Month: July 2019

  • МИД: Только вывод ВС Армении с территорий Азербайджана снизит напряженность

    Сегодня единственным виновником эскалации напряженности в регионе, и вообще наличия “линии фронта” между Арменией и Азербайджаном является Армения, оккупировавшая военным путем территории Азербайджана, признанные на международном уровне, то есть Нагорный Карабах и семь прилегающих районов”.

    Как сообщает Median.Az, об этом заявила пресс-секретарь МИД Азербайджана Лейла Абдуллаева на вопрос СМИ, связанный с заявлением МИД Армении об эскалации напряженности на линии фронта.

    По словам Л.Абдуллаевой, поиск по различному поводу других виновников в этом вопросе означает не что иное, как самообман: “Ведь международной общественности, в том числе трем странам-сопредседателям Минской группы ОБСЕ, являющимся постоянными членами Совета Безопасности ООН, хорошо известны резолюции, принятые этой структурой, и решения других международных организаций. Пока вооруженные силы Республики Армения присутствуют на территориях Азербайджанской Республики, признанных на международном уровне, к сожалению, вероятность возникновения таких инцидентов очень высока. Единственный путь предотвращения таких случаев заключается в обеспечении вывода вооруженных сил Армении с территорий Азербайджана. Некоторое время назад МИД Армении настаивало о неприемлемости “одной рукой проводить переговоры, а другой – открывать огонь”, однако после этого заявления была обстреляна позиция пограничного пункта в направлении Газахского района Азербайджана и ранен боец Государственной пограничной службы Азербайджана. По-видимому, Армения, одной рукой сохраняющая под оккупацией территории Азербайджана, другой рукой ищет причины для срыва переговоров. Хотела бы напомнить, что после встречи в Вашингтоне министр иностранных дел Эльмар Мамедъяров заявил, что и до этого во время обсуждения основных документов в рамках переговорного процесса по урегулированию конфликта во фронтовой зоне вовсе не царило полное спокойствие, однако переговоры продолжались. Азербайджанская сторона никогда не смирится с фактом оккупации своих земель, и армянская сторона давно должна понять это.Только вывод вооруженных сил Армении с территорий Азербайджана и возвращение в свои дома азербайджанцев, изгнанных с этих земель, приведет к снижению напряженности в регионе, восстановлению устойчивого мира, спокойствия и благополучия”.

  • Ağcabədidə yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb

    Ağcabədi rayonunda yolu keçmək istəyən qadını yük avtomobili vuraraq öldürüb.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Taxtakörpü qəsəbəsində qeydə alınıb.

    Laçın rayonundan olan məcburi köçkün Səltənət Əsədova yolu keçmək istəyərkən “KamAZ” markalı yük avtomobili onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Qaradağda zəncirvari qəza – VİDEO

    Bakının Qaradağ rayonu ərazisində zəncirvari qəza baş verib.

    Hadisə şahidlərinin Baku.ws-ə verdiyi məlumata görə, 3 avtomobil toqquşub.

    Qəzadan sonra yolda tıxac yaranıb.

    Yaralıların olub-olmaması barədə hələlik məlumat yoxdur.

  • Fransa kosmik peykləri hərbləşdirir

    İyulun ortalarında Fransa Prezidenti Emmanuel Makron ölkədə Kosmik Qüvvələrin yaradılacağını açıqladıqdan sonra internetdə yeni silahlı birləşmənin hansı silahlarla təchiz ediləcəyi ilə bağlı ilk informasiya yayılmağa başlayıb.

    Median.Az “ictnews”a istinadla xəbər verir ki, artıq Avropa KİV-də Fransa peyklərinə hərbi peyklərə çevrilməyə imkan verən proqram barədə ətraflı məlumat dərc olunub.

    Fransanın Müdafiə naziri Florans Parlinin sözlərinə görə, ölkə 2030-cu ilədək orbitə göyərtəsində lazer və pulemyot silahı daşıyacaq peyklər qruplaşması çıxaracaq. Bu məqsədlər üçün 2025-ci ilədək hərbi büdcədən 4 milyard 300 milyon avronun ayrılması nəzərdə tutulur.

