Month: July 2019

  • II və III qruplar üzrə imtahan verəcək abituriyentlərin nəzərinə

    İyulun 7-də II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

    Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

    Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

    Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

  • SON DƏQİQƏ: Ziya Bünyadovda qəza – Tıxac yarandı

    Ziya Bünyadov prospekti – Ayna Sultanova parkı yaxınlığında yol qəzası baş verib.

    Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Mlumata əsasən, yol-nəqliyyat hadisəsi səbəbindən 20 yanvar dairəsi istiqamətində hal-hazırda sıxlıq müşahidə edilir.

  • 3 uşaq atasına qoşulub qaçan 15 yaşlı qızın anası DANIŞDI – VİDEO

    Xəbər verdiyimiz kimi, Azərbaycanda 15 yaşlı qız 3 uşaq atasına qoşulub qaçıb.

    Median.Az azxeber.com-a istinadən xəbər verir ki, 27 yaşlı 3 uşaq atası Sirus adlı şəxs 15 yaşlı sevgilisi Sevinc adlı xanımın itkin düşdüyünü deyib və canlı yayıma qoşulub.

    Boşanandan sonra Sevinclə əlaqə quran və onu evinə qəbul edən Sirus deyib: “İlk dəfə tanış olduqda 17 yaşı olduğunu deyirdi. Əvvəllər anası polisə şikayət etdi daha sonra barışıq oldu. Sevinclə bir evdə ər-arvad kimi yaşayırdıq. Ötən gün parkda mənimlə mübahisə edərək məndən pul istədi ki, ver gedirəm. Aramızda mübahisəyə səbəb də mənim evə gec gəlməyim idi. İndi sizdən kömək istəyirəm. Mən Sevincin ayaqqabısına kimi silmişəm. Valideynlərinin belə etmədiklərini, mən ona etmişəm”

    1 gün sonra itkin düşən 15 yaşlı Sevinc canlı yayıma qoşulub. O başına gələnlərdən özünün günahkar hesab edib: “Bütün bu olanların günahkarı özüməm. Bir gün müddətində bir xanımla tanış olub, onlarda qaldım. Bilirəm Sirus mənim üçün narahatdı mən onu sevəndə belə bilirdim ki, onun 3 uşağı var.”

    ATV-də yayımlanan “Bizimləsən” verilişinə bu dəfə Sevincin anası qatılıb. O deyib ki, qızı ilə bacarmır və aparıcı Zaur Baxşəliyevdən kömək istəyir:

    “Hansı bir valideyn istəyər ki, övladı dərsdən yayınıb, 15 yaşında ailə qursun. Bunu heç bir valideyn istəməz, siz məni qınamayın. Övladımın təhsil alması üçün hər şey etdim, ancaq o mənim sözümə qulaq asmadı. Qızımla bacarmıram, nə edim? Onun hər zaman hüquqlarını qorumuşam. Ətrafımızda olanlardan soruşa bilərsiz ki, mən necə valideyn olmuşam. Heç vaxt övladıma qarşı laqeyid olmamışam. Qızım biraz ərköyün böyüyüb. Bəlkə də günahkaram. Sizdən xahiş edirəm ki, övladımı psixoloqa göndərsin. Elə hiss edirəm ki, ağlı onu idarə etmir. Yoldaşım Türkiyə vətəndaşıdır, onunla birgə Sumqayıtda yaşayıram.

    Ana yetkinlik yaşına çatmayan qızının 3 uşaq atası ilə qaçmasına da münasibət bildirib: “Mən gedib polisə şikayət etmişdim, sonra qızım dedi ki, özümü öldürəcəm, ailəmi dağıtma. Ona görə də şikayətimi geri götürdüm”.

  • Cibgirlik edən 59 yaşlı qadın tutuldu – FOTO

    Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın saxlanılıb.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, cari ilin yanvar ayında şəhər ərazisində xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq – FOTO/VİDEO

    Azərbaycanlı ifaçı, Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Səs. Uşaqlar-3” populyar musiqi yarışının finalçısı Azər Nəsibov “Səs. 60+” müsabiqəsində aparıcı qismində ekranlara çıxacaq.

    Median.Az “Sputnik”ə istinadən xəbər verir ki, Azər tezliklə çəkilişləri başlayacaq sözügedən layihənin aparıcılarından biri olacaq.

    O, sevinc hisslərini bu cür dilə gətirib:

    “Mən yenə də “Səs” yarışındayam. Aparıcı olmaq məsuliyyətli və çətindir. Bir neçə dəfə bu layihədə jurnalist qismində iştirak etmişəm. Dəvət üçün “Birinci kanalı”a təşəkkürümü bildirirəm”.


    Rusiya teleməkanında yayımlanacaq “Səs. 60+” musiqi yarışı “The Voice Senior” Niderland formatına uyğunlaşdırılıb.

    Qeyd edək ki, A.Nəsibov Moskva kollecinin estrada-caz fakültəsində təhsil alır. O, Moskvada bir çox tədbirlərdə iştirak edir.

  • Исполнительная власть Кельбаджара передумала покупать автомобиль стоимостью 130 тысяч долларов

    Глава Исполнительной власти оккупированного Кельбаджарского района был вынужден отменить тендер на закупку люксового автомобиля Mercedes Benz S350.

    Напомним, haqqin.az накануне со ссылкой на официальную газету «Республика» опубликовал информацию об этом странном тендере на покупку фешенебельного автомобиля для главы района, жители которого около 25 лет пребывают в статусе беженцев и вынужденных переселенцев.

    Странная затея главы Кельбаджара вызвала широкий резонанс в СМИ и соцсетях.

    Цена автомобиля Mercedes S350 в зависимости от комплектации колеблется от 145 до 199 тысяч долларов. На таких фешенебельных автомобилях разъезжают главы европейских государств и топ-менеджеры транснациональных компаний. Авантюра главы оккупированного вражеским государством района, жители которого разбросаны по всей стране, по закупке баснословно дорогого автомобиля модели премиум-класса справедливо стала предметом общественного порицания.

    После бурного общественного ажиотажа заведующий финансовым сектором ИВ Кельбаджарского района Кязим Заманов выступил со специальным заявлением.

    «Нам было выделено из бюджета 55 тысяч манатов на приобретение автомобиля. Мы предполагали приобрести поддержанный автомобиль. Да, об этом не написано в тендерном объявлении, но мы действительно хотели за эту сумму купить старый автомобиль. У нас нет возможности для закупки новой машины за такую цену. Да даже если бы и была, мы бы не купили. Глава ИВ хотел купить машину за 50-55 тысяч манатов. И это предложение рассматривалось бы на государственном тендере», – сказал К.Заманов изданию Yeni Sabah.

    Чиновник признал, что тендерное объявление вызвало большой общественный резонанс. По этой причине сегодня, 1 июля, в ИВ прошли консультации и было принято решение об отмене тендера на покупку автомобиля.

    Чиновник также сказал, что глава района решил приобрести автомобиль Mercedes S350, поскольку свой автомобиль хотел передать своему заместителю.

    Согласно правилам, для нужд руководителей района предусмотрены пять служебных машин. А в ИВ Кельбаджара есть всего три автомобиля.

    Глава Кельбаджарского района Агиль Мамедов

    Главой ИВ Кельбаджарского района является Агиль Мамедов. Он родился в селе Агдабан Кельбаджарского района в 1960 году. В 1987 году окончил Государственный институт физической культуры. В 2009-2012 годах прошел обучение в Академии государственного управления при Президенте Азербайджана.

    /haqqin.az/

  • “Son 5 ildə Azərbaycanda 40 tarixi abidə bərpa edilib” – Mehriban Əliyeva

    “Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib”.

    Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında çıxışı zamanı bildirib.

    “UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram. Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam”, – deyə Birinci vitse-prezident qeyd edib.

    M.Əliyeva deyib ki, dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir: “Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır”.

    Birinci vitse-prezident vurğulayıb ki, 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilib: “Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması – bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir. UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə – İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir”.

  • Manatın məzənnəsi dəyişmədi

    Manatın sabaha olan məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 02.07.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il iyulun 1-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • Житель столицы в кафе украл у иностранца кошелек

    Как сообщает Median.Az, сотрудники Главного управления уголовного розыска (ГУУР) МВД, Главного управления полиции (ГУП) г.Баку и 22-го отделения полиции Насиминского РУП в результате проведенной совместной операции задержали жителя столицы В.Абдуллаева, который 27-го июня в кафе в Насиминском районе украл у иностранного гражданина кошелек, где были 140 манатов, 1300 долларов и мобильный телефон.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Kafedə əcnəbi vətəndaşın pulqabısını oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axatrışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də Nəsimi rayonu ərazisində, kafelərin birində əcnəbi vətəndaşın, içərisində 140 manatı, 1300 dolları və mobil telefonu olan pulqabısını oğurlayan Bakı şəhər sakini V.Abdullayev saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.