Month: July 2019

  • Лейла Алиева встретилась с воспитанниками яслей номер 1 в Баку

    3 июля вице-президент Фонда Гейдара Алиева Лейла Алиева встретилась с воспитанниками яслей номер 1 в Баку.

    Как передаёт Median.Az со ссылкой на Азертадж, Лейла Алиева была проинформирована о яслях. Было сообщено, что в настоящее время здесь воспитываются 16 детей до 3-х лет.

    Лейла Алиева встретилась с воспитанниками яслей.

    Президент Фонда Гейдара Алиева Мехрибан Алиева и вице-президент Фонда Лейла Алиева всегда держат в центре внимания деятельность этого детского учреждения, проявляют особую заботу о здешних малышах, регулярно бывают в яслях. Фонд Гейдара Алиева осуществил важные проекты по физически и морально здоровому формированию детей, лишенных родительской опеки, становлению их как образованных личностей с широким мировоззрением. Строительство новых яслей, детских садов и реконструкция существующих занимает одно из главных мест в деятельности Фонда. Все это свидетельствует о том, что Фонд вносит важный вклад в политику Азербайджанского государства по организации на высоком уровне обучения и воспитания детей, являющихся нашим будущим.

  • Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüş

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 3-də Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, Leyla Əliyevaya körpələr evi haqqında məlumat verildi. Bildirildi ki, hazırda burada 3 yaşadək 16 uşaq var.

    Leyla Əliyeva körpələr evinin sakinləri ilə görüşdü.

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu uşaq müəssisəsinin fəaliyyətini daim diqqətdə saxlayır, buradakı balacalara xüsusi qayğı ilə yanaşır, mütəmadi olaraq körpələr evini ziyarət edirlər. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atıb. Fondun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yerlərdən birini tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

  • “200 manat”ın saxta olub olmadığını necə tapmaq olar? – VİDEO

    Azərbaycan Mərkəzi Bankın əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi “Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni “200 manat” kağız pul nişanı haqqında animasiya yerləşdirilmişdir. Sözügedən pul nişanının təsviri əsasında onun dizaynı və mühafizə sistemi barədə məlumat verilib.

    Müxtəlif hədəf qrupunun maarifləndirilməsi və bu sahədə savadlılığı artırmaq məqsədilə hazırlanmış animasiyada 200 manatlıq əskinasın estetik görünüşü, konseptual mövzusu və hər bir mühafizə elementi izah olunur.

    Videonu təqdim edirik:

  • 2 nəfərin mobil telefonunu aldı, 8 il cəza çəkəcək

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Röyal Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə R.Səfərov 8 il azadlıqdan məhrum edilib.

    O, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq-silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

    İttihama görə, bu il fevralın 14-də Sabunçu rayonunda Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Röyal Səfərov Aydınbəyov küçəsində, paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək ona məxsus mobil telefonunu əlindən alıb və hadisə yerindən uzaqlaşıb.

    Araşdırma zamanı 1993-cü il təvəllüdlü R.Səfərovun rayon ərazisində daha bir gənc qıza qarşı quldurluq edib mobil telefonunu əlindən aldığı məlum olub.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub – FOTO

    İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, institutun kollektivi Leyla Əliyevaya bu tibb müəssisəsinə gəldiyinə görə minnətdarlığını bildirdi.

    Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verdi ki, institutda 245 çarpayılıq 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir.

    Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşdü, balacalara hədiyyələr təqdim etdi.

    Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan bu tibb müəssisəsi bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. Bu institutda həkim-mütəxəssislər və həkim-rezidentlər üçün mühazirələr də təşkil olunur, burada təcrübə keçən həkim-rezidentlər ayda bir dəfə pediatriyanın müxtəlif mövzularında təqdimatlarla çıxış edirlər. İnstitutda respublikanın tibb müəssisələri üçün yüksəkixtisaslı mütəxəssislər və elmi işçilər hazırlanır. Yenidoğulanların 50 çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə reanimatoloji-neonatoloji mərkəz funksiyasını yerinə yetirir. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə isə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. İnstitutda bir çox illər ərzində pediatriya elminə və elmi kadrların hazırlanmasına böyük töhfə vermiş görkəmli alimlər çalışıb. Bu tibb müəssisəsi dünyanın aparıcı pediatrik səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq və təcrübə mübadiləsi aparır. Son illər ərzində hər il institutun bölmələrində 30 mindən çox uşağa tibbi xidmət göstərilib.

    Heydər Əliyev Fondu respublikada ana və uşaqların sağlamlığının mühafizəsinə xüsusi diqqət yetirir. İndiyədək Fondun dəstəyi və təşəbbüsü ilə çox sayda ambulator-poliklinika və stasionar tibb müəssisələri təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kollektivə uğurlar arzuladı, burada müalicə olunanlara şəfa dilədi.

  • Kürdəmirdə iki yeniyetməni it dişləyib

    Kürdəmir rayonunda iki yeniyetməni it dişləyib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bunlar Ərəbqubalı kənd sakini, 2004-cü il təvəllüdlü Tərxan İntiqam oğlu Həbibov və Axtaçı kənd sakini, 2002-ci il təvəllüdlü Yolçu Sarvan oğlu Şahbazovdur.

    Hər iki yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.

  • Ağcabədidə keçmiş məhkumda 6 kq-dan artıq marixuana aşkarlanıb

    Ağcabədidə keçmiş məhkumda 6 kq-dan artıq marixuana aşkarlanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş V.Baxşəliyevin evindən 6 kiloqram 807 qram marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.//redaktor.az

  • İran silkələndi

    İranın Kirmanşah əyalətinin Sərpol Zəhab bölgəsində zəlzələ olub.

    Median.Az xəbər verir ki, yeraltı təkanların gücü 3,2 bal, dərinliyi 8 km olub.

    Xəsarət alanların və ya dağıntıların olması barədə məlumat verilməyib.

  • Paytaxtda 3 otaqlı ev külə döndü

    Bakının Xəzər rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

    BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Известный рэпер-азербайджанец напугал поклонников своим исчезновением – ФОТО

    Известный в Казахстане музыкант с азербайджанскими корнями Jah Khalib (настоящее имя – Бахтияр Мамедов) обратился к поклонникам, которые обеспокоены его внезапным исчезновением, сообщает Sputnik Азербайджан.

    Певец несколько месяцев назад удалил все фотографии на своих страницах в соцсетях и давно не появлялся на публике. Причину своего исчезновения исполнитель озвучил в Instagram.

    «Мне многие пишут «Что случилось?», «Ты в порядке?», «Тебя что, девушка бросила?», «Зачем все удалил?». Отвечаю, люди, все хорошо. Просто я, так сказать, обновил свой «ios» в голове. Насчет альбома – я его делаю и чувствую, что он будет знаковым и очень интересным, просто муза – девушка капризная, и с ней надо быть аккуратным. Всем, кто устал ждать, прошу, не утруждайтесь, всем, кто ждет, большое спасибо», – написал Jah Khalib.

    Jah Khalib (Бахтияр Мамедов) — казахстанский русскоязычный рэпер, певец, битмейкер и продюсер. Отец музыканта — азербайджанец. В 2015 и 2016 годах Jah Khalib входил в списки наиболее популярных звезд шоу-бизнеса и спорта журнала Forbes Kazakhstan. В июне 2017 года стал лауреатом Премии Муз-ТВ 2017 в номинации «Прорыв года».