    Vəsaitlərin bir hissəsi Fransanın hərbi telekommunikasiya peyklərinin modernləşdirilməsinə sərf olunacaq. Növbəti nəsil qurğuların isə mümkün düşmən peyklərinin neytrallaşdırılması üçün asma silahlarla təchiz edilməsi planlaşdırılır.
    Nazir bildirib ki, yeni sistemin məqsədi hücum yox, müdafiədir və peyklərin silahla təchiz edilməsi ilə bağlı plan kosmik məkanda nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadəni qadağan edən 1967-ci il tarixli Kosmos haqqında beynəlxalq müqavilənin müddəalarını pozmur.

  • “Devuşka, bura çimərlik deyil” – Qızlar ticarət mərkəzinə yarıçılpaq gəldilər – VİDEO

    Bakıdakı ticarət mərkəzlərindən birində gənc qızların geyimi satıcı qadını əsəbləşdirib.

    Median.Az ölkə.az-a istinadla xəbər verir ki, yaşlı qadın onlara “devuşka, bura bulvar deyil, çimərlik deyil, dükandır” deyərək, etirazını bildirib.

    Həmin görüntüləri təqdim edirik.

  • В Имишли сгорела ферма – ВИДЕО

    В Имишли сгорела ферма.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент произошел на принадлежащей Гисмету Годжа оглу Гулиеву скотоводческой ферме в селе Отузики.

    Во время пожара сгорели подверженные горению конструкции фермы и более 1 000 стогов сена.

    Пламя потушено. Причиной пожара послужил поджег отходов во дворе фермы.

    По факту ведется расследование.

  • Leyla Abdullayeva: “Azərbaycan torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq”

    “Bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında “cəbhə bögəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun 3 üzv ölkəsinin daimi üzvü olduğu BMT TŞ-nin qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in bölgədə gərginliyin artması ilə bağlı verdiyi açıqlamaya dair KİV-in sualına cavab olaraq deyib.

    “Nə qədər ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin baş vermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir.

    Ermənistan XİN-i bir müddət öncə “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. Görünür bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan, digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşınqton görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin buna rəğmən danışıqların davam etdirildiyini bəyan etmişdi.

    Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdi. Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırlması, dayanıqlı sülh və əmin-amanlığın, rifahın bərpa olunmasına gətirib çıxaracaqdır”.

  • Mobil telefon, qulaqlıq və uşaqları gözləyən xəstəliklər

    Mobil telefonlardan və qulaqlıqlardan uzun müddət istifadə etmək uşaqların sağlamlığına böyüklərdən daha çox mənfi təsir göstərir.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türkiyəli professor Mustafa Gerek açıqlama verib.

    Professor bildirib ki, 12 yaşından balaca uşaqlara cib telefonu, planşet və s. vermək doğru deyil:

    “Ailələr uşaqların səsini kəsmək üçün onlara telefon verir. Texnoloji cihazlar arasında xüsusilə mobil telefonlar uşaqların sağlamlığına çox ciddi təsir edir. Cib telefonundan çox istifadə etmək onurğa başda olmaqla, sklet sistemini, göz və qulağı sıradan çıxarır. Film izləmək üçün telefon istifadə edənlərdə dayaq pozuqluğu, bel, boyun ağrıları, görmə və eşitmə ilə bağlı ciddi problemlər yaranır”.

    Professor onu da vurğulayıb ki, cib telefonundan qulaqlıq vasitəsilə istifadə uşaqlarda qulaqla bağlı xəstəliklər yaradır.

    Həkim bildirib ki, qulaqlıq qulağa iki formada zərər vurur.

    Bunlardan biri xarici qulağın infeksiyasıdır.

    İkincisi isə telefondan çıxan radiasiya və səs dalğaları iç qulağı zədələyir.

  • “Whatsapp”ın kompüter versiyası hazırlanır

    Hazırda personal kompüterdə “Whatsapp”dan istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olmayacaq. Görünür, bu vəziyyət yaxın zamanda dəyişəcək.

    Median.Az “technote”a istinadla xəbər verir ki, məşhur messencerin tərtibatçıları “Whatsapp”dakı istifadəçi hesabının həm smartfonda, həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir.

    Bu fuksiya messencerin “Windows” üçün olacaq versiyasında dəstəklənəcək. Başqa sözlə desək, tərtibatçılar “Whatsapp”ın kompüter versiyasını hazırlayırlar. Bəzi məlumatlara əsasən, messencerin bu versiyası ilin sonuna kimi təqdim olunacaq. Lakin messencerin “iPad” versiyası gecikir.

  • Ağdaşda bir nəfər su kanalında batıb

    Ağdaşda Dəhnəxəlil kəndində bir nəfər su kanalında batıb.

    BAKU.WS FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.