Month: January 2020

  • Çində ölümcül virus artıq 213 nəfərin həyatına son qoyub

    Bütün Çin ərazisində yeni koronavirusa yoluxanların sayı 9 356 nəfərə çatıb.

    “RİA Novosti” xəbər verir ki, əvvəlki məlumata əsasən, xəstəliyə 7 711 nəfər yoluxmuş idi və 170 insan həyatını itirmişdi.

    Başqa sözlə, Çində bir gün ərzində 2 minə yaxın insan bu xəstəliyə yoluxub, 43-ü isə ondan ölüb.

  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

    Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür.

    Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

    Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

    1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

    1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

    Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

    1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə “Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

    1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.

    Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

  • Месси установил очередной рекорд

    В матче 1/8 финала Кубка Испании “Барселона” обыграла “Леганес” со счётом 5:0.

    Как сообщает “Чемпионат”, для Лионеля Месси эта победа стала 500-й в форме каталонского клуба.

    Это рекордный показатель для Испании. Для того, чтобы набрать столько побед, аргентинец провёл за “Барсу” 709 матчей, забил 622 мяча и сделал 241 голевую передачу. Также в матчах с участием Месси «Барселона» 131 игру свела к ничьей, а в 79 терпела поражения.

    В шестёрку рекордсменов также входят Хави (482 победы), Икер Касильяс (463), Андрес Иньеста (459), Андони Субисаррета (444) и Серхио Рамос (439).

  • Messi daha bir rekorda imza atdı

    İspaniya Kubokunun 1/8 finalında “Barselona” “Leqanes”ə 5:0 hesabı ilə qalib gəlib.

    “Çempionat” xəbər verir ki, bu Messinin Katalon klubunda 500-cü qələbəsi oldu.

    Bu göstərici İspaniya üçün rekord oldu. Bu qədər qələbə çalmaq üçün əfsanəvi futbolçu “Barselona”nın heyətində 709 oyun keçirib, 622 qol vurub və 241 asistə imza atıb.

    Həmçinin Messinin iştirak etdiyi görüşlərdə “Barselona” 131 dəfə heç-heçə edib və 79 dəfə məğlub olub.

    Qeyd edək ki, bu göstərici üzrə altılığa növbəti futbolçular daxildir: Xavi (482 qələbə), İker Kasilyas (463), Andres İnyesta (459), Andoni Subisaretta (444) və Serxio Ramos (439).

  • В Италии подтвердили два первых случая заражения коронавирусом

    Два первых случая заражения коронавирусом подтверждены в Италии, объявил премьер-министр страны Джузеппе Конте.

    “У нас было два случая с подозрением на заражение, и сейчас поступила новая информация. Они подтверждаются”, – заявил Конте в ходе специальной конференции в четверг вечером.

    Как сообщает РИА Новости, речь идёт о паре китайских туристов, которые несколько дней назад приехали в Италию.

    “Мы приняли все меры для изоляции двух этих случаев”, – заявил премьер. Трансляция выступления велась в его Facebook.

  • Koronavirus artıq İtaliyadadır

    İtaliyada iki nəfərin yeni növ koronavirusa yoluxması öz təsdiqini tapıb.

    “RİA Novosti” xəbər verir ki, bunu İtaliyanın baş naziri Cuzeppe Konte bildirib.

    “İki nəfərin koronavirusa yoluxması barədə şübhələr var idi. İndi isə bu təsdiqləndi”, – deyə baş nazir əlavə edib.

    C.Kontenin sözlərinə görə, söhbət bir neçə gün öncə İtaliyaya gələn iki çinli turistdən gedir.

  • Bakıda üç nəfər taksi sürücüsünü bıçaqladı

    Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

    Üç nəfər naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan 26 yaşlı Malik Qəhrəmanovun avtomobilini saxlatdırıb.

    Daha sonra sərnişinlərdən biri onu bıçaqla vurub. İlkin məlumata görə, həmin şəxslər sürücüyə qarşı xuliqanlıq etmək istəyib.

    Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Bakıda mənzildən qadın meyiti tapıldı

    Bakıda mənzildən qadın meyiti tapılıb.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Podqornaya İrina Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • В Баку мужчина танцевал посреди автотрассы – ВИДЕО

    Сегодня утром в Баку на проспекте Бабека произошел странный случай.

    Hекий мужчина внезапно выскочил на трассу. Несмотря на интенсивность движения автотранспорта, он сначала ходил, размахивая руками, а потом пустился в пляс.

    Кроме того, “камикадзе” пытался наносить удары ногами по проезжающим мимо автомобилям. 

    Представляем вам видеокадры произошедшего:

  • Bakıda kişi yolun ortasında rəqs edib, maşınlara təpik atdı – VİDEO

    Bu gün səhər saatlarında paytaxtın Babək prospektində qəribə hadisə qeydə alınıb.

    Bir nəfər özünü yolun ortasına ataraq qəza şəraiti yaradıb.

    Nəqliyyatın intensiv hərəkətdə olduğu prospektdə avtomobil yolunun ortası ilə gəzərək rəqs edən şəxs ətrafdakıların diqqətini çəkib. 

    Ətrafdan sürətlə keçən avtomobillərə məhəl qoymayan şəxs nəqliyyat vasitələrinə təpik atıb.
    Həmin görüntüləri təqdim edirik: