Month: January 2020

  • Türkiyədə quldur dəstənin üzvləri ələ keçdi: Aralarında azərbaycanlılar da var

    Türkiyənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi İstanbulda əməliyyat keçirib.

    “Hürriyət” xəbər verir ki, əməliyyat zamanı 16 nəfər ələ keçib. Onların İstanbulda müxtəlif cinayətlər törətdiyi və Rusiya ilə bağlı olduğu bildirilib.

    Qrup üzvlərindən biri rusiyalı, üçü ukraynalı, dördü gürcü, səkkizi isə azərbaycanlıdır. 

    Aparılan axtarışlar zamanı onlardan 11 tapança, tüfəng və 222 sursat ələ keçirilib.

  • У прибывших в Грузию из Азербайджана китайских детей обнаружен вирус гриппа

    В Тбилисской инфекционной больнице четыре человека получают лечение от вируса гриппа.

    Как Report, об этом сообщили в клинике.

    Двое из них – малолетние китайцы. Они были в составе группы китайских туристов, отправившихся в Грузию из Азербайджана.

    У детей подтвержден вирус гриппа типа “А”.
    Остальные пациенты – граждане Грузии. Их состояние оценивается как стабильное. В отношении обоих лиц ожидаются результаты амбулаторных проверок. Один из них две недели назад был в Китае, второй – Таиланде.

    В клинике отметили, что причин для паники нет и пациенты находятся под серьезным наблюдением врачей. 

  • Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda virus aşkarlandı

    Tbilisi İnfeksiya Xəstəxanasında dörd nəfər qrip virusundan müalicə olunur.

    Report xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

    Onlardan ikisi çinli azyaşlı uşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib. 

    Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub.
    Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar. 

  • Bu qurumda 37 gəncə yüksək vəzifə verildi

    “Azərenerji” ASC tərəfindən bir il əvvəl 125 nəfər gənc və təcrübəli energetiklər himayəyə götürülüb.

    Bununla bağlı ASC-dən məlumat verilib.

    Həmin 125 gəncin yetişdirilməsi, bilik və bacarıqlarının artırılması, qocaman energetiklərin yerinə əvəzedici kadr kimi formalaşdırılması üçün bir il müddətində praktik işlər görülüb.

    Nəticədə bu günə kimi himayəyə götürülən şəxslər imtahan edilərək, 89 nəfər rəhbər vəzifələr üçün tam hazırlanıb kadr ehtiyatı bankına daxil edilib. İmtahan nəticələri əla olan 37 nəfər gənc yüksək vəzifələrə irəli çəkilib.
    Bundan başqa, “Azərenerji” ASC-nin Regional Elektrik Şəbəkələrində və Elektrik Stansiyalarında çalışan işçi heyətinin təkmilləşməsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə yeni yaradılan Tədris Mərkəzi tərəfindən müəssisələrdə 74 kurs təşkil olunub və kurslara ümumilikdə 400 nəfərə yaxın işçi cəlb edilib.

  • Bakıda qardaş bacısını bıçaqlayıb

    Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

    1995-ci il təvəllüdlü Arzu İbrahimova qardaşı tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

  • “Nənə hər gün uşaqları həyətdə gəzdirirmiş…” – Faciənin baş verdiyi ünvandan…

    Dünən axşam saatlarında Bakıda baş verən dəhşətli hadisə bu gün ölkə gündəmində müzakirə olunur. Belə ki, 57 yaşlı nənə, Nina Allahverdiyeva nəvələri 6 yaşlı Alsu və 2 yaşlı Maratı boğaraq öldürüb, sonra isə özünü asaraq intihar edib.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən binanın həyətində tam sakitlik idi, qonşular, hər kəs dünənki kimi öz işində idi. Həyətdə hər hansı mağar və ya məclis qurulmayıb.


    Bu faciəvi hadisənin yas məclisinin xərclərini rayonun başçısı Arif Qasımovun tapşırığı ilə icra hakimiyyəti öz üzərinə götürüb.

    Hazırda meyitlər morqda olduğu üçün uşaqların atası Vadim də oradadır. Onunla razılaşdırıldıqdan sonra ya binanın həyətində mağar qurulacaq, ya da ərazidəki mərasim evlərinin birində yas məclisi təşkil olunacaq.

    Dünən isə Vadim səhər saat 11-də uşaqları evdə nənəsi ilə qoyaraq işə gedib və axşamüstü saat 17 radələrində evə gəlib.

    Lakin qapının bağlı olduğunu və nənənin qapını açmadığını görərək açar yerini sındıraraq içəri daxil olub. Hazırda da qapı həmin vəziyyətdə qalır.


    Uşaqların anası, 35 yaşlı Allahverdiyeva-Pikulo Liliya Tofiq qızı isə həmin vaxt orada olmayıb.
    Liliya həyat yoldaşı Vadimlə 2012-ci ildə ailə həyatı qurub.

    Qonşularla söhbətdə o da məlum olub ki, ailə 6-7 ay öncə binadan ev alaraq təmir etdirib və bura köçüb. Nənə Nina hər gün uşaqları həyətə düşürüb gəzdirirmiş.

    Ümumilikdə ailə üzvləri mədəni və sakit insanlar olublar. Onlar nənənin hərəkətlərində hər hansı əsəbilik, psixoloji problem hiss etməyiblər.

    O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib orada qalırmış. Həftə içi isə valideynlər işə getdiyi üçün gəlib qızı Liliyanın uşaqlarına baxırmış.

    Ailə bundan öncə də Sumqayıtda yaşayıb. Onlar metis etnik qrupuna aiddirlər. Rus əsilli nənə Nina Allahverdiyevanın əri Tofiq azərbaycanlı olub.


    Qonşular isə hələ də nənənin belə bir hadisəni törədəcəyinə inanmadıqlarını, bu işdə üçüncü bir şəxs tərəfindən cinayət əməlinin ola biləcəyini ehtimal edirlər.

    Pikulo ailəsi binanın 2-ci mərtəbəsində yaşayıb, onların mənzilinin üstündəki evin pəncərəsində blokun girişini çəkən kamera quraşdırılıb.

    Bütün bunları isə istintaq araşdırıb fərziyyə və şübhələrə son qoyacaq nəticəni ictimaiyyətə açıqlayacaq.

  • Bakıda mənzildə meyit aşkarlanıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    FHN-dənAPA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Podqornaya İrina Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • В Индии мужчина взял в заложники около 20 детей – ФОТО

    Мужчина в индийском штате Уттар-Прадеш взял в заложники около 20 детей в своем доме, полиция проводит операцию по их спасению.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает газета Hindustan Times.

    По данным СМИ, обвинявшийся ранее в убийстве житель Фаррухабад по имени Суреш Батам пригласил детей на день рождения своей дочери и взял их в заложники.

    “Мы попросили генерального инспектора полиции Канпура прибыть на место. Мы также вызвали отряд коммандос на место, чтобы контролировать ситуацию. Мы следим за ситуацией. Наш приоритет – спасти детей”, – сообщил генеральный директор полиции Уттар-Прадеша Ом Сингх.

    Точное число заложников неизвестно – по данным местных жителей, в доме могут находиться от 20 до 25 детей, а также жена и годовалая дочь преступника.

  • Hindistanda kişi 20 uşağı girov götürüb – FOTO

    Hindistanda kişi 20 uşağı girov götürüb.

    “Report” xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

    Məlumata görə, hadisə Uttar-Pradeş ştatında qeydə alınıb.

    Qeyd edilir ki, həmin şəxs uşaqları öz qızının doğum günü münasibətilə keçirilən əyləncəyə dəvət edib və onları girov götürüb.

    “Biz Kanpur polisinin baş müfəttişinə hadisə yerinə gəlməyi xahiş etdik. Biz həmçinin vəziyyətə nəzarət etmək üçün hadisə yerinə kommando dəstəsini doğurduq. Vəziyyəti izləyirik. Başlıca vəzifəmiz uşaqları xilas etməkdir”, – deyə Uttar-Pradeş polisinin baş direktoru Om Sinqh bildirib.


    Yerli sakinlərin məlumatına görə, girovların dəqiq sayı məlum deyil. Bildirilir ki, evdə 20-dən 25-ə qədər uşaq ola bilər.

    Hadisəni törədən şəxs qətl işində də təqsirləndirilir.

    Hazırda polis uşaqların azad edilməsi ilə bağlı əməliyyat keçirir.

  • Göygöldə “Niva” aşdı

    Göygöl rayonunda yol nəqliyyat hadisəsi baş verib.

    Baku.ws-in verdiyi məlumata əsasən, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
    İlkin məlumata əsasən, avtomobili idarə edən 1971-ci il təvəllüdlü rayon sakini Mətləb Quliyev avtomobilini aşırıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə şəhərinə gətirilib.

    Hadisənin səbəbləri dəqiqləşdirilir.