Əliyeva yay təcrübəsi keçən tələbələrlə görüşdü – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyulun 3-də Heydər Əliyev Mərkəzində “Live Life” sərgisi ilə tanış olub və bu beynəlxalq sərgi layihəsi çərçivəsində yay təcrübəsi keçən tələbələrlə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva gənc rəssamların sərgidə nümayiş etdirilən əl işləri ilə tanış oldu.

    Sərgi ilə tanışlıqdan sonra yay təcrübəsi məktəbinin iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

    Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi “Live Life” sərgisi çərçivəsində iyulun 2-dən Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçir.

    İyulun 6-dək davam edəcək yay təcrübəsinin mövzusu “Live Life” sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqətin cəlb edilməsini nəzərdə tutur.

    Layihədə iştirak edən tələbələr yaradıcılıq üçün zəruri baza dəstləri ilə təmin olunublar. İştirakçılardan hər biri həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək və mükafatlandırılacaq.

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib və 2018-ci il sentyabrın 28-dən Heydər Əliyev Mərkəzində təqdim edilir. Ekspozisiyada 200-dən çox əsər yer alıb.

  • Во всем мире пользователи WhatsApp, Instagram и Facebook сообщили о неполадках

    Пользователи What’sApp, Instagram и Facebook по всему миру сообщили о сбое в работе сервисов.

    Как передает Median.Az, об этом свидетельствуют данные сайта Downdetector, который отслеживает сбои и отключения в популярных интернет-ресурсах.

    Согласно информации на сайте, сбои начались около 18:50 по бакинскому времени
    Технические неполадки в работе сервисов в основном наблюдаются в Великобритании, Франции, Германии, США, России и ряде других стран.

    Пользователи в Азербайджане сообщили, что не могут получить аудио и видео сообщения в вышеуказанных соцсетях.

    Отмечается, что около 91% пользователей What’sApp жалуются на проблемы с подключением к серверу, 6% – на проблемы с сайтом, а 1% – с авторизацией.

    Пользователи Instagram жалуются на проблемы при загрузке – 83%, со входом – 9% и доступом к веб-сайту – 7%. Пользователи Facebook сообщают о затруднениях с доступом к веб-сайту – 82% и с входом в соцсеть – 17%.

    Неполадки в Сети пока не устранены.

  • Sosial şəbəkələr “çökdü” – “Facebook” açıqlama yaydı

    “İnstagram”, “Facebook” və “WhatsApp” sosial platformalarında problem yaranıb.

    Median.Az xəbər verir ki, dünyanın bir çox bölgələrindəki sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşiblər.

    “Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. şikayətlərini qeyd ediblər.

    Saytdakı məlumatlara görə, problem Bakı vaxtı ilə saat 17:50-dən başlayıb və 5 saata yaxındır davam edir.

    Texniki problemlər əsasən, Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunub.

    Eyni zamanda Azərbaycanlı istifadəçilər də yuxarıda göstərilən sosial şəbəkələrdə audio və video mesajlar ala bilmədiklərini bildiriblər.

    Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.

    “İnstagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.

    “Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.

    Məsələ ilə bağlı “Facebook” rəsmi açıqlama yayıb. “Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: “Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.

  • Gəncədə azyaşlı faciəvi şəkildə öldü

    Gəncə şəhərindəki ticarət mərkəzlərinin birində bədbəxt hadisə baş verib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, 2013-cü il təvəllüdlü Rüstəmzadə Əli Qədir oğlu hündürlükdən yıxılaraq, ağır xəsarət alıb.

    Şəhərdəki xəstəxanalardan birinə çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

  • Neftçalada 17 yaşlı oğlan intihar edib

    Neftçalada yeniyetmə özünü asaraq intihar edib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzunbabalı kəndində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Əzizov Samir Rahil oğlu yaşadıqları evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.