Month: July 2019

  • Leyla Əliyeva doğum gününü xüsusi qayğıya ehtiyacı olan uşaqlarla keçirdi – FOTO

    İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində – “Dalğa Beach” istirahət mərkəzində bir araya toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadıblar.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşulub.

    Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, bu isti yay günündə hovuzda üzüblər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçiriblər, ətrafdakılarla sevinclərini bölüşüblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət edib, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, hər biri ilə şəkil çəkdirib. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüblər, burada yeni dostlar qazandıqlarını söyləyiblər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəlib, onlara maraqlı və unudulmaz bir gün yaşadıb.

    Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla birgə rəqs edib.

    Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. Şənlikdə 200-yə yaxın uşaq iştirak edib.

    Qeyd edək ki, bu gün Leyla Əliyevanın doğum günüdür.


  • МИД Азербайджана о требовании дополнительных гарантий безопасности для участия в Бакинской сессии ЮНЕСКО

    В преддверии организации 43 сессии между Азербайджаном, как принимающей страной, и ЮНЕСКО было подписано соответствующее соглашение, сказала Trend пресс-секретарь МИД Азербайджана Лейла Абдуллаева, отвечая на вопрос о том, что Азербайджан якобы не предоставил гарантии безопасности ряду участников 43-й сессии Комитета Всемирного наследия ЮНЕСКО.

    По ее словам, в соглашении были отражены все организационные моменты, включая предоставление гарантий безопасности всем без исключения участникам мероприятия.

    «Все страны-члены ЮНЕСКО, которые намеревались участвовать в 43 сессии Комитета всемирного наследия, сделали это, обладая вышеназванными гарантиями, которые предоставил Азербайджан.

    Попытки Армении требовать некие дополнительные гарантии безопасности исключительно для своих участников есть не что иное, как её собственный политически мотивированный выбор уклониться от участия в очередном международном мероприятии, проводимом в Азербайджане на высоком уровне. Если в МИД Армении до сих пор не осведомлены о технических правилах и процедурах проведения сессий Комитета Всемирного наследия, то им следовало бы обратиться в секретариат ЮНЕСКО, чтобы, наконец, уяснить, что всем участникам подобных мероприятий предоставляются равные и универсальные гарантии, не предполагающие особых оговорок относительно отдельных стран», – заявила Лейла Абдуллаева.

  • Путин уволил трех генералов

    Президент Владимир Путин освободил от должностей трех генералов. Соответствующий указ опубликован на официальном интернет-портале правовой информации.

    Как передает Median.Az со ссылкой на РИА Новости, от должностей освобождены:

    —генерал-майор полиции Игорь Медведев — начальник Сибирского юридического института МВД;

    —генерал-майор полиции Сергей Неяскин — министр внутренних дел по Чувашской Республике;

    —генерал-майор внутренней службы Николай Скопинцев — начальник управления планирования и организационно-аналитического обеспечения Федеральной службы исполнения наказаний.

    Кроме того, от должности освобожден Игорь Хренков — заместитель начальника Главного управления по вопросам миграции МВД. Генерал-лейтенант юстиции Александр Никитин уволен с военной службы.

    Тем же указом президент произвел ряд назначений: генерал-полковник внутренней службы Илья Денисов стал заместителем главы МЧС, полковник Андрей Поляков — начальником управления ФСИН по Дагестану, а полковник Александр Просвернин — по Волгоградской области. Полковник полиции Александр Юрчин возглавил НПО “Специальная техника и связь” МВД.

    Помимо этого, глава государства назначил Владимира Владимирова северо-западным транспортным прокурором, Олега Жарикова — прокурором Карачаево-Черкесии, а Сергея Забатурина — прокурором Московской области.

  • Putin 3 generalı işdən qovdu

    Rusiya Prezidenti Vladimir Putin 3 generalı vəzifəsindən azad edib.

    Median.Az-ın Baku.ws-ə məlumatına görə, prezidentin fərmanı ilə Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedev, Çuvaş Respublikası daxili işlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifələrindən azad edilib.

    Bundan başqa, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov işdən çıxarılıb.

  • Bakıda 8 milyard manatdan çox pul hara xərclənib?

    2019-cu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 041,7 milyon manat olub.

    Median.Az trend-ə istinadən xəbər verir ki, in məlumatına görə, paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3 milyard 518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4 milyard 523,1 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

  • Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda yol yenidən qurulur (FOTO)

    Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13.2 km olan Qorağan-Qax şəhəri hissəsi, ümumi uzunluğu 6.3 km olan Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7.9 km olan Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8.1 km olan Qax şəhəri-İlisu kənd hissəsi daxildir.

    1973-1975-ci illərdə inşa olunmuş III texniki dərəcəli avtomobil yolunun Qorağan-Qax şəhəri hissəsinin torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına inşa olunub, bəzi hissələrdə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi və avtomobil yolu meşə zolağından keçdiyi üçün yolun çiyinləri texniki dərəcəyə uyğun gəlmirdi.

    Qara örtükdən ibarət yolun yaşayış məntəqələrinə giriş hissələrində torpaq yatağının orta eni 6.5-8 metr təşkil edirdi və yolun torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına “damba” şəklində inşa olunub. IV texniki dərəcəli yolun çiyin hissəsinin orta eni 0.4-0.5 metr təşkil edir.

    Avtomobil yolunun Qax şəhərinin mərkəzi – Heydər Əliyev prospektində yolun eni 14.2 metr təşkil etməklə 2 və 4 hərəkət zolağından ibarətdir. Ayırıcı zolaq və piyada səkilərinə döşənmiş tamet daşlarının və beton səki daşlarının bəziləri sınıb və çökərək istismara yararsız vəziyyətə düşüb.
    Yolun Qax şəhəri – İlisu hissəsində isə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi. İlisu kəndi ərazisində yolun uzununa mailliyi 30 % də çox olduğundan və atmosfer sularının yoldan kənarlaşdırılması üçün küvetlər olmadığından yolun hərəkət hissəsində yuyulmalar, çiyin hissəsində 0.5 metr dərinliyində yarğanlar əmələ gəlib.

    Ümumilikdə isə Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlib. Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri görülür.

    Layihəyə uyğun olaraq yol geyiminin və torpaq yatağının yararsız hissələri sökülüb, yolun torpaq yatağının çiyinlər hesabına genişləndirilməsi işləri görülüb, sökülmüş və genişləndirilmiş hissələrdə yararlı karxana materialından əks-dolğu işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

    Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalmış, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmışdır. Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşmüşdüyündən yol boyu müxtəlif diametrlərə malik 1085 paqon-metr metal və dəmir-beton suötürücü borular quraşdırılıb, düzbucaqlı su keçidləri inşa edilib, həmçinin yol keçidlərində və kommunikasiya xətlərinin keçirilməsi üçün 1280 paqon-metr uzunluğunda azbest və dəmir-beton boruların qurtaşdırılması işləri də aparılıb.

    “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunur, kənarlarına 13.7 min paqon-metr uzunluğunda yeni səki daşları düzülür, bundan əlavə layihə boyu 8.7 min paqon-metr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilir.

    Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsü yerləşir. Körpülərdə təkərqaytaran dəmir-beton bloklarda aşınmalar, sınmalar yaranıb, məhəccərlər yararsız vəziyyətə düşüb. Məhz bu problemləri aradan qaldırmaq üçün mövcud hər iki körpüdə əsaslı şəkildə təmir-bərpa işləri aparılır.

    Tikinti layihəsinin sonuncu mərhələsində 10 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçünsə yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yol boyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.

  • Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı ŞOK FAKT: Onu SEPAH yetişdirib – VİDEO

    Bu gün sosial şəbəkələrdə Gəncənin sabiq başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətməkdə ittiham edilən Rusiya vətəndaşı Yunis Səfərovun İranda xüsusi təlim düşərgələrində olduğunu əks etdirən video yayılıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Yunis Səfərovun Amerikanın terror təşkilatı siyahısına saldığı SEPAH-ın xüsiusi düşərgəsində təlim keçdiyi bəlli olur. Üzərindəki xüsusi formanın döşündəki emblemdən də məhz onun SEPAH tərəfindən yetişdirildiyi görünür.

    Doğrudur videoda kadrların üzərindən Yuinis Səfərovun Suriyada döyüşdüyünə dair titrlər getsə də, əslində görüntülərin Suriyada deyil, məhz təlim düşərgəsində lentə alındığı hiss olunur.

    Həmin videonu təqdim edirik:

  • Шокирующие кадры Юниса Сафарова: Его подготовил КСИР – ВИДЕО

    Сегодня в социальных сетях было опубликованы видеокадры, где обвиняемый в покушении на экс-главу Гянджи Эльмара Велиева гражданин России Юнис Сафаров проходит специальную военную подготовку в одном из лагерей в Иране.

    Как сообщает BAKU.WS, очевидно, что он проходит военную подготовку в лагере, который принадлежит КСИР (внесен США в список террористических организаций).

    В Видеоролике говорится, что Юнис Сафаров воевал в Сирии, однако, похоже, он проходил подготовку именно в специальном лагере.

  • Amerikalı alimlər kosmosdan gələn yeni siqnal aşkarlayıblar

    Kaliforniya Texnologiya İnstitutunun Ouens-Velli Rəsədxanasının əməkdaşları yeni vahid sürətli radio siqnal aşkarlayıblar.

    “RİA Novosti” xəbər verir ki, alimlər sözügedən siqnalın yer kürəsindən 7.9 milyard işıq ili uzaqlıqda yerləşən FRB 190523 qalaktikasından gəldiyini müəyyən ediblər.

    Tədqiqatçıların bildirdiklərinə görə, 2017-ci ildə kəşf edilən sözügedən qalaktika planetimizin də içində yer aldığı “Süd yolu” qalaktikasına oxşayır: “Bu isə onu göstərir ki, hər bir qalaktika bizim “Süd yolu” kimi fəzaya siqnallar göndərə bilər”.

    Qeyd edək ki, FRB 190523 qalaktikasından gələn sonuncu siqnalı iyunun 27-də avstraliyalı alimlər qeydə almışdılar.

  • Çində güclü fırtına – Ölənlər var

    Çinin Liaoning əyalətində baş verən tornado nəticəsində 6 nəfər ölüb, 120-dən artıq xəsarət alan var.

    Median.Az report-a istinadən xəbər verir ki, Tielinq şəhər dairəsindəki Kaiuan qəzası ərazisində küləyin sürəti saniyədə 23 metrədək gücləndiyindən bir çox binalara və elektrik xətlərinə ziyan dəyib.

    Dağıntılar altında qalan 210-dək sakindən altısının öldüyü dəqiqləşib.

    Yerli hökumət qurumları fövqəladə hallarla bağlı təcili tədbirlər planını işə salıb